1990 - 1997

960 ESTATE

Volvo 960 universal modeli 1991-ci ilin bir sıra yeni modelləri ilə birlikdə 1990-cı ilin payızında təqdim edildi. Volvo 960 universal tipli versiya 760-dakı 6 silindrli universal versiya ənənəsini özündə daşıyırdı.

960 universal versiya rahatlıq, təhlükəsizlik, erqonomika, genişlik və çoxcəhətliliyin unikal kombinasiyasını istəyən müştərilər üçün təbii seçim idi və qolf, qayıqla üzmə və ovçuluq kimi fəaliyyətlərə marağı olan müştərilər tərəfindən yüksək qiymətləndirilirdi.

960 universal tipli modelin 1995-ci il modelində böyük dəyişikliklər edilmişdir. Ön hissənin xarici görünüşünə edilmiş yenilik ona təzə görkəm bəxş edirdi. Şassi tamamilə yeni idi və 6 silindrli mühərrikin 2.5 litrlik versiyası əvvəlki 3 litrlik versiyaya əlavə edilmişdi.

1995-ci il üçün Volvo 960 universal versiyanın digər mühüm yeni xüsusiyyəti onda individual çoxhalqalı arxa asqının ən sonuncu nəslinin tətbiqi idi, bu isə komfort və yolu tutma xüsusiyyətlərini verirdi.

Volvo 960 universal modeli 1997-ci ildə yeni modelin buraxılması ilə sona çatdı və o, Volvo V90 ilə əvəz edildi.

Texniki Göstəricilər

Model: 960 Estate (universal)
İstehsal tarixi: 1990 - 1997
Miqdarı: 41619
Ban: 5 qapılı universal
Mühərrik: 6 silindrli xəttli DOHC mühərrikli, 2,473 kub sm və ya 2,922 kub sm.
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 487 sm, təkər bazası 277 sm