1991 - 1996

850 SEDAN

1991-ci ilin iyun ayında Volvo tamamilə yeni model seriyasını - Volvo 850 GLT-ni nümayiş etdirdi. Volvo 850 GLT "Dünya əhəmiyyətli dörd texniki nailiyyətə sahib dinamik avtomobil" şüarı altında buraxılmağa başlandı.

Dörd yeni xüsusiyyət aşağıdakılar idi: ön çarxları hərəkətə gətirən çarpaz yerləşdirilmiş 5 silindrli mühərrik, sərbəst asqı dinamikası və komfortun arxa oxun təhlükəsizliyi ilə kombinasiyasını özündə ehtiva edən Delta-keçidli arxa ox, yan təsirdən kompleks müdafiə ilə bağlı SİPS sistemi və ön oturacağın öz-özünə tənzimlənən təhlükəsizlik kəməri mexanizmi.

850 versiyasının eksteryer tərtibatı özündə güclü Volvo kimliyini daşıyırdı və onun 740 və 940 modellərinə əsaslanan irsi dərhal nəzərə çarpırdı.

Volvo 850 GLT coşqu ilə qarşılandı; çox nadir hallarda, yeni bir avtomobil 850 kimi çoxlu mükafatlara layiq görülmüşdü.

Aradakı illər ərzində, 850 seriyası əlavə variantlar ilə təchiz olundu və onların arasında turbo benzin versiyaları və birbaşa injeksiyalı turbo-dizel də var idi.

Volvo 850 eyni zamanda dünyada yan zərbədən müdafiə üçün hava yastığı təklif edən ilk avtomobil idi - yenilik 1994-cü ilin payızında təqdim edilmişdi.

1997-ci ildə S70 modeli 850 Sedan avtomobilini əvəz etdi.

Texniki Göstəricilər

Model: 850 sedan
Variantlar: Tam ötürücülü, T5 R
İstehsal tarixi: 1991 - 1996
Miqdarı: 390835
Ban: 4 qapılı sedan
Mühərrik: 5 silindr xəttli DOCH mühərriki, 1,984 kub sm - 2,435 kub sm, və ya 5 silindrli xəttli 2,461 kub sm SOHC Turbo Dizel
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik, qabaq ötürücülü və ya tam ötürücülü
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 467 sm, təkər bazası 267 sm