1996 - 2000

S70

1996-cı il başa çatarkən, yeni Volvo modeli - Volvo S70 təqdim edildi.

Volvo S70 1991-ci ildən satışda olan uğurlu 850 modelinin əsasında işlənib hazırlanmışdı.

Yeni S70 modelinin eksteryerində öz sələfindən fərqli olaraq daha yumşaq üsluba üstünlük verilmiş, lakin daha güclü Volvo kimliyi əks etdirilmişdi. Avtomobilin içərisində alətlər paneli əksər interyerlərdə olduğu kimi yeni idi. Təhlükəsizlik sahəsində bir sıra təkmilləşdirmələr aparılmışdı.

Volvo S70 2000-ci ilə qədər istehsal edildi.

Texniki Göstəricilər

Model: S70
Variantlar: Tam ötürücülü, Klassik R
İstehsal tarixi: 1996 - 2000
Miqdarı: 243078
Ban: 4 qapılı sedan
Mühərrik: 5 silindr xəttli DOCH mühərriki, 1,984 kub sm - 2,435 kub sm, və ya 5 silindrli xəttli 2,461 kub sm SOHC Turbo Dizel
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik, qabaq və tam ötürücülü
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 467 sm, təkər bazası 267 sm