1993 - 1996

850 ESTATE

850 GLT versiyasının 4 qapılı sedan formasında buraxılmasından iki ildən az müddətdən sonra, 5 qapılı universal tipli model 1993-cü ilin fevralında nümayiş etdirildi.

850 universal modelin tərtibatında arxa hissə tipik Volvo profilini təcəssüm etdirirdi. Arxa hissə demək olar ki, şaquli istiqamətli qapıdan - interyerin ümumi sahəsini maksimum artıran cəhətdən - ibarət idi.

Volvo 850 GLT coşqu ilə qarşılandı; çox nadir hallarda, yeni bir avtomobil 850 kimi çoxlu mükafatlara layiq görülmüşdü. Universal versiya prestijli Yaponiyanın "1994 Good Design Grand Prize" mükafatına layiq görüldü.

Növbəti illər ərzində, 850 seriyası inkişaf edərək bir sıra fərqli xüsusiyyətləri özündə əks etdirmişdir. Mühərrik seçimində yeniliklərə əl atılmış, turboforsajlı benzin mühərriki və birbaşa injektorlu turbo-dizel mühərrik ilə təchiz edilmişdir.

1994-cü ildə Volvo yenidən yarış meydanına qayıtmağa qərar verəndə, o bunu BTCC (Britaniya Turinq Avtomobil Çempionatı) bayrağı altında etmişdir. Yarışa çıxan ilk Volvo avtomobili diqqəti cəlb edən Volvo 850 universal modeli idi, yük daşıyan və şimşək kimi sürətli bir maşın idi.

Volvo 850 eyni zamanda dünyada yan zərbədən müdafiə üçün hava yastığını təklif edən ilk avtomobil idi. Bu yenilik 1994-cü ilin payızında seriya istehsalında təqdim edilmişdir.

850/V70 modelinə edilmiş bu mühim əlavə tam ötürücülü və XC (Krossover) modellərinin ilk nəsli idi.

1997-ci ildə V70 modeli 850 universal avtomobilini əvəz etdi.

Texniki Göstəricilər

Model: 850 Estate (universal)
Variantlar: Tam ötürücülü, XC, R
İstehsal tarixi: 1993 - 1996
Miqdarı: 326068
Ban: 5 qapılı universal
Mühərrik: 5 silindr xəttli DOCH mühərriki, 1,984 kub sm - 2,383 kub sm, və ya 5 silindrli xəttli 2,461 kub sm SOHC Turbo Dizel
Transmissiya: 5 pilləli mexaniki və ya 4 pilləli avtomatik, qabaq və tam ötürücülü
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemi
Ölçüləri: Ümumi uzunluq 472 sm, təkər bazası 267 sm