1995-2004

S40

Volvo daha geniş 850 modeli sürücülərinin uzun illər zövq aldığı rahatlıq və təhlükəsizlik xüsusiyyətlərini S40-da da tətbiq etmişdir.

Tezliklə, iki orijinal versiya (1,8 və 2.0 litrlik mühərriklər) yeni qənaətli və heyranedici modellərlə əvəzləndi. Yanacağa qənaət edən turbodizel versiyadan yüksək performanslı T4 (200 a.g.) performanslı S40 modelinə qədər, PV544 Sport, P1800 və 240 Turbo kimi klassik performanslı Volvoların layiqli varisi.

Lakin, S40 yalnız adi yollarda məşhur deyildi, o habelə heyranedici yarış avtomobilinə çevrildi. Onun ən diqqətəlayiq uğuru Riçard Raydelin 1998-ci ildə öz S40 modelində BTCC (Britaniya Turinq Avtomobil Çempionatı) mükafatını qazanması olmuşdur. S40 həmçinin STCC (İşveç Turinq Avtomobil Çempionatı) yarışlarında da uğurlu olmuşdur.

2000-ci ildə S40 uğurlu şəkildə Şimali Amerikada təqdim edilmişdir.

Texniki Göstəricilər

Model: S40

İstehsal tarixi: 1995-2004

Miqdarı: 352910
Ban: 4-qapılı sedan
Mühərrik: 4 silindr xəttli DOCH 1,587 - 1,948 kub sm, və 4 silindrli xəttli OHC 1,870 kub sm Turbo Dizel
Transmissiya: 5 pilləli mexaniki, 4 və ya 5 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Təkər bazası 256 sm.