1996-2002

C70 KUPE

İllər keçdikcə, Volvo rahatlıq, təhlükəsizlik, yüksək performans və yoldan yayınmama kimi xüsusiyyətlərə əhəmiyyət verən müştərilərinə eksklüziv kupe modellərini təqdim etmişdir. P1800, 262 C və 780 modelləri C70 Kupe versiyasının sələfi kimi diqqətə layiqdirlər.

Volvo C70 kupe variantının dizaynına başlayarkən, işlər Volvo və Britaniyanın TWR (Tom Valkinşou Yarışı) ilə birlikdə aparılmışdır. Məqsəd Volvo avtomobillərində o zamana qədər görünməyən gözəl görünüşün performans ilə kombinasiyasına nail olmaq idi.

Yeni C70 Kupe 1996-cı ildə Paris Avtomobil Sərgisində nümayiş etdirildi, o, jurnalistlərin və potensial müştərilərin coşqulu rəylərini qazandı.

C70 Kupe modelində maksimum performans (maksimum 250 km/s sürətə qədər) və ideal erqonomikanın gətirdiyi komfort öz əksini tapmışdır. Model həqiqi dəri və xalis taxta, audio avadanlıqlar kimi özünün eksklüziv interyer materialları ilə xüsusi diqqət cəlb edirdi.

Volvo C70 Kupe 2002-ci ilə qədər istehsal edildi.

Texniki Göstəricilər

Model: C70 Kupe

İstehsal tarixi: 1996-2002

Miqdarı: 24395
Ban: 2 qapılı kupe
Mühərrik: 5 silindrli xəttli DOHC mühərrikli, 1,984 kub sm, 2,435 kub sm
Transmissiya: 5 pilləli mexaniki, 4 və ya 5 pilləli avtomatik.
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Təkər bazası 266 sm.