1997-2013

Volvo C70 CABRIOLET/CONVERTIBLE

Volvo Convertible modellərinin tarixçəsi Volvo avtomobillərinin özü kimi çox qədimdir. 1927-ci ildə ilk Volvo avtomobili olan ÖV4 üstü açıq avtomobil idi. 1930-cu illərdə müstəqil mütəxəssislər tərəfindən müxtəlif Volvo şassiləri üzərində bir sıra kabriolet modelləri hazırlanmışdır. 1956-57-ci illərdə, məşhur Volvo Sport (P1900) avtomobili çox məhdud sayda - 67 ədəd istehsal olundu ki, onların da əksəriyyəti bu günə qədər qorunub saxlanır.

C70 Convertible 1997-ci ildə təqdim ediləndən sonra çoxlarıı xeyli təəccüblənmişdi, çünki o, Volvo emblemi ilə həmin zamana qədər təqdim edilən ən eksklüziv və bahalı avtomobil olmuşdur.

Lakin, C70 Convertible sadəcə öz gözəlliyi ilə seçilmirdi. Eyni zamanda, o həmçinin C70 Coupe kimi heyranedici sürücü avtomobili hesab edilirdi və maksimal sürət və sürətlənmə göstəriciləri əksər "idman avtomobillərinə" aid göstəricilərdən daha üstün idi.

Volvo təhlükəsizlik səbəblərinə görə üstü açıq avtomobil istehsal etməyə uzun müddət tərəddüd etmişdir. Lakin, Volvo ROPS-un (Aşma əleyhinə müdafiə sistemi) kəşfindən sonra, hətta üstü açıq avtomobilin aşması zamanı təhlükəsizlik problemi aradan qaldırılmışdır. Belə ki, qəza zamanı aşma dəmiri avtomatik olaraq işə düşürdü.

Volvo C70 Covertible modeli əsasən Şimali Amerika bazarı üçün nəzərdə tutulmuşdu, lakin üstüaçıq Volvo tezliklə bu cür avtomobillər üçün əlverişli iqlim şəraitinə malik digər bazarlarda da məşhurlaşmağa başladı.

Texniki Göstəricilər

Model: Volvo C70 Kabriolet/Damı açılan sedan

İstehsal tarixi: 1997-2013

Miqdarı: İstehsalı davam edir.
Ban: 2 qapılı kabriolet (üstü açılıb-yığılan)
Mühərrik: 5 silindrli xəttli DOHC mühərrikli, 1,984 kub sm, 2319, 2,435 kub sm
Transmissiya: 5 pilləli, 5 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 472 sm, təkər bazası 266 sm