2003-2012

S40

2003-cü ilin sentyabrında Frankfurt Avtomobil Sərgisində Volvo S40 öz debütünü etdi. Bu ikinci nəsil Volvo S40 avtomobili aydın Volvo irsinə sadiq qalmaqla müasir üslubda hazırlanmışdı. Avtomobilin içərisində, aydın Skandinaviya təsirləri əsasında yeni dizayn üslubunu görmək olar.

Volvo S40 müxtəlif mühərrik növləri ilə təchiz olunur: dörd silindrli və əsasən orta ölçülü Volvo avtomobilləri üçün beş silindrli benzin mühərriki. Dörd silindrli turbo dizel də proqramın bir hissəsini təşkil edir.

Yeni Volvo S40 həmçinin tam ötürücülü sistemlə təchiz edilə bilər.

Volvo S40 öz sələflərindən fərqli olaraq 68% daha çox əyilmə sərtliyinə malik bana malikdir. Model habelə bir neçə əzilmə zonalarına malik yeni patentləşdirilmiş ön konstruksiya kimi yüksək təhlükəsizlik xüsusiyyətlərinə malikdir.

Texniki Göstəricilər

Model: Volvo S40
Variantlar: Tam ötürücülü

İstehsal tarixi: 2003-2012

Miqdarı: İstehsalı davam edir.
Ban: 4-qapılı sedan
Mühərrik: 4 silindr xəttli DOCH 1,596 kub sm, 1,798 kub sm. 5 silindrli xəttli DOHC, 2,435, 2.521 kub sm və ya 4 silindrli xəttli DI Turbo Dizel 1.998 kub sm
Transmissiya: 5 pilləli və ya 6 pilləli mexaniki, 5 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 447 sm, təkər bazası 264 sm