2003-2012

V50

2003-cü ilin sonuna yaxın, digər yeni Volvo modeli buraxılmağa başladı. Bu Volvo V50 idi. Volvo V50 modeli 1995-ci ildə buraxılan V40 modelini əvəz edirdi.

Yeni Volvo V50-nin ekteryer dizaynı aydın Volvo kimliyini qoruyub saxlayır. İnteryerdə isə təmiz, aydın Skandinaviya tərtibatının təsirləri öz əksini tapmışdır.

Volvo V50 universal avtomobillərin istehsalçısı kimi güclü Volvo irsini davam etdirir. Avtomobilin arxasının formasından və eləcə də yüksək səviyyədə yerləşdirilmiş arxa faralarından Volvo irsini müəyyən etmək olar.

Əyilməyə qarşı sərtliyi təxminən 70%-ə qədər artırılmışdır ki, bu da öz növbəsində yüksək təhlükəsizliyə öz töhvəsini vermişdir. Təhlükəsizliklə bağlı, yeni Volvo V50 sərnişinlərin mühafizəsini artırmaq üçün əzilmə zonalarına malik yeni, patentləşdirilmiş ön konstruksiya ilə təchiz edilmişdir.

Digər maraqlı xəbər modelin beş silindrli benzin mühərriki ilə təchiz edilməsi və eyni zamanda, Volvo V50-nin tam ötürücülü variantda əldə edilməsi imkanıdır.

Texniki Göstəricilər

Model: Volvo V50
Variantlar: Tam ötürücülü

İstehsal tarixi: 2003-2012

Miqdarı: İstehsalı davam edir.
Ban: 5 qapılı universal
Mühərrik: 4 silindr xəttli DOCH 1,596 kub sm, 1,798 kub sm. 5 silindrli xəttli DOHC, 2,435, 2.521 kub sm, və ya 4 silindrli xəttli DI Turbo Dizel 1.998 kub sm
Transmissiya: 5 pilləli və ya 6 pilləli mexaniki, 5 pilləli avtomatik
Əyləclər: Hidravlik, bütün dövrələrdə disk əyləc sistemləri
Ölçüləri: Ümumi uzunluq 452 sm, təkər bazası 264 sm