1936 - 1945

PV51-7

51-56-cı tiplər 1930-cu illərin ikinci yarısında Volvonun minik avtomobili modelləri olmuşdur. Bütün modellərin əsas variantı gövdələrinin üslubuna görə eyni idi. Fərqlər yalnız bəzi eksteryer dəyişikliklərində və avadanlıq təchizatında idi. Bir çox avtomobillər müharibə vaxtı xidmət göstərir və generator qazından istifadə edərək 50 a.g. hasil edə bilirdilər.

PV51 (standart) və PV52 (lüks) modelləri 1936-37-ci illərdə təqdim edilmişdilər. PV53-56 modellərinin görkəmi yenilənərək, yeni kapot və V-formalı radiator barmaqlığı ilə təchiz edilmişdi. 53/54 standart, 55 və 56 isə lüks modellər idi. 55/56 modellərinin qatlanan qabaq oturacaqları var idi. Avtomobilin şişburun hissəsi isə özündən sonrakı model olan PV60-a da tətbiq edilmişdi.

PV51ch və PV57 modelləri fırlanan şassi üzərində sifarişçinin tələblərinə görə yığılan bandan ibarət olaraq satılırdılar.

Texniki Göstəricilər

Model: PV51-57
Seçimlər: PV 51 (Standart) PV 51: Chassis V 51 (Bu avtomobillər 1936-cı ildə yığılıblar. PV 51 modelindən fərqliliyi aydın deyil) PV 52 (Lüks) PV 53 (Standart, görünən ehtiyat təkər yeri ilə) PV 54 (Standart, qabarıq yük örtüyü ilə) PV 55 (Lüks, görünən ehtiyat təkər yeri ilə) PV 56 (Lüks, qabarıq yük örtüklü) PV 57: Chassis
İstehsal tarixi: 1936 - 1945
Miqdarı: 6905
Ban: Sedan
Mühərrik: Yan klapanlı, xətti 6-silindrli; 3,670 kub sm; 84.14x110 mm; 3,400 dövrə/dəqiqədə 86 a.g.
Ötürücü: 3-pilləli döşəməyə bərkidilmiş ötürücü dəstəkli, əlavə sifarişlə quraşdırılan və neytral sürət keçidi olan overdrive sistemi.
Əyləclər: Bütün təkərlərdə hidravlik.
Ölçüləri: Təkər bazası 2,880 mm.
Digər: Bu, çoxlu sayda buraxılan ilk kiçik Volvo avtomobili nəsli idi.