1946 - 1950

PV60-1

Volvonun ənənəvi yan klapanlı mühərriki olan geniş həcmli 6-silindrli minik avtomobillərindən sonuncusu PV60 modeli idi. Avtomobilin dizaynı nisbətən geriqalmış idi, çünki Amerikan cizgiləri müharibə vaxtı kökündən dəyişmişdi. Avtomobil əsasən öz rahatlığı ilə populyarlıq qazanmışdı. Avtomobillərin çoxu 1940-cı illərin sonunda satılmışdı.

Volvonun müharibədən sonrakı ilk avtomobili olan PV60, həm də sırf şassi üzərində PV61 olaraq təklif edilirdi. Onlardan çox az sayda olanı eleqant kabriolet kimi istehsal edilmişdi, bundan əlavə olaraq isə çatdırılma furqonları və ya kiçik yük maşınlarına çevrilmək məqsədi ilə 500 ədəd də istehsal edilmişdi.

Texniki Göstəricilər

Model: PV60-1
Seçimlər: PV 61 Chassis
İstehsal tarixi: 1946 - 1950
Miqdarı: 3006
Ban: Sedan və ya sifarişlə hazırlanan yaxud xüsusi banlar üçün nəzərdə tutulmuş şassilər.
Mühərrik: Yan klapanlı, xətti 6-silindrli; 3,670 kub sm; 84.14x110 mm; 3,600 dövrə/dəqiqədə 90 a.g.
Ötürücü: 3-pilləli, overdrive sistemi və sükan çarxına bərkidilmiş ötürücü dəstəyi ilə.
Əyləclər: Naməlum
Ölçüləri: Təkər bazası 2,850 mm.