İNNOVASİYA MİRASI

Hər bir nəsildə, Volvo bir pioner olub.

1959 - üç yerdən bərkidilən təhlükəsizlik kəməri

Volvo mühəndisi Nils Bohlin kimi dünyada insan həyatı xilas etmiş az sayda insan var - o, PV544-ün seriya buraxılışında 3 yerdən bərkidilən oturacaq kəmərlərini təqdim etdi. O vaxtdan bəri, təxmin olunur ki, Volvo öz patent haqlarını ləğv etməsi səbəbindən bir milyondan çox həyat xilas olunub.

1972- arxaya baxan uşaq təhlükəsizlik oturacağı

İlk astronavt uçuşları zamanı astronavtların öz belləri üzərində uzanmalarını xatırlayırsınızmı? Bax, üzü arxaya baxan uşaq oturacaqlarını dizayn edən zaman, yükü yaymaq və xəsarəti minimuma endirmək əsas prinsipimiz olub. Daha sonra 1976-cı ildə biz hündür uşaq oturacağını və 1990-cu ildə isə oturacağa inteqrasiya olunmuş hündür oturacaq ixtira etdik.

1976: - lambda sond

Lamda Sond Volvo Cars-dan təmiz ətraf mühitə bir töhfədir. Bir barmaq ölçüsündə olan kiçik bir cihaz ilə - əslində bu oksigen hiss edən alətdir - biz zərərli qaz tullantısını 90% azaltdıq. Və təxminən 40 il sonra benzinlə işləyən hər avtomobildə Lamdba Sond yerləşdirilib.

1991- yan zərbədən qoruma

Təhlükəsizlik istiqamətində növbəti bir addım Yan Zərbədən Qoruma Sistemi və ya SİPS-dir. Bu avtomobilin dizaynının ayrılmaz bir hissəsidir və çox güclü konstruksiyalı və enerji hopduran materiallar, döşəmədə çarpaz dəstək və hətta gücləndirilmiş oturacaqlarda mövcuddur. Biz 1994-cü ildə dünyada başqa bir ilki, yan zərbədən qoruyan hava yastıqları ixtira etdik.

1998- baş zədələrindən qoruma sistemi

Kəskin baş hərəkətinin səbəb olduğu xəsarət ağrılı və potensial olaraq müalicəsi bahalı xəsarətdir. O, həmçinin tez-tez baş verir, ona görə də biz aşağı sürətdə toqquşma xəsarətlərini azaltmağa diqqətimizi yönəltdik. Sistem, sürücünün başına yaxın çox möhkəm baş yastığı və toqquşma zamanı təkformalı dəstək verən ağıllı oturacaq dizaynından ibarətdir. Nəticə budur ki, uzun-müddətli tibbi problemlər əvvəl olduğundan iki dəfə az baş verir.

1998 - şişirdilən pərdə

Şişirdilən pərdə Volvo Cars üçün başqa bir irəliləyiş idi. O, başlıqda gizlədilib və arxadan salonun qabağına doğru gedir - yan tərəfdən zərbə olacağı təqdirdə, pərdə saniyənin 25 mində birində şişir və baş yan tərəfə atılanda enerjinin 75%-ni mənimsəyə bilir.

2002- aşmadan qoruma sistemi (ROPS)

SUV-ların artan populyarlığı ilə, biz güman etdik ki, növbəti nəsil innovasiya - "aşmadan qorunma"-nı təqdim etməyin vaxtı çatıb. Biz bu problemə iki istiqamətdən yanaşdıq. İlk olaraq, biz elektron Aşma Sabitliyi Nəzarəti sistemi ilə avtomobilin sabitliyini artırdıq və ikincisi avtomobilin təhlükəsizlik strukturunu damdakı çox möhkəm bor polad ilə yaxşılaşdırdıq.

2003 - görünməyən yerlər barədə məlumat sistemi (BLİS)

Yol zolağını dəyişən zaman əgər sürücü digər avtomobili görməzsə, bir anlıq diqqətsizlik faciəvi nəticələr verə bilər. Ona görə biz qərar verdik ki, maşınlarımız həm də problemi müşahidə etməlidir - bizim BLİS sistemimiz yandakı maşınları izləmək üçün kamera və radardan istifadə edir və Volvonun arxa hissəsini qoruyur. Avtomobil görünməyən sahənin olduğu əraziyə daxil olanda, qapı güzgüsünün yanında həyəcan lampası yanır və sürücüyə reaksiya göstərmək üçün vaxt verir.

2008 - şəhər təhlükəsizliyi

Heyrətamiz statistikaya görə - məlumat verilən qəzaların 75 faizi avtomobil 30km/saat sürət ilə gedərkən və onlardan 50%-i maşının arxa hissəsi ilə bağlı, arxadakı sürücü əyləcə basmayan zaman baş verir. Burada biz fərqli bir şey yaratmaq üçün yeni bir imkan gördük - bizim City Safety (şəhərdə təhlükəsizlik) sistemi qarşıdakı avtomobil ilə toqquşmanın olmasının nə qədər çox ehtimalı olduğunu müəyyənləşdirir və əgər sürücü əyləcə basmırsa, o zaman maşın bunu edir. Və sistem 50km/saata qədər olan sürət zamanı işləyir.

2010 - Tam avto əyləc funksiyası ilə piyada aşkarlama

Biz öz təhlükəsizlik innovasiyalarımızın maşının çölündə olanlara da fayda verməsini istəyirik. Ona görə də biz bir sistem hazırladıq - radar və kameradan istifadə edərək - kimsə maşının önünə keçərsə, o zaman sürücüyə xəbərdarlıq edilir və əgər sürücü əyləci basmazsa, avtomobil avtomatik əyləci basır. Bu, həmçinin irəliyə doğru böyük bir addımdır; ABŞ-da avtomobil qəzalarında ölənlərin 11%-i piyadalardır, Avropada isə bu rəqəm 14%-dir və təəccüblü də olsa, Çində 26%-dir.