Biz 1927-ci ildə avtomobil istehsalına başladıq, çünki başqa heç kimin İsveç yolları üçün yetərli dərəcədə güclü və təhlükəsiz avtomobillər istehsal edə bilməyəcəyini bilirdik. Yol boyunca biz onlarla innovasiya hazırladıq, onlardan bəziləri dünyanı dəyişiblər. Və bu öhdəlik bizi növbəti böyük Volvo Cars ideyasına doğru aparır.

İnsanları önə çəkir

Qarşılaşdığımız ən böyük çətinlikləri həll etmək üçün yeni düşüncə tərzi gətirən insanları cəlb edəcəyik. Və biz həvəsli işçi qüvvəmiz ilə fəxr edirik, odur ki əgər Volvo Car Group ilə işləmək sizə xoş gəlirsə, Karyera səhifəsini ziyarət edin.


VOLVO CARS KARYERA

Sizin təhlükəsizliyiniz və dünyaya olan qayğı

Bizim Dayanıqlığa yanaşmamızın vacib elementi sizi və sizin dünyanızı qorumaqdan ibarətdir. Biz sizi qorumaq və ətraf mühitə dəyən zərəri minimuma endirmək məsuliyyətimizə çox ciddi yanaşırıq. Dayanıqlılıq bütün bizim qərarlarımızın və investisiyalarımızın mərkəzində dayanır və uğurlu və etik biznesin vacib ünsürüdür.

ƏSAS DƏYƏR BƏYANATI - ƏTRAF MÜHİT

Dünyada bir dəyişikliyə nail olmaq

Biz həmişə təhlükəsiziyi vurğulamışıq, eyni zamanda biz avtomobillərin yaratdığı ətraf mühitlə bağlı təsiri başa düşürük - ona görə də daha səmərəli, daha az çirkləndirən Drive-E transmissiyalarını hazırlamışıq. 

Biz sizin şəxsi mühitiniz barədə də düşünürük; iqlimə nəzarət sistemi sayəsində Volvonun içərisində hava çöldəkindən təmiz olur. Və biz avtomobillərin sizin həyatınıza daha yaxşı inteqrasiya edilməli olduğunu başa düşürük. 


DRİVE-E BARƏDƏ GENİŞ MƏLUMAT

Cəmiyyətə töhfə

- Tərbiyəli olmaq və təlimatlara riayət etmək
- Korrupsiya əleyhinə, birləşmələr əleyhinə və ədalətli rəqabətlə bağlı siyasətləri izləmək
- Bizim təhlükəsizlik ilə bağlı baxışlarımızı inkişaf etdirmək
- Təchizat sistemini yaxşılaşdırmaq
- Maraqlı tərəflərlə dialoqa girmək








 

Volvo Cars-ın ən yüksək qiymət aldığı müstəqil təhlükəsizlik sınaqlarının payı (%) 2007-2013

Məsuliyyətli biznes

Bizim hazırki siyasətə əsaslanan əhatəli Davranış Məcəlləmiz sayəsində biznesimizi etik və münasib şəraitdə aparırıq. Məcəllə Volvo Cars-da hər kəsə, həmçinin konsultantlara və Volvo Cars-ın sərəncamında işləyən agentlik işçilərinə də şamil olunur. Biz həmçinin gözləyirik ki, bizim bütün biznes əlaqələrimiz və kommersiya partnyorlarımız Davranış Məcəlləsində qeyd olunan eyni və ya oxşar prinsiplər ilə idarə olunmalıdırlar. Bu həmçinin bizim Dayanıqlığa olan öhdəliyimizin bir hissəsidir.

DAVRANIŞ MƏCƏLLƏSİ

Ən son dayanıqlılıq hesabatları

Biz, məhsullarımızın ətraf mühit, sağlamlıq və təhlükəsizlik aspektləri və istehsalı barədə hələ rəsmiləşmədən qabaq, 2000-ci ildən bəri məlumat verirdik.

2003-cü ildə, biz Qlobal Hesabat Təşəbbüsünün (QHT) beynəlxalq hesabat təlimatlarına uyğun şəkildə ilk Dayanıqlılıq Hesabatımızı dərc etdik. Siz bizim son dayanıqlılıq hesabatımızı buradan yükləyə bilərsiniz.


DİGƏR DAYANIQLILIQ HESABATLARI

Dayanıqlılıq şöbəsi ilə əlaqə

Əgər sizin Dayanıqlılıq və ya ən son Hesabat ilə bağlı suallarınız varsa, o zaman xahiş olunur aşağıdakı təfərrüatlarla bağlı bizimlə əlaqə saxlayasınız:

Volvo Car Group
Korporativ Kommunikasiya/Dayanıqlılıq
50232, PVH 50
SE – 405 31
Qotenburq, İsveç

citizen@volvocars.com