SİZİN ÜÇÜN YARADILIB

Təmiz dizayn, təbii materiallar və İsveç sənətkarlığı

Volvolar İsveçdə dizayn olunub, sınaqdan keçib və qurulub və ona görə də İsveç tərzinin bizim avtomobillərimizin hər birinin daxilində olması heç də təəccüblü deyil. Təmiz, sadə dizayn. Təbii, dözümlü materiallara verdiyimiz üstünlük. İsveç təbiətindən ilham almış rənglər. Və interyerlərimizin səhmanlı, incə sənətkarlığı. Amma biz həmçinin düşünürük ki, avtomobillər sürücünün və sərnişinlərin ehtiyaclarına uyğun dizayn olunmalıdır.

Ona görə də bizim gördüyümüz hər bir iş sizdən başlayır. Və nəyə görə biz, Volvo-da dinləməyə inanırıq. Ona görə də sizin ehtiyaclarınızı və arzularınızı başa düşmək bizə daha böyük ideyalar ilə cavab verməyə və mümkün ən yaxşı məhsulları yaratmağa imkan verir. Ona görə də əgər həqiqətən sizin üçün dizayn olunmuş avtomobil istəyirsinizsə, o zaman düz ünvana gəlmişsiniz. 


Thomas Ingenlath-ın Volvonun dizayn dili haqqındakı fikirləri

"İnsanlar həqiqətən Volvo avtomobillərinin həmişə malik olduğu güclü və ənənəvi cizgiləri təqdirlə qarşılayırlar. Bu, avtomobilin formasında nəzərə çarpan bariz həqiqətdir."

Materialı seçmə istedadı

Əl ilə xüsusi seçilmiş ağcaqayın nümunələrinin istifadəsi, Volvoda ən yaxşı və ən münasib materialların istifadəsini təmin etmək üçün göstərdiyimiz fədakarlıqdır. Ən gözəl nümunələri tapmaq həmişə çətin olub, amma biz uzun yol getməyə hazırıq.

Robin Page, İnteryer Dizaynı üzrə Direktor

"İnteryer elə gözəl işlənmişdir ki, siz ona minən zaman o, sizdə qeyri-adi hisslər oyadır. Bizim dizaynımız İsveç dizayn prinsiplərinə sadiqdir və Volvonu Volvo edən də elə budur."

Konsepsiya avtomobillərimizin yüksək qiymətləndirilməsi

Bizim yeni dizayn istiqamətimizin qiymətləndirildiyini bilmək çox yaxşıdır - konsepsiya avtomobillərimizin hamısı yüksək beynəlxalq mükafatlara layiq görülüblər. 

Nəzarətin sizin ixtiyarınıza verilməsi

Siz Volvo On Call mobil proqramının yeni nəslində nəyi görmək istəyirsiniz? Bu, bizə öz fikirlərini bildirmək üçün dəvət etdiyimiz minlərlə insana verdiyimiz sualdır. Çoxları, həyatlarını sadələşdirmək və nəzarətdə saxlamaq üçün daha çox intuitiv xüsusiyyətlərin olmasını istədiklərini bildirdilər. Buna görə də biz sizə avtomobilinizdən park yeri tapmaq və ödəniş etmək imkanı verən böyük bir təklifi nəzərə aldıq.