Bəşəri innovasiyalar

İnsanların həyatlarını daha asan, daha təhlükəsiz və daha yaxşı edir.

Volvo-nun fəlsəfəsində insan amili həmişə ön sırada olub. Daha təhlükəsiz, daha təmiz və daha zövqlü gələcək üçün innovasiyalara bayraqdarlıq etmək. İnsanlara nə lazım ola bilər? Onlar maşını necə sürəcəklər? Bu suallara cavab vermək, yeni bir yol tapmaq üçün bəzən vərdişləri dəyişmək lazımdır. İnsanların həyatını daha asan, daha təhlükəsiz, daha yaxşı edən həll variantları nəfəs kimi təbii gəlir. Bu Volvo tərzidir.

Gəlin sizi səyahətə çıxaraq

Öz radar və kamera texnologiyasından istifadə etməklə nəqliyyat hərəkətinə nəzarət edən və lazım olan anda əyləcə basaraq, sükanı idarə edən özü gedən avtomobilin sizin işə gedib gəlməyinizi nə qədər təhlükəsiz edə biləcəyini təsəvvür edin. Bəli, bizim gələcək "özü gedən maşınlarımız" bunu edə biləcək. Onlar nəqliyyat hərəkətini yüngülləşdirəcəyindən və sıxlığı azaldacağından, ətraf mühitə də faydalı olacaqlar. Avtomobilinizin sizin həyatınıza necə daxil ola biləcəyi barədə oxuyun.


DİGƏR MƏLUMATLAR

2020-ə qədər yeni Volvoda heç kim tələf olmayacaq.

Texnologiyanın sərhədlərini aşmaqla, biz 2000-ci ildən bəri Volvoda xəsarət alma faizini 50% azaltmışıq. Və biz 2020-ci ilə qədər yeni Volvoda heç kimin tələf olmaması və ya ciddi xəsarət almaması ilə bağlı hədəfimiz ilə daha irəli gedirik.

Bizim avtomobillər bir-biri ilə danışırlar

Volvoda biz söhbətin faydalı olduğuna inanırıq. O qədər inanırıq ki, avtomobillərin bir-biri ilə telefon şəbəkəsi vasitəsilə ünsiyyət quracağı texnologiya üzərində işləyirik. Məsələn, onlar qarşıda olan buzlu və ya sürüşkən yol hissələri baradə real vaxt rejimində məlumat bölüşə və digər sürücüləri pis yol şəraiti barədə məlumatlandıra bilərlər.

Effektli və ətraf mühitə dost

Baş Mühəndis Anders Agfors sizi Drive-E transmissiyamız ilə səyahətə çıxarır.

Sadə, yüngül və təhlükəsiz

Adətən avtomobildə uşaqlar üçün istifadə edilən oturacaqlar çətin quraşdırılır, ağır olur və çox yer tutur. Volvonun şişirdilən uşaq oturacaqları tam fərqlidir. Bu oturacaqlar ağıllı, yüngül, asan yığıla bilən və asan daşına bilən olmaqla, hər santimetri ilə normal uşaq oturacaqları qədər təhlükəsizdir. Hətta nənə-babalar da bunu daşımaqdan şad olacaq.

Dərin nəfəs al, təmiz hava ud

Havanın keyfiyyəti xüsusilə sıx şəhər ərazilərində ciddi bir məsələyə çevrilməkdədir - bizim "climate control" sistemimiz sayəsində, sizin Volvonuzun içərisindəki hava bəzən çöldəkindən daha təmiz olacaq. Amma biz həmçinin bayırda hamımızın nəfəs aldığı havanı da düşünürük, ona görə də biz təmiz havaya öz töhfəsini verən az emissiyalı mühərriklər hazırlamışıq.

Bizim Gələcəklə bağlı Düşüncələrimiz

Dünya, sürətlə dəyişən bir yerdir və Volvo Cars-da biz bir neçə addım irəlini fikirləşirik. Beləliklə, Volvo sizin həyatınızı gələcəkdə necə yaxşılaşdıra bilər?

DİGƏR MƏLUMATLAR