DÜNYADA İLKLƏR

İnnovasiyalara gəldikdə isə bizim üfüqlərimiz sərhəd tanımır.

Volvo Cars-da biz dünyanın ən qabaqcıl avtomobil markalarından olduğumuzu hər gün sübut edirik. Və bizim innovasiya əhvalatımız davam edir, bir çox ilklərə imza atmışıq - onların hamısı sizin həyatınızı daha asan, təhlükəsiz və xoş etmək üçündür.

Səsin uğuru

Volvo Cars şirkətinin tarixində ən yaxşı səs sistemini düzəltmə prosesi zamanı, öz audio partnyorlarımızla birlikdə dünyada ilk dəfə olaraq 'outside air' ("çöldəki hava) bass səs gücləndiricisini təqdim etdik. Adətən, səs gücləndirici avtomobilin salonunda yer tutur, amma XC90-nın təkər oxu üzərində quraşdırılmış səs gücləndiricisi, ayrıca qutuda yerləşmir, çöldəki havadan istifadə edir, heç bir əlavə yerə ehtiyac yoxdur. O həmçinin aşağı tezliklərdə də yaxşı səslənir.

Mühüm xəbərlər

Yol ayrıcında əyləc sisteminin avtomatik olaraq işə düşməsi dünyada ilk dəfə Volvo tərəfindən tətbiq edilir. Ondan 2014-cü ildə City Safety (Şəhər Təhlükəsizliyi) sistemimizin bir hissəsi kimi ən yeni XC90 modelimizdə istifadə edilmişdir. Təsəvvür edin ki, siz iki hərəkətli magistral yolda dönmək üçün sürəti azaldırsınız. Siz qarşı tərəfdən yaxınlaşan nəqliyyat vasitələri olan yoldan keçməlisiniz - əgər siz qarşıdan gələn avtomobili görmürsünüzsə, yol ayrıcında əyləcin işə düşməsi sistemi sizin əvəzinizə əyləci işə salacaq və beləliklə də toqquşmadan qaçmağa və ya toqquşmanın ciddiliyini azaltmağa kömək edəcək. Bu, 2020-ci ilə qədər yeni Volvoda heç kim tələf olmamalı və ya ciddi xəsarət almamalı məqsədimizə çatmaq istiqamətində atdığımız daha bir vacib addımdır.

Yoldan çıxma mühafizəsi

Yoldan çıxma geniş yayılmış qəza növüdür, ona görə də tam yeni XC90 belə bir ssenari ilə qarşılaşanda insanları qorumaq üçün bir neçə "yoldan çıxma" texnologiyası hazırlayıb. Məsələn, Yolda Saxlama Köməkçisi sizi yolda saxlamaq üçün mövcuddur. Ən pis hal baş verərsə, dünyada ilk yeni oturacaq yastıqları özü bağlanan təhlükəsizlik kəmərləri ilə birləşdirilib, qəza zamanı enerjini hopdurur və onurğa xəsarətlərini önəmli şəkildə azaldır, başqa faydaları da var.

Parkinq pulunu maşından düşmədən ödəyin.

Tez bir zamanda parklama yeri tapmaq istəyirsiniz? Ən son Sensus Connect ilə sizin Volvonuz yaxınlıqda parkinq ərazisi tapa bilər - və qabaqcadan ödəniş də edə bilər. Bu, dünyanın ilk "Parkla və Ödə" tətbiq proqramıdır - bu, Volvonun sizin həyatınızı daha asan etmək təşəbbüslərindən biridir.

Dünyada İlklər ənənəsi

Volvo Cars-ın böyük innovasiya mirası var. Bunlar Volvonun tarixi boyunca nail olduğu dünya ilklərinin sadəcə bəziləridir:

1944: Laminasiyalı ön şüşə
Volvo PV444 dünyanın ilk laminasiyalı ön şüşəsidir.
1959: Üç yerən bərkidilən təhlükəsizlik kəməri 
Volvo bu vacib təhlükəsizlik cəhətinə cavab verən ilk şirkət olub, o bunu Skandinaviya bazarlarında Amazonlar və PV544-lərdə standart edib.
1964: Arxaya baxan uşaq oturacağı
Bizim astronavtlardan ilham alaraq hazırladığımız arxaya baxan uşaq oturacağı prototipi PV544-də 1967-ci ildə istehsala başlanıldı.
1976: Uşaqlar üçün hündür yastıq 
Uşaqlar üçün belə dəstək verən hündür yastıq 
1976: Lambda Sond
Üç tərəfli kataliz və Lambda sensorları Kaliforniya bazarlarındakı Volvolara quraşdırılıb, bununla da təhlükəli emissiyalar 90 faizə qədər azaldılıb.
1979: Geniş bucaqlı güzgü
Sürücünun geniş bucaqlı güzgüsü arxadakıların daha yaxşı görünüşünü verir. 
1990: İnteqrasiya olunmuş hündür yastıq
Bizim aşağı və çölə qatlanan hündür yastığımız Volvo 960-ın arxa oturacağının mərkəzində debüt edir. 
1990: Arxada mərkəzdə hərəkətsizlik-fırlanan oturacaq kəməri
Hərəkətsizlik-fırlanan oturacaq kəməri, arxadakı orta oturacaq üçün standart olur.
1991: SİPS
Volvo 850-nin inteqrasiyalı SİPS yan zərbədən qoruma sistemi qəzalar zamanı sərnişin bölməsinə müdaxiləni minimuma endirir. 
1991: Avtomatik təhlükəsizlik kəmərinin düzəldilməsi
Təhlükəsizlik kəmərləri üçün avtomatik hündürlük tənzimləyicisi Volvo 850-də debüt edir.
1998: Şişirdilən Pərdə
Salonun damına yerləşdirilmiş Şişirdilən Pərdə hava yastığı S80-lərdə başı qoruyur.
1998: Ətraf Mühitə uyğun məhsul Bəyannaməsi
Volvo S80 Ətraf Mühitə uyğun Məhsul Bəyannaməsi alan ilk avtomobil oldu. 
1999: İSOFİX üçün arxaya baxan oturacaqlar 
Standart, avtomobilə inteqrasiya olunmuş İSOFİX sistemi ilə bağlı dünyanın ilk məhsulu, təhlükəsiz və asan şəkildə uşaq oturacağını yerləşdirməyə imkan verir.
2001: Volvo On Call
Volvo On Call dünyanın ilk tam inteqrasiya olunmuş və zavod istehsalı SOS sistemidir.
2002: Bor polad 
Super-güclü Bor poladı ilk dəfə olaraq XC90-da debüt etdi.
2003: İDİS
İntellektual Sürücü İnformasiya Sistemi lazım olan anda telefon zənglərini və vacib olmayan məlumatı ləngidir. 
2003: Volvo Hava Təmizləyicisi 
VAAC zərərli qazları süzgəcdən keçirir və digər avtomobillərin emissiyalarını neytrallaşdırır.
2004: BLİS
Volvonun Görünməyən Hissə İnformasiya Sistemi sürücünün güzgüsündən görünməyən hissəni müşahidə edir. 
2004: Qatlanan kupe maşınlar üçün Şişirdilən Pərdə 
Şişirdilən Pərdələrin üstü örtülən kupe maşınlarda yerləşdirilməsi dünyada ilkdir.

2005: Sürücüyə xəbərdarlıq 
Sürücü yuxuya getməzdən əvvəl bizim innovativ sistem onu xəbərdar edir.
2007: İnteqrasiya olunmuş iki mərtəbəli hündür yastıq
İnteqrasiya olunmuş hündür yastığımızın kəmər əvəzləyiciləri var və iki oturacaq hündürlüyü var, bu isə böyüməkdə olan uşaqlar üçün münasib seçimdir.
2011: Dizel Hibrid
Volvo V60 Hibrid dünyanın ilk dizel hibrid avtomobilidir. 
2012: Piyada hava yastığı 
Piyada hava yastığı texnologiyası Volvo V40-da debüt edir.
2013: i-Art 
Drive-E dizel avtomobilləri hər bir yanacaq injektorundan məlumat alır.
2013: Tam avto əyləc funksiyası ilə Velosipedçi Aşkarlama 
Velosipedçiləri aşkar edir və avtomatik şəkildə əyləcə basır.
2014: Şişirdilən Uşaq Oturacağı 
Arxaya baxan uşaq oturacağı konsepsiyası istifadə olunmayan zaman kiçik bir çantada kənara qoyula bilər. 
2014: Avtomobilə qida
Volvo qidanın avtomobilə gətirilməsini təqdim edir.