BİZİM GƏLƏCƏKLƏ BAĞLI DÜŞÜNCƏLƏRİMİZ

Dünya, sürətlə dəyişən bir yerdir və Volvo Cars-da biz bir neçə addım irəlini fikirləşirik. Beləliklə, Volvo sizin həyatınızı gələcəkdə necə yaxşılaşdıra bilər?

Avtomobillərin gələcəyi varmı?

Meqaşəhər, hava keyfiyyəti, qlobal istiləşmə - bunların hamısı avtomobillərin necə istifadə olunmasına öz təsirini göstərir. Sıxlıq dünyanın bir çox yerində problemdir, amma biz inanırıq ki, bu problemlərin texniki həll variantları olacaq. Və biz buna inanırıq, keçmişdə şəhərlərin avtomobillərə görə dizayn olunmasından fərqli olaraq, gələcəyin avtomobilləri şəhərlərə görə dizayn olunacaq.

Texnoloji inqilab

Biz avtomobillərin ən çox gücə malik olduğu dövrdən avtomobilə nəyin dəyər qatdığı dövrə keçid edirik - bunlar müasir texnologiya və əlaqədir. 

Böyük bir dəyişiklik özü gedən maşınlar olacaq, onlar maşın barədə anlayışı dəyişə bilər. Volvonun artıq ictimai yollarda özü gedən avtomobilləri var. Beləliklə, sizin avtomobiliniz şəxsi sürücünüz olacaq, avtomobiliniz sürməyə davam edərkən siz başqa işlərinizi görə bilərsiniz. Parklama anlayışı tamamilə dəyişə bilər, çünki avtomobili parklamaq üçün onun içərisində olmalı deyilsiniz, ona görə də siz avtomobilləri üst-üstə park edə bilərsiniz.

Və avtomobilləri buluda bağlamaq onların bir-birini izləməsinə imkan yaradır. Bu, həqiqətən insanların davranışını dəyişə bilər; telefonların bizim ünsiyyət vərdişlərimizi dəyişdiyi kimi.

Daha təhlükəsiz və daha dayanıqlı bir gələcək üçün

Volvo və bütün avtomobil sənayesi təhlükəsizlik sahəsində böyük irəliləyişlər ediblər, amma yenə də təkmilləşdirmə üçün imkan var. Əməkdaşlıq ruhu təhlükəsizliyi irəli aparır - müştərilər, hökumətlər və avtomobil şirkətləri dünyanı daha təhlükəsiz etmək üçün çalışırlar.

Və dayanıqlılıq sahəsində də müştərilər və hökumətlər ilə bir yerdə çalışırıq. Volvoda biz yaxşı vətəndaşlarıq; biz cəmiyyətdəki rolumuza inanırıq. Biz insanların daşınmasını daha yaxşı edə bilərik, sıxlığı aradan qaldıra, çirklənməni və emissiyaları azalda bilərik. Və biz bu işin birlikdə görülməli olduğuna inanırıq.