Avtomobil təhlükəsizliyi

Volvo Cars onilliklər ərzində avtomobil təhlükəsizliyi sahəsində dünyada liderdir. Bu heç vaxt dəyişməyəcək. Bu bizim baxışımızdır - heç kim Volvo avtomobillərində ölməməli və ya ciddi xəsarət almamalıdır.

Biz avtomobil istehsalında təhlükəsizliyə aid olan ən başlıca funksiyaları kəşf etmişik. Və bu hələ son deyil.

Sürücü dəstək sistemləri

Sərnişinlərin təhlükəsizliyi və yastıqlara əlavə olaraq, biz sürücüyə müxtəlif vəziyyətlərdə kömək edəcək dəstək funksiyasını da əlavə etmişik. Bu sistemlər manevr və duracaq zamanı da sizə yardımçı olacaq.

Daha ətraflı
Qəzadan yayınma

Günün istənilən vaxtında "driver assist technology" ilə siz avtomobillər, velosipedlər və ya piyadalarla toqquşmadan yayına bilərsiniz.

Arxa zərbə önləyicisi sistemi

Arxa zərbə önləyici sistemi funksiyası ilə, avtomobili arxaya sürdüyünüz zaman qonşu yoldan gələn avtomobillər haqqında sürücüyə xəbərdarlıq edilir və ya qəzadan qaçmaq üçün avtomatik əyləc sistemi işə salınır.

BLIS

Kor nöqtələrin təyini funksiyası sıx trafikli yollarda sizi xəbərdar edə bilər.

Avtomobilin təhlükəsizlik xüsusiyyətləri

Qəza qaçılmazdırsa, əmin olun ki, bizim sistemlərimiz maksimal dərəcədə köməklik edəcək.

Hava yastıqları

Hava yastıqları yarandığı gündən bəri dəfələrlə dəyişmişdir və Volvo-nun bu dəyişikliklərdə, yan yastıqlar, doldurulan pərdələr kimi ixtiralarda müstəsna rolu olmuşdur. Bu gün avtomobillərimizdə qəza zamanı sərnişinləri qorumağa kömək etmək üçün hazırlanmış bir sıra hava yastıqları var.

Avtomobil oturacaqları

Avtomobil oturacaqlarımız təhlükəsizlik və rahatlıq üçün hazırlanır Oturacaq və oturacaq çərçivəsi arasındakı zərbə enerjisini udma funksiyası onurğa zədələrini, daxili qoruma sistemi ilə isə, ümumi zədələnmə riskini azaltmağa kömək edir.

Uşaq təhlükəsizliyi

Uşaqlarımızın avtomobildəki təhlükəsizliyi bizim üçün ən mühüm məsələdir. Məhz buna görə, 1960-cı ildən bəri bu sahədə həmişə qabaqcıl mövqedə olmuşuq. Biz ilk dəfə olaraq, üzü arxaya uşaq oturacağını, həmçinin iki pilləli, yastıq quraşdırılmış uşaq oturacağını təqdim etmişik.

Uşaq təhlükəsizliyi barədə daha ətraflı

Yol hərəkəti təhlükəsizliyinin inkişafı

Ölüm riskini sıfıra endirmək üçün qarşımızda duran 3 maneə: sürət, sərxoşluq və diqqətin yayınması Buna görə, biz innovasiyaların köməyilə, bu maneələri aradan qaldırmağa çalışırıq.

Sürət məhdudiyyəti

Təhlükısizlik tədbirlərini nəzərə alaraq, 2020-ci ildən etibarən istehsal etdiyimiz avtomobillərdə sürət limitini 180 km/saat tətbiq etmişik. Hətta hazırda müxtəlif regionlarda xəstəxana və məktəb yaxınlığında sürət limitinin avtomatik aşağı düşməsi barədə də tədqiqatlarımızı aparırıq.

Magistral pilot

LiDAR sensorlarının köməyilə, artıq növbəti nəsil avtomobillərimizi avtonom rejimdə idarə etməyi bacaracaqsınız. Zaman keçdikcə, biz bu proqramın yenilənməsini naqilsiz olaraq həyata keçirəcəyik ki, avtonom idarəetmədən tam zövq alasınız.

Sürücü nəzarət kameraları

Yeni avtomobillərimizdə biz sürücünün sərxoşluğu, yoldan diqqətinin yayınması kimi halları da nəzərə alacağıq. Bu sensorlar sürücünün sərxoş olmasını və ya fikrininin yolda olmamasını müəyyən etməklə, dərhal avtomobilin idarəetməsinə qarışacaq, bununla da ölüm və ya ağır xəsarət riskini minimuma endirəcəklər

Care Key

Sürət həddinin aşılmamasına görə, bu yaxınlarda biz Care Key funksiyasını təqdim etdik. Care Key funksiyasının köməyilə, avtomobil sahibi öz yaxınlarına və ya daha təcrübəsiz insanlara avtomobilini verən zaman ona sürət limiti tətbiq edir, bu da öz növbəsində onların səyahətini daha təhlükəsiz edir.

Bir milyon bəxş edilmiş həyat

Üç nöqtəli təhlükəsizlik kəmərinin ixtirasından sonra, biz bir dünya tənqidlə üzləşdik. Lakin bu ixtira bir milyon insanın həyatını xilas etdi. İndiki hədəfimiz isə, daha bir milyon həyatdır.

Biz hər kəsin təhlükəsizliyini artırmaq məqsədilə, apardığımız araşdırmaların nəticələrini həmişə bölüşmüşük

Bəzi insanlar yollarda digərlərinə nisbətən daha az təhlükəsizdir. Buna görə, təhlükəsizlik sahəsində apardığımız araşdırmaları öz informasiya bazamız olan E.V.A. - da hər kəs üçün açıq etmişik. Hər kəsin təhlükəsizliyi üçün

Daha ətraflı

İnnovasiyaların onillikləri

1927-ci ildən bəri biz avtomobilləri hazırlayarkən, ilk öncə insanları düşünmüşük. Onilliklər ərzində formalaşan mühüm təhlükəsizlik innovasiyalarını kəşf edin.

Daha ətraflı

Modellərimizi təhlil edin

Volvo Cars-ın təhlükəsizlik qaydaları ümumi qaydalara əlavə olub, heç bir halda sürücünün məsuliyyətsiz, aqressiv davranışına şərait yaratmır. İstənilən halda, sürücü təhlükəsizliyə dair bütün əməliyyatlara özü məsuliyyət daşıyır.