Sizin Dünyanızı Qoruyaraq

Avtomobil ilə məhdudlaşmayan qayğı

İçəridə olan hər kəsin və əlbəttə çöldəkilərin də təhlükəsizliyi, Volvo maşını təsisçilərimizin 1927-ci ildə təqdim etdikləri fəlsəfənin bir hissəsidir - təbii ki, bizim təqdim etdiyimiz texnologiya bir milyondan çox insanın həyatını xilas edib. Biz həmçinin yaşadığımız ətraf mühiti qorumaq istəyirik - dayanıqlılıq bizim bütün işlərimizə ilham verir və ona görə də biz daha səmərəli mühərriklər və daha təmiz zavodlar hazırlayaraq avtomobillərimizin ətraf mühitə vurduğu zərəri azaldırıq.

READ MORE ABOUT SUSTAINABILITY

2020-ə qədər yeni Volvoda heç kim tələf olmayacaq.

Texnologiyanın sərhədlərini aşmaqla, biz 2000-ci ildən bəri Volvoda xəsarət alma faizini 50% azaltmışıq. Və biz 2020-ci ilə qədər yeni Volvoda heç kimin tələf olmaması və ya ciddi xəsarət almaması ilə bağlı hədəfimiz ilə daha irəli gedirik.

Gəlin sizi səyahətə çıxaraq

Öz radar və kamera texnologiyasından istifadə etməklə nəqliyyat hərəkətinə nəzarət edən və lazım olan anda əyləcə basaraq, sükanı idarə edən özü gedən avtomobilin sizin işə gedib gəlməyinizi nə qədər təhlükəsiz edə biləcəyini təsəvvür edin. Bəli, bizim gələcək "özü gedən maşınlarımız" bunu edə biləcək. Onlar nəqliyyat hərəkətini yüngülləşdirəcəyindən və sıxlığı azaldacağından, ətraf mühitə də faydalı olacaqlar. Avtomobilinizin sizin həyatınıza necə daxil ola biləcəyi barədə oxuyun.


AVTOPİLOT BARƏDƏ ƏTRAFLI MƏLUMAT

O vaxt ki, az daha çox deməkdir

Yaşadığımız dünyaya qayğı göstərmək Volvo Cars-ın mahiyyətindədir. Bizim Drive-E transmissiyalarımız kiçik və yüngül çəkilidir, ona görə də onlar daha az yanacaq sərfi ilə daha böyük transmissiyaların gücünü təqdim edir. Bu o deməkdir ki, bizim avtomobillərimiz daha az zərərli qazları havaya buraxır və təbii resurslardan daha yaxşı istifadə edir.

Bizim dayanıqlı biznesimiz

Volvo Cars-da dayanıqlılıq, yaşayan, təkamül edən prosesdir və bizim etdiyimiz hər bir işin mərkəzində o dayanır. Biz cəmiyyətdəki rolumuzla fəxr edirik və bu gün gələcəyin çağırışlarına cavab verərək bir addım öndə olmağa çalışırıq. Dayanıqlılıq ətrafdakı insanlar və yaşadığımız dünya qarşısındakı öhdəliyimizdir və bu anlayışın biznes imkanları yaratdığına və bizim rəqabətliyimizi artırdığına inanırıq. 



Bir milyon həyat

Sizi təhlükəsiz saxlamaq daim Volvo-nun missiyası olub. Volvo mütəxəssisi Nils Bohlin üç yerən bərkidilən təhlükəsizlik kəmərini 1959-cu ildə təqdim edəndən bəri sadə bir kəmər təxminən bir milyon insanın həyatını xilas edib. O zamandan bəri biz daim innovasiya yolunu seçmişik - arxadan zərbənin yaxın olduğunu təxmin edən zaman öz-özünə sıxılan dünyada ilk oturacaq kəmərlərinin istehsalı da bura daxildir.

Sadə, yüngül və təhlükəsiz

Adətən avtomobildə uşaqlar üçün istifadə edilən oturacaqlar çətin quraşdırılır, ağır olur və çox yer tutur. Volvonun şişirdilən uşaq oturacaqları tam fərqlidir. Bu oturacaqlar ağıllı, yüngül, asan yığıla bilən və asan daşına bilən olmaqla, hər santimetri ilə normal uşaq oturacaqları qədər təhlükəsizdir. Hətta nənə-babalar da bunu daşımaqdan şad olacaq.