Explore Volvo S60 Accessories

Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin.

Eksteryer üslubu

Sizin avtomobilinizə daha şəxsi və bənzərsiz profil vermək, avtomobilinizin dinamik eleqantlılığını gücləndirmək üçün Volvo bu eksteryer üslubu aksesuarlarını hazırlayıb.

Qabaqda işıqlandırılmış kandar lövhələri

Volvonuzu öz üslubunuza uyğunlaşdırın. Qabaq qapını açın, paslanmayan poladdan hazırlanmış kandarda işıqlı Volvo loqosu parıldayır və sizin avtomobilə müasir bir görüntü verir.

Arxa spoyler

Rəngi uyğunlaşdırılmış arxa spoyler təkcə sizin avtomobilinizə idman görüntüsü vermir. O həmçinin yüksək sürətlə hərəkət zamanı aşağı çəki qüvvəsini artırır və beləliklə sizin S60 mükəmməl idarəetmə xüsusiyyətlərini daha da gücləndirir.

Fortuna 8×18 düymlük diskləri

Və sadə, klassik formalı qara parlaq disk ilə daha çox gizlilik.

Üslub dəsti

Avtomobilinizi daha fərdi etmək üçün, Volvo, avtomobilin görüntüsünü yaxşılaşdıran üslub dəsti hazırlayıb. Bu üslub dəsti avtomobilinizi daha dinamik və eksklüziv edir. Eksteryer üslub dəsti aşağıdakı məhsulları ehtiva edir:

Bəzək spoyleri, ön bufer

Avtomobilin ön tərəfinə daha dinamik və eksklüziv görünüş verir. "Eksteryer üslubunda" digər aksesuarlara uyğun gələn üç mat rəngli variantda və ya daha sonra rənglənmək üçün astar boya çəkilmiş halda mövcuddur.

Yan kandar lövhə

Yan kandar lövhə "Eksteryer üslubu" aksesuarları ilə birgə avtomobilin yan hissəsində şıq və eksklüziv görüntüsü ilə yer alan bir məhsuldur. Təqdim edilən üç mat rəngi variantı ilə sizə avtomobilinizi fərdiləşdirməyə imkan verir.

Diffuzor

Ucları bütöv borularla ilə kombinasiya üçün diffuzor. Birlikdə onlar avtomobilin arxasına daha zərif və idmansayağı görüntü verirlər. Diffuzor üç mat rəngli variantda təqdim olunur ki, bu da sizə avtomobilinizi daha da fərdiləşdirməyə imkan verir.

Tech & Sound

Rahatlıqla naviqasiya edin, öz Volvonuzu mobil əyləncə mərkəzinə çevirin və ya parklama köməkçisindən istifadə eidn. Bizim Tech & Sound aksesuarlarımızla siz səs və görünüşü, təhlükəsizlik və həzzi tam yaşayacaqsınız.

Arxa oturacaq əyləncəsi

Xüsusi DVD pleyerlər ilə işləyən LCD ekrana malik yeni nəsil əyləncə sistemlərimiz sayəsində, arxada oturanlar öz səyahətlərini əvvəllər olmadığı qədər maraqlı keçirəcəklər. Simsiz qulaqcıqlar və bir uzaqdan idarəetmə qurğusu da bura daxildir.

Parklama kamerası qabaq görünməyən hissə

Bəzən dar çıxışlar və qovşaqlardan keçmək çətin olur, həmin yerlərdə yolu görmək çətinləşir. Qarşıda görünməyən hissədə 180° görünüş ilə sol və sağ küncləri, nəzərə çarpmayan yerləri görməyə kömək edən parklama kameramız ilə bu işi asanlaşdırırıq.

Parklama kamerası, arxa

Dar parklama yerində arxaya vermək stresli bir iş olar -- "başınızın arxasında göz"ün olması pis olmazdımı? Sizin Volvonuz arxa baqaj qapısına yerləşdiriilmiş kamera vasitəsilə belə qeyri-adi qabiliyyəti sizə bəxş edir, bu isə avtomobilin arxasındakı görünüşü yaxşılaşdırır.

Sensus Naviqasiya

Öz yolunu tap və sizi yaxınlıqda axtardığınız yerə və ya boş parklama sahəsinə aparacaq bulud proqramları ilə əlaqə qur. Gedəcəyin yeri səsli əmr ilə və ya əvvəlcədən mobil telefonundan istifadə edərək seç. Xəritə yeniləmələri də daxildir.

Qablaşdırma və yüklər

Praktik yoxsa eleqant, elə hər ikisi! Bu qablaşdırma və yükləmə aksesuarları ilə siz hər ikisinin ən yaxşısını əldə edəcək və gündəlik həyatınızı daha rahat edəcəksiniz. Volvonuzun daha yaxşı görünüş alması üçün aksesuarlardan bəziləri maşının rəngi ilə uyğunlaşdırıla bilər.

Ayrıla bilən qoşqu asqısı

Bu dözümlü və çox funksiyalı qoşqu asqısı xüsusi olaraq sizin Volvonuzda istifadə olunmaq üçün hazırlanıb. Onu arzu edəcəyiniz yerə bərkitmək asandır və istifadə olunmayan zaman onu çıxarmaq tez və rahatdır. Və Volvonuzun yaxşı görünüşünü saxlamaq üçün, qoşqu asqısının ağzında rəngi uyğunlaşdırılmış örtük var.

Dam yük daşıyıcıları

Bu xüsusi dizayn olunmuş yük daşıyıcıları səliqəli şəkildə və təhlükəsiz şəkildə sizin Volvonuzun hazır tutqaclarına oturur. Onları əlavə asqılarla arzu olunan zaman quraşdırmaq və birləşdirmək asandır. Burada əsas diqqətin funksiyaya yönəldilməsinə baxmayaraq, yük daşıyıcıları sizin Volvonuzun üslubu ilə harmoniya və ahəng təşkil edir.

Yük yerinin kilimi, plastik

Xüsusi olaraq sizin S60 üçün hazırlanmış zövqlü plastik kilim sizin yüklərinizin sürüşməsinin qarşısını alan yüksək sürtünməli üzlüyə mlalikdir. O, həmçinin toz və suyun yük bölməsinə girməsinin qarşısını alır.

Tunel kilimi, rezin döşəmə kilimi

Təbii kauçukdan hazırlanmış bu kilim Volvonun orijinal xalısını tozdan, köhnəlmədən qoruyur. Bu kilim tunel formasına uyğundur və yuxarı tərəfində kiçik naxışlar olmaqla möhkəm rezindən hazırlanıb. Möhkəm təbii kauçukdan hazırlanmış və döşəməyə möhkəm şəkildə bərkidilmiş, döşəməni tam örtən bu kilimin kənarları yuxarıya doğru qalxır, nəm və toza qarşı effektiv qorumanı təmin edir. Sürücünün kiliminin rahat parça ayaqlıq yeri var ki, bu da ayaqqabıları köhnəlmədən qoruyur.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

Sürməkdən daha çox həzz almaq istəyən varmı?

Polestar performans optimallaşdırması ilə öz sürmə həzzinizi artırın. Volvonun təsdiq etdiyi yeniləmə daha çox güc və fırlanma anı verir və bir yerdən başqa yerə gedən zaman sizin çöhrənizə təbəssüm bəxş edəcək.


DİGƏR MƏLUMATLAR

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.