Explore Volvo S80 Accessories

Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin. 

Eksteryer üslubu

Sizin avtomobilinizə daha şəxsi və bənzərsiz profil vermək, avtomobilinizin dinamik eleqantlılığını gücləndirmək üçün Volvo bu eksteryer üslubu aksesuarlarını hazırlayıb.

Arxa spoyler

Arxa spoyler sizin Volvonuzun idman görünüşünə zəriflik qatacaq və maşının rənginə uyğunlaşdırılacaq.

Modin lehimli 8×18 düymlük disklər

Premium parlaq qara, almazla kəsilmiş disklər sizin S80-ə şıq, idman görünüşü verir.

Fortuna 8×18 düymlük diskləri

Və sadə, klassik formalı qara parlaq disk ilə daha çox gizlilik.

Tech & Sound

Öz üslubunuzla asan naviqasiya Bizim Tech & Sound aksesuarlarımızla siz səs və görünüşü, təhlükəsizlik və həzzi tam yaşayacaqsınız.

Parklama kamerası, qabaq görünməyən hissə

Bəzən dar çıxışlar və qovşaqlardan keçmək çətin olur, həmin yerlərdə yolu görmək çətinləşir. Qarşıda görünməyən hissədə 180° görünüş ilə sol və sağ küncləri, nəzərə çarpmayan yerləri görməyə kömək edən parklama kameramız ilə bu işi asanlaşdırırıq.

Parklama kamerası, arxa

Dar parklama yerində arxaya vermək stresli bir iş olar - "başınızın arxasında göz"ün olması pis olmazdımı? Sizin Volvonuz arxa baqaj qapısına yerləşdiriilmiş kamera vasitəsilə belə qeyri-adi qabiliyyəti sizə bəxş edir, bu isə avtomobilin arxasındakı görünüşü yaxşılaşdırır.

Arxa oturacaq əyləncəsi

Xüsusi DVD pleyerlər ilə işləyən LCD ekrana malik yeni nəsil əyləncə sistemlərimiz sayəsində, arxada oturanlar öz səyahətlərini əvvəllər olmadığı qədər maraqlı keçirəcəklər. Simsiz qulaqcıqlar və bir uzaqdan idarəetmə qurğusu da bura daxildir.

Sensus Naviqasiya

Öz yolunu tap və sizi yaxınlıqda axtardığınız yerə və ya boş parklama sahəsinə aparacaq bulud proqramları ilə əlaqə qur. Gedəcəyin yeri səsli əmr ilə və ya əvvəlcədən mobil telefonundan istifadə edərək seç. Xəritə yeniləmələri də daxildir.

Qablaşdırma və yüklər

Praktik yoxsa eleqant, elə hər ikisi! Bu qablaşdırma və yükləmə aksesuarları ilə siz hər ikisinin ən yaxşısını əldə edəcək və gündəlik həyatınızı daha rahat edəcəksiniz. Volvonuzun daha yaxşı görünüş alması üçün aksesuarlardan bəziləri maşının rəngi ilə uyğunlaşdırıla bilər.

Sabit və ya çıxarılan qoşqu asqısı

Volvoda, biz hər bir qoşqu asqısını avtomobilinizin bir hissəsi kimi, mümkün qədər praktiki, dözümlü və təhlükəsiz olsun deyə dizayn edirik. Sabit və ya asanlıqla çıxarıla bilən, yükləmə və ya boşaltma zamanı heç bir maneə yaratmayan qoşqu asqısından birini seçin.

Dam yük daşıyıcıları

Bu xüsusi dizayn olunmuş yük daşıyıcıları səliqəli şəkildə və təhlükəsiz şəkildə sizin Volvonuzun hazır tutqaclarına oturur. Onları əlavə asqılarla arzu olunan zaman quraşdırmaq və birləşdirmək asandır. Burada əsas diqqətin funksiyaya yönəldilməsinə baxmayaraq, yük daşıyıcıları sizin Volvonuzun üslubu ilə harmoniya və ahəng təşkil edir.

Yük bölməsi döşəkçəsi, parça (geri qatlana bilir)

Bu sizə, hətta bəzən çirkli yük daşıyanda belə, yük hissəsinin eleqant görüntüsünü saxlamağa imkan verir. O, geri qatlana bilir və su keçirməzdir, bir tərəfində rəngi müəyyənləşdirilmiş parça, digər tərəfində isə plastik var.

Arxa oturacaq örtüyü

Bu dözümlü oturacaq örtüyü ilə siz arxa oturacaq hissəsini əlavə yükləmə sahəsi kimi istifadə edə bilərsiniz. Bu sizə tozlu yüklər və ya ev heyvanı daşıyan zaman üzlüyü qorumağa imkan verir.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

Sürməkdən daha çox həzz almaq istəyən varmı?

Polestar performans optimallaşdırması ilə öz sürmə həzzinizi artırın. Volvonun təsdiq etdiyi yeniləmə daha çox güc və fırlanma anı verir və bir yerdən başqa yerə gedən zaman sizin çöhrənizə təbəssüm bəxş edəcək.


DİGƏR MƏLUMATLAR

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.