Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin.

Eksteryer üslubu

İki premium tyuninq dəsti və geniş aksesuar çeşidi ilə siz ən yeni XC90 modelini öz zövqünüzə uyğunlaşdıra bilərsiniz.
Sərt dəbdəbə və ayaqlıqlar

Bu dəstə mat qara eksteryer plankası, paslanmayan poladdan qoruyucu lövhələr, qabaq bəzək çərçivələri, inteqrasiya olunmuş tüstü boruları və işıqlandırılan ayaqlıqlar daxildir.

22 düymlük disklər

Premium 6-ikiqat spitsalar, qara mat rəngdə almazla kəsilmiş disklər sizin tam yeni XC90-a idman görüntüsü verir.

Ayarqlıqlar

İşıqlandırılan ayaqlıqlar. Avtomobilin lüks görüntüsünü gücləndirən eksklüziz və üslublu ayaqlıq.

Qoruyucu lövhənin üslub dəsti

Düzgün işlənmiş paslanmayan poladdan qoruyucu lövhə üslub dəsti sizin XC90-a lüks bir çalar bəxş edir. İnteqrasiya olunmuş qoşa tüstü boruları da bura daxildir və zərif, güclü görüntünü tamamlayır. Üslub dəsti bütün rənglərdə mövcuddur və arxa və ön buferlərdə qoruyucu lövhələri ehtiva edir.

Tech & Sound

Xüsusi ehtiyaclarınıza uyğun aksesuarlarla tam yeni XC90-nın intuitiv sürücü nəzarəti və premium audio təcrübəsini tamamlayın.

Qırmızı açar

Qırmızı açar yeni sürücülük vəsiqəsi almış yeniyetməyə və dayanacaq işçisinə öz maşınınızı sürməyə icazə verən zaman ideal seçimdir. O, avtomobilin bəzi funksiyalarını, məsələn yüksək sürəti və audio səsi məhdudlaşdırır. Təbii ki, Qırmızı Açarın parametrlərini istədiyiniz şəkildə tənzimləyə bilərsiniz.

Sensus Naviqasiya

Sensus Navigation çoxlu düymələrə ehtiyac olmadan ağıllı şəkildə inteqrasiya olunmuş naviqasiyanı təqdim edir. Siz məlumatı sürücü displeyi, başın üzərində olan displey və ya mərkəzi displey vasitəsilə əldə edirsiniz. Sensus Navigation həmçinin sizi parklama yerləri tapmağa kömək edən proqramlara və bulud əsaslı xidmətlərə qoşur. Ünsiyyət qurun və ya sadəcə şəhərinizdəki ən yaxşı qəhvə məkanını tapın.

Qablaşdırma və Yükləmə

Bu ağıllı aksesuarlar həm praktik həm də eleqantdır və onlar sizə ən yeni XC90 modelinizdən istədiyiniz hər şeyi əldə etməyə kömək edir.
Çıxarıla bilən Qoşqu Asqısı

Lazım olmayan zaman, siz düyməni basmaqla asanlıqla yarım-elektrikli qoşqu asqısını kənara qoya bilərsiniz.

Polad Tor

Hər şeyin yerində olduğuna əmin olun. Qoruyucu Polad Tor, toqquşma və ya sərt əyləc zamanı yükün qabağa aşmasının qarşısını alır.

Köpək Qapısı

Köpək Qapısı, hətta arxa qapı açıq olanda belə itinizin öz təhlükəsiz yerində olmasını təmin edir. Qoruyucu tor ilə birlikdə, yük ayırıcı və yük bölməsi ayırıcısı, bir və ya iki it qapısı yerləşdirilə bilər. Qapını açıb-bağlamaq asandır və istifadə olunmayan zaman avtomobildən çıxarıla bilər.

Geri qatlanan yük bölməsinin parça kilimi

Bu eleqant parça kilim sizə, hətta bəzən çirkli yük daşıyanda belə, yük hissəsinin cəzbedici görünüşünü saxlamağa imkan verəcək. Kilim qatlana bilir və su keçirməzdir, bir tərəfində rəngi müəyyənləşdirilmiş parça, digər tərəfində isə plastik var.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

İnteqrasiya edilmiş uşaq oturacağı üçün rahat örtük

Uşağınıza təhlükəsiz, rahat səyahət bəxş edin. İnteqrasiya olunmuş hündür yastıq üçün müasir rahat örtüklər və baş yastığı təkcə rahatlıq vermir, həm də avtomobilin orijinal örtüyünü təmiz saxlayır.

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.