Explore Volvo V40 Cross Country Accessories

Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin.

Eksteryer üslubu

Sizin avtomobilinizə daha şəxsi və bənzərsiz profil vermək, avtomobilinizin dinamik eleqantlılığını gücləndirmək üçün Volvo bu eksteryer üslubu aksesuarlarını hazırlayıb.

Yan kandar lövhələri

Alüminium işləməli yan kandar lövhələri Volvo V40 Cross Country-yə xüsusi görkəm verir - kandar və digər V40 Cross Country eksteryer aksesuarları ilə mükəmməl şəkildə ahəng təşkil edir.

Arxa qoruyucu lövhə

Xromlanmış paslanmayan poladdan hazırlanmış qoşa tüstü borusu ilə bu yaraşıqlı arxa qoruyucu lövhə sizin Volvonuza həqiqi üslub bəxş edir.

Deko işləmə, arxa

Bu üslublu və möhkəm, rezin oyma naxışlı, gümüşü çalarlı bəzək sizin Volvonuzdakı Eksteryer Üslub Dəstini nəinki tamamlayır, hətta arxa buferi yükləmə və boşaltma zamanı qoruyur.

Alecto yüngül lehimli 7.5x19 düym disklər

Premium ağ disklər sizin V40 Cross Country-yə yaraşıqlı, idman görünüşü verir. Parlaq və mat qara rəngləri var.

Tech & Sound

Rahatlıqla naviqasiya edin və ya parklama köməkçisindən istifadə edin. Və bizim Tech & Sound aksesuarlarımızla siz səs və görünüşü, təhlükəsizlik və həzzi tam yaşayacaqsınız.

Park assist pilot

Qoy avtomobiliniz özü park etsin. Düyməni basmaqla, sistem ultrasəsdən istifadə edərək parklama ərazisini skan edir və həmin yerin nə qədər geniş olduğunu bildirir. Siz avtomobilinizin istiqamətini seçəndən sonra, yalnız sürətə və istiqamətə nəzarət etməlisiniz, parklama köməkçisi isə avtomobili mükəmməl şəkildə parkalayana qədər sükana nəzarət edəcək.

Parklama kamerası, arxa

Dar parklama yerində arxaya vermək stresli bir iş olar - "başınızın arxasında göz"ün olması pis olmazdımı? Sizin Volvonuz arxa qapısına yerləşdiriilmiş kamera vasitəsilə belə qeyri-adi qabiliyyəti sizə bəxş edir, bu isə avtomobilin arxasındakı görünüşü yaxşılaşdırır.

Sensus Naviqasiya

Öz yolunu tap və sizi yaxınlıqda axtardığınız yerə və ya boş parklama sahəsinə aparacaq bulud proqramları ilə əlaqə qur. Gedəcəyin yeri səsli əmr ilə və ya əvvəlcədən mobil telefonundan istifadə edərək seç. Xəritə yeniləmələri də daxildir.

Qablaşdırma və yüklər

Praktik yoxsa eleqant, elə hər ikisi! Bu qablaşdırma və yükləmə aksesuarları ilə siz hər ikisinin ən yaxşısını əldə edəcək və gündəlik həyatınızı daha rahat edəcəksiniz. Volvonuzun daha yaxşı görünüş alması üçün aksesuarlardan bəziləri maşının rəngi ilə uyğunlaşdırıla bilər.

Ayrıla bilən qoşqu asqısı

Bu dözümlü və çox funksiyalı farkop xüsusi olaraq sizin Volvonuzda istifadə olunmaq üçün hazırlanıb. Onu arzu edəcəyiniz yerə bərkitmək asandır və istifadə olunmayan zaman onu çıxarmaq tez və rahatdır. Və Volvonuzun yaxşı görünüşünü saxlamaq üçün, qoşqu asqısının ağzında rəngi uyğunlaşdırılmış örtük var.

Dam yük daşıyıcıları

Birbaşa olaraq relslərin üzərinə yerləşdirilmiş, bu aerodinamik dizaynlı alüminium yük daşıyıcıları istifadəsi asan dam yükü daşıma sistemini təmin edir. Xizək asqısı və ya digər Volvo yük daşıma aksesuarını əlavə edin və yola düşün.

Təhlükəsizlik toru

Sərt əyləc zamanı, bu polad təhlükəsizlik toru maşındakı insanları təhlükə yarada biləcək ağır yükdən qorumağa kömək edir.

Yük dolab kilimi

Bu dolab kilim yük yerinin döşəməsində və ya onun altında əşyalarınızı rahat saxlamağa imkan verəcək. Üç hərəkətli aliminium bölücülər sayəsində siz istədiyiniz şəkildə saxlanc yerləri yarada bilərsiniz və kilimin özü uzun-müddətli istifadəyə dözümlüdür. Həm iki səviyyəli, həm də standart yük yeri döşəməsi üçün seçimlər var.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

Sürməkdən daha çox həzz almaq istəyən varmı?

Polestar performans optimallaşdırması ilə öz sürmə həzzinizi artırın. Volvonun təsdiq etdiyi yeniləmə daha çox güc və fırlanma anı verir və bir yerdən başqa yerə gedən zaman sizin çöhrənizə təbəssüm bəxş edəcək.
DİGƏR MƏLUMATLAR

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.