Explore Volvo S80 Accessories

Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin. 

Eksteryer üslubu

Sizin avtomobilinizə daha şəxsi və bənzərsiz profil vermək, avtomobilinizin dinamik eleqantlılığını gücləndirmək üçün Volvo bu eksteryer üslubu aksesuarlarını hazırlayıb.

Qabaq bufer dəmiri

Bu aksesuar sizin Volvonuzun sərt görüntüsünü vurğulayır, XC model sırasının macərapərəst təbiətinə bir eyhamdır. Bu bufer dəmiri iki mat variantda təqdim olunur və Eksteryer Üslub dəstindəki digər aksesuarları tamamlayır.

Arxa qoruyucu lövhə

Bu aksesuar sizin XC60-a daha sərt görünüş verir. Bizim qoşa tüstü boruları ilə o, sizin Volvonuzun arxasına əzəmətli görkəm verir.

İnteqrasiya olunmuş ayaqlıqlar

Bu ayaqlıq lövhələri, XC60-ın dizaynını tamamlayan rəngi uyğunlaşdırılmış üsluba malikdir. Onlar əla görünür və siz avtomobilinizin damını yükləyərkən, giriş və çıxış üçün dəstəyi təmin edir.

Candor yüngül lehimli 8x20 düymlü disklər

Premium almazla kəsilmiş dəmir disklər sizin XC60-a idman görünüşü verir.

Tech & Sound

Rahatlıqla naviqasiya edin, öz Volvonuzu mobil əyləncə mərkəzinə çevirin və ya parklama köməkçisindən istifadə edin. Bizim Tech & Sound aksesuarlarımızla siz səs və görünüşü, təhlükəsizlik və həzzi tam yaşayacaqsınız.

Arxa oturacaq əyləncəsi

Xüsusi DVD pleyerlər ilə işləyən LCD ekrana malik yeni nəsil əyləncə sistemlərimiz sayəsində, arxada oturanlar öz səyahətlərini əvvəllər olmadığı qədər maraqlı keçirəcəklər. Simsiz qulaqcıqlar və bir uzaqdan idarəetmə qurğusu da bura daxildir.

Parklama kamerası, qabaq görünməyən hissə

Bəzən dar çıxışlar və qovşaqlardan keçmək çətin olur, həmin yerlərdə yolu görmək çətinləşir. Qarşıda görünməyən hissədə 180° görünüş ilə sol və sağ küncləri, nəzərə çarpmayan yerləri görməyə kömək edən parklama kameramız ilə bu işi asanlaşdırırıq.

Sensus Naviqasiya

Öz yolunu tap və sizi yaxınlıqda axtardığınız yerə və ya boş parklama sahəsinə aparacaq bulud proqramları ilə əlaqə qur. Gedəcəyin yeri səsli əmr ilə və ya əvvəlcədən mobil telefonundan istifadə edərək seç. Xəritə yeniləmələri də daxildir.

Parklama kamerası, arxa

Dar parklama yerində arxaya vermək stresli bir iş olar - "başınızın arxasında göz"ün olması pis olmazdımı? Sizin Volvonuz arxa qapısına yerləşdiriilmiş kamera vasitəsilə belə qeyri-adi qabiliyyəti sizə bəxş edir, bu isə avtomobilin arxasındakı görünüşü yaxşılaşdırır.

Qablaşdırma və yüklər

Praktik yoxsa eleqant, elə hər ikisi! Bu qablaşdırma və yükləmə aksesuarları ilə siz hər ikisinin ən yaxşısını əldə edəcək və gündəlik həyatınızı daha rahat edəcəksiniz. Volvonuzun daha yaxşı görünüş alması üçün aksesuarlardan bəziləri maşının rəngi ilə uyğunlaşdırıla bilər.

Ayrıla bilən qoşqu asqısı

Bu dözümlü və çox funksiyalı farkop xüsusi olaraq sizin Volvonuzda istifadə olunmaq üçün hazırlanıb. Onu arzu edəcəyiniz yerə bərkitmək asandır və istifadə olunmayan zaman onu çıxarmaq tez və rahatdır. Və Volvonuzun yaxşı görünüşünü saxlamaq üçün, qoşqu asqısının ağzında rəngi uyğunlaşdırılmış örtük var.

Dam yük daşıyıcıları

Bu xüsusi dizayn olunmuş yük daşıyıcıları səliqəli və təhlükəsiz şəkildə sizin Volvonuzun dam asqılarının üzərinə oturur. Onları əlavə asqılarla arzu olunan zaman quraşdırmaq və birləşdirmək asandır.

Təhlükəsizlik toru

Bu amortizasiyalı polad tor qəfil əyləc zamanı sizi və sərnişinlərinizi bağlanmamış yüklərdən qoruyur. Lazım olmayanda, sizin interyerinizə uyğun rənglənmiş tor, dama tərəf asanlıqla qatlanır.

Yük bölməsinin geri qatlanan və bükülən parça kilimi

Bu kilim sizə, hətta çirkli yük daşıyanda belə, yük hissəsinin eleqant görünüşünü saxlamağa imkan verir. Arxa oturacaqdakı bel yastıqlarını qatlayaraq, bütün yük bölməsini örtmək üçün sadəcə olaraq kilimi sərin. Kilim qatlana bilir və su keçirməzdir, bir tərəfində rəngi uyğunlaşdırılmış parça, digər tərəfində isə plastik var.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

Sürməkdən daha çox həzz almaq istəyən varmı?

Polestar performans optimallaşdırması ilə öz sürmə həzzinizi artırın. Volvonun təsdiq etdiyi yeniləmə daha çox güc və fırlanma anı verir və bir yerdən başqa yerə gedən zaman sizin çöhrənizə təbəssüm bəxş edəcək.
DİGƏR MƏLUMATLAR

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.