Özünüzünkü edin

Aşağıda bizim ən populyar seçimlərimiz ilə tanış olun və ya son işləmə təkliflərinin hamısı ilə tanış olmaq üçün dilerə müraciət edin.


Eksteryer üslubu

Sizin avtomobilinizə daha şəxsi və bənzərsiz profil vermək, avtomobilinizin dinamik eleqantlılığını gücləndirmək üçün Volvo bu eksteryer üslubu aksesuarlarını hazırlayıb.

Dam spoyleri

Əsl idman çalarları üçün, öz Volvonuza dam spoyleri sifariş edə bilərsiniz - o, həmçinin eleqantlıq bəxş edir və Volvonuzun üslubu ilə ahəng təşkil etməsi üçün dizayn olunub.

Yan kandar lövhələri

Alüminium işləməli yan kandar lövhələri Volvo XC70-ə xüsusi görkəm verir - kandar və digər XC70 eksteryer detalları ilə mükəmməl şəkildə ahəng təşkil edir.

Erakir yüngül lehimli 8×19 düymlük disklər

Premium parlaq qara rəngdə, disklər sizin V70 maşınınıza idman görünüşü verəcək.

Tech & Sound

Öz üslubunuzla asan naviqasiya Bizim Tech & Sound aksesuarlarımızla siz səs və görünüşü, təhlükəsizlik və həzzi tam yaşayacaqsınız.

Parklama kamerası, arxa

Dar parklama yerində arxaya vermək stresli bir iş olar -- "başınızın arxasında göz"ün olması pis olmazdımı? Sizin Volvonuz arxa baqaj qapısına yerləşdiriilmiş kamera vasitəsilə belə qeyri-adi qabiliyyəti sizə bəxş edir, bu isə avtomobilin arxasındakı görünüşü yaxşılaşdırır.

Sensus Naviqasiya

Öz yolunu tap və sizi yaxınlıqda axtardığınız yerə və ya boş parklama sahəsinə aparacaq bulud proqramları ilə əlaqə qur. Gedəcəyin yeri səsli əmr ilə və ya əvvəlcədən mobil telefonundan istifadə edərək seç. Xəritə yeniləmələri də daxildir.

Parklama kamerası, qabaq görünməyən hissə

Bəzən dar çıxışlar və qovşaqlardan keçmək çətin olur, həmin yerlərdə yolu görmək çətinləşir. Qarşıda görünməyən hissədə 180° görünüş ilə sol və sağ küncləri, nəzərə çarpmayan yerləri görməyə kömək edən parklama kameramız ilə bu işi asanlaşdırmaq istəyirik.

Arxa oturacaq əyləncəsi

Xüsusi DVD pleyerlər ilə işləyən LCD ekrana malik yeni nəsil əyləncə sistemlərimiz sayəsində, arxada oturanlar öz səyahətlərini əvvəllər olmadığı qədər maraqlı keçirəcəklər. Simsiz qulaqcıqlar və bir uzaqdan idarəetmə qurğusu da bura daxildir.

Qablaşdırma və Yükləmə

Praktik yoxsa eleqant, elə hər ikisi! Bu qablaşdırma və yükləmə aksesuarları ilə siz hər ikisinin ən yaxşısını əldə edəcək və gündəlik həyatınızı daha rahat edəcəksiniz. Volvonuzun daha yaxşı görünüş alması üçün aksesuarlardan bəziləri maşının rəngi ilə uyğunlaşdırıla bilər.

Sabit və ya çıxarılan qoşqu asqısı

Volvoda, biz hər bir qoşqu asqısını avtomobilinizin bir hissəsi kimi, mümkün qədər praktiki, dözümlü və təhlükəsiz olsun deyə dizayn edirik. Sabit farkop və ya asanlıqla çıxarıla bilən, yükləmə və ya boşaltma zamanı heç bir maneə yaratmayan farkopdan birini seçin.

Dam yük daşıyıcıları

Birbaşa olaraq relslərin üzərinə yerləşdirilmiş, bu aerodinamik dizaynlı alüminium yük daşıyıcıları istifadəsi asan dam yükü daşıma sistemini təmin edir. Xizək asqısı və ya digər Volvo yük daşıma aksesuarlarını əlavə edin və yola düşün.

Velosiped asqısı

Velosipedinizi damda daşımaq üçün praktiki və sabit asqı. Sabit və istifadəsi asan. O, 70 mm-ə qədər diametrə malik yumru və ya oval çərçivələri olan velosipedlərə uyğun gəlir.

Yük bölməsi döşəkçəsi, parça (geri qatlana bilir)

Bu sizə, hətta bəzən çirkli yük daşıyanda belə, yük hissəsinin eleqant görüntüsünü saxlamağa imkan verir. O, geri qatlana bilir və su keçirməzdir, bir tərəfində rəngi müəyyənləşdirilmiş parça, digər tərəfində isə plastik var.

Təhlükəsizlik

Sizin və sərnişinlərinizin təhlükəsizliyindən vacib heç nə ola bilməz. Və bizdən gözlədiyiniz kimi uşaq oturacaqlarımız rastlaşacağınız ən təhlükəsiz oturacaqlar arasındadır.

Körpə oturacağı (13 kq-a qədər)

Bir yaşına qədər olan körpələr üzü arxaya baxan oturacaqlarda təhlükəsiz şəkildə səyahət edə bilirlər. Yan qanadlar yandan zərbə olan zaman qoruyurlar və siz yastıqlı baş dəstəkçisini və beş yerdən bərkidilən qayışı asanlıqla tənzimləyə bilərsiniz. Gün işığının qarşısını alan örtük də var. Bu uşaq oturacağını daşımaq çox asandır və o, daşınan beşik kimi istifadə oluna bilər.

Qatlana bilən uşaq oturacağı (9-25 kq)

Bu təkmilləşdirilmiş, elastik üzü arxaya baxan körpə oturacağı 9 aydan 6 yaşa qədər uşaqlar üçün uyğundur. O, avtomobilin təhlükəsizlik kəmərindən istifadə etməklə quraşdırılır, rahatlıq və təhlükəsizliyi optimallaşdırmaq üçün asanlıqla tənzimlənir.

Hündür oturacaq (15-36 kq)

Volvonun hündür oturacağı uşağı təhlükəsizlik kəməri üçün münasib hündürlükdə oturtmağa imkan verir və yan zərbələrdən mühafizəni optimallaşdırmaq üçün dizayn olunub. Baş yastığı və en ölçüsü komfortu artırmaq üçün asanlıqla tənzimlənə bilir və uşağınız dincəlmək istəyəndə baş yastığını arxaya əymək olar.

Sürməkdən daha çox həzz almaq istəyən varmı?

Polestar performans optimallaşdırması ilə öz sürmə həzzinizi artırın. Volvonun təsdiq etdiyi yeniləmə daha çox güc və fırlanma anı verir və bir yerdən başqa yerə gedən zaman sizin çöhrənizə təbəssüm bəxş edəcək.
DİGƏR MƏLUMATLAR

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.