Tezliklə tam elektrikli "Volvo" avtomobillərimiz üçün yeni simsiz proqram təminatı yeniliyini təqdim edəcəyik. Proqram təminatı paketinə həmçinin daxili olaraq hazırlanmış yeni avtomobil tətbiqi daxildir: "Range Assistant".
"Range Assistant" qət olunan məsafəni artırmaq üçün sürücü davranışını dəyişə bilər. (Qeyd: istifadəçi interfeysi sonrakı versiyada fərqli ola bilər.)
Cəmi bir kəlimədən ibarət olan bu sadə funksiya sayəsində biz məhsul isehsalında yeni və iddialı mərhələyə qədəm qoymuşuq. Uzun müddət biz yalnız avtomobillərimizi müəyyən edilmiş vaxtlarda yeniləyə bilmişik. Adətən, bunu ildə iki dəfə edirik: yaz və payız aylarında. İndi isə əlaqəlilik və simsiz rabitə sayəsində avtomobillərimizi daim yeniləyə və təkmilləşdirə bilərik.
Növbəti simsiz yeniləməyə yeni funksiya daxildir: "Range Assistant" avtomobil tətbiqi. Tətbiq ən son simsiz yeniləmə ilə beta versiyada təqdim olunacaq və mütəmadi olaraq təkmilləşdirələcəkdir.
"Range Assistant" tətbiqi tam elektrikli avtomobillər üçün nəzərdə tutulub və sürücülərə iki yolla kömək edir: onlara maksimal məsafəyə hansı amillərin necə təsir etdiyi barədə məlumat verir, avtomobilin maksimal məsafəsini optimallaşdırmağın yollarını təklif edir.
"Range Assistant" tətbiqi UX dizaynerlərindən ibarət çoxfunksiyalı komanda, təhlükəsiz nəqliyyat vasitəsi avtomatlaşdırması komandamızdan olan enerji səmərəliliyi həvəskarları, məlumatlandırıcı və əyləncəli proqram təminatı tərtibatçıları, o cümlədən iqlim ekspertləri tərəfindən öz şirkətimizdə hazırlanıb. Elektrikli avtomobili səmərəli şəkildə idarə etmək üçün daxili yanma mühərrikindən fərqli yanaşma tələb olunduğuna görə "Range Assistant" tətbiqi bu keçidi asanlaşdırmaq üçün nəzərdə tutulub. Bu, tətbiqin dizaynında mühüm başlanğıc nöqtəsi olub.
"Elektrikli avtomobildə sürət avtomobilin istismar müddətinə böyük təsir göstərir," dizayn şöbəmizin UX meneceri Anna Arasa Qaspar deyir. "Buna görə, biz istismar müddətinin hazırda nə qədər olduğu, necə dəyişə biləcəyi və öz davranışlarınızı dəyişməklə nələrə nail ola biləcəyiniz barədə sizə məlumat verəcək tətbiqə ehtiyac olduğunu gördük. Biz bilərəkdən, əsasən, istismar müddətinə təsir edən və istifadəçinin təsir göstərə biləcəyi bu iki amili seçdik. Hava şəraiti böyük amil olsa da və soyuq hava batareyaya təsir göstərsə də, insanlar havanı dəyişə bilməzlər, ancaq iqlim sistemi tənzimlənə bilər."
Məsələn, "Range Assistant" tətbiqinin köməyilə sürücülər istismar müddətinin optimallaşdırılması funksiyası vasitəsilə iqlim sistemini söndürməyi seçə bilər. Daha az enerjidən istifadə etmək istismar müddətinin optimallaşdırılmasında böyük rol oynayır. Tətbiq həmçinin cari sürət və qaz pedalından istifadənin istismar müddətinə necə təsir etdiyini də göstərir. Sürücülər qaz tənzimləyicilərini idarə edə, sürətini tənzimləyə və bunun maksimal məsafəyə təsirini görə bilər.
"Biz öz zavodlarımızda çalışdıqda funksiya və tətbiqləri daha sürətlə inkişaf etdiririk."
"Range Assistant" tətbiqinin digər bir maraqlı xüsusiyyəti ondan ibarətdir ki, o, öz zavodumuzda layihələndirilib. Bu, öz zavodlarımızda öz avtomobillərimizdə bütün proqram təminatının 50 faizini istehsal etmək hədəfimizə yaxşı nümunədir. Əlaqələndirilmiş təcrübə şöbəsində məlumatlandırma və əyləncə sistemi üzrə məhsul meneceri Frederik Hult bunun keçmişlə müqayisədə böyük fərq olduğunu deyir:
"Bu, böyük fərqdir. Əvvəlki sistemə baxsaq, bizim bütün işləri bizim adımızdan görən 1-ci səviyyəli təchizatçımız var idi. Biz yalnız seçimlər edir və satınalma işlərini həyata keçirirdik. İşçilərimiz, əsasən, funksiya sahibləri, sistemə görə cavabdeh şəxslər və sınaq ekspertləri idi. İndi isə biz, başlıca olaraq, proqram təminatı tərtibatçısıyıq. Hər altı-səkkiz həftədən bir yeniləmə olur və onu istehsal etdiyimiz bütün avtomobillərə inteqrasiya edirik. Mövcud müştərilər də bu yeniliklərdən faydalana bilər."
Biz təchizatçılar vasitəsilə deyil, öz zavodlarımızda çalışdıqda funksiya və tətbiqləri daha sürətlə inkişaf etdiririk. "Range Assistant" tətbiqinin yaradılması ideyanın irəli sürülməsindən tətbiqin istifadəyə verilməsinə qədər təxminən altı ay çəkdi.
"Təsir etmək, təkrarlamaq və dərhal nəticələri görmək çox həyəcanvericidir," Fredrik deyir.
Frederik oyunun yeni adının test və sınaqlar olduğunu deyir: "Şüarlarımızdan biri "tez uğursuzluq"dur. Biz artıq ideyanı dərhal sınaqdan keçirə bilirik və işə yaramırsa, onu dəyişirik. Sözsüz, ümumi plan var, ancaq əgər işlər istədiyimiz kimi getməzsə, planı dərhal dəyişə bilərik. Bizim bir çox imkanımız və azadlığımız var. Bundan başqa, yeni funksiyaları istifadəyə verə və istifadəçilərin fikirlərini dərhal öyrənə bilirik."
Anna da şirkət daxilində proqram təminatı istehsalına və simsiz yeniləmələrə keçiddən eyni dərəcədə razıdır. "Bu, bizə funksiyaları təkmilləşdirmək və istifadəçilərdən birbaşa rəy almaq imkanı verir," o deyir və əlavə edir ki, bu, həmçinin "Android" əsaslı məlumatlandırma və əyləncə sisteminin ilkin istismara buraxılışı ilə bağlı bəzi çətinlikləri aradan qaldırmağa kömək edir.
"Bizim konkret məqsədimiz var idi, ancaq "Android" layihəsi sıfırdan başladı və ilk dəfə onu təqdim etdiyimiz zaman vaxtımız az idi. Simsiz yeniləmələr bizə istismara buraxılış zamanı istifadəyə verə bilmədiyimiz yeni funksiyaları dərhal təmin etmək imkanı verdi."
Fredrik yeni iş üslubunun başqa müsbət cəhətini də görür. "Mənim üçün bu, daha əyləncəli iş yeridir," o gülür. "Yeni və mövcud müştərilərimiz üçün öz məhsullarımızı mütəmadi olaraq təkmilləşdirə bilmək çox həyəcanvericidir."
O həmçinin əlavə edir ki, bu cür düşünən tək o deyil. "Biz son illərdə bir çox insanı işə götürmüşük. Əvvəllər tərtibatçılar "Volvo"da işləməyə maraqlı deyildi. İndi isə bu, onları cəlb edir, çünki öz bacarıqlarını burada tətbiq edə bilərlər."