Biz məşhur tam elektrikli XC40 seriyasını yeni vahid elektrik mühərriki variantı ilə genişləndiririk.
Hər iki XC40 "Recharge" variantı qulluq təklifi və seçilmiş bazarlarda "Recharge" şinləri ilə təchiz olunur.
Hədəfimiz 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər satmaqdır, buna görə diqqət ayırdığımız əsas sahələrdən biri daha çox insanın batareya gücünə keçməsinə kömək etməkdir. Biz qar topu effekti yaratmaq istəyirik: nə qədər çox insan tam elektrikli avtomobil idarə edərkən özünü rahat hiss edərsə (və bu cür avtomobil ala bilərsə), bazar payı o qədər sürətlə artar. Bu zaman şarj infrastrukturu və elektrik avtomobili satışlarında yüksəliş olacaqdır. Əsas fikri başa düşdünüz.
Bu hədəfə nail olunmasına kömək etmək üçün tüm elektrikli XC40 "Recharge" modelinin istehsalını genişləndiririk. Dörd təkərə intiqallı XC40 "Recharge Twin" böyük uğura imza atıb. İndi isə dörd təkərə intiqal verən yalnız bir elektrik mühərrikinə malik variantı əlavə edirik.
Bəs dörd təkərə intiqallı XC40 "Recharge" modeli sizi nələri vəd edir? 69 kV/saat-lıq batareyadan 231 at gücü əldə edən güc aqreqatı həsas və güclüdür. Gözlənilən məsafə WLTP sürüş dövrəsində tək yükləmə ilə təxminən 400 km-dir (ilkin göstəricilər). Batareya sürətli şarj sistemində təxminən 32 dəqiqəyə 10-80 faiz dola bilər
."Tək mühərrikli XC40 "Recharge" modelinin buraxılışı ilə biz tam elektrikli avtomobil istehsalını genişləndiririk," baş texnologiya direktorumuz Henrik Qrin deyib. "Müştərilər artıq XC40 "Recharge" modelinin iki fərqli variantını, o cümlədən bu yaxınlarda təqdim olunmuş "Volvo" C40 "Recharge" modeli arasında seçim edə bilər."
"Tamamilə yeni tək mühərrikli XC40 "Recharge" modeli bizə rəqabətcil qiymətlə yeni seqmentlə daxil olmaq imkanı verir"
Biz böyük maraq olacağını gözləyirik. Xüsusilə, bütün satışlarımızın təxminən yarısından çoxunu təşkil edən Avropa, Yaxın Şərq və Afrika regionunda yeni tək mühərrikli XC40 "Recharge" modeli bir neçə dalğa yarada bilər.
"Biz premium elektrik avtomobilləri bazarında lider olmağı hədəfləyirik," Avropa, Yaxın Şərq və Afrika regionu şöbəsinin rəhbəri Arek Novinski deyib. "Avropa, Yaxın Şərq və Afrika regionunda 2025-ci ilə qədər satışlarımızın üçdə ikisinin tam elektrikli avtomobillərin payına düşməsini qarşımıza məqsəd qoymuşuq. Tamamilə yeni tək mühərrikli XC40 "Recharge" modeli bizə rəqabətcil qiymətlə yeni seqmentlə daxil olmaq imkanı verir."
Tək mühərrikli XC40 "Recharge" modelini təqdim etməklə yanaşı, XC40 "Recharge Twin" modelinə bəzi dəyişiklik və yeniliklər edirik. XC40 "Recharge" modelinin hər iki variantında ötən il ilk təqdimatından bəri proqram təminatı və güc aqreqatına bir sıra dəyişikliklər etməklə, səmərəlilik və maksimal məsafə artırılıb. Bu dəyişikliklər həmçinin simsiz yeniləmələr vasitəsilə mövcud XC40 "Recharge" müştərilərinə də tətbiq ediləcəkdir.Yeni tək mühərrikli XC40 "Recharge" modeli növbəti həftələrdə satışa çıxarılacaq və ilk olaraq Niderland, Norveç, Böyük Britaniya, İsveç və Almaniyada təqdim olunacaqdır.
Yeni tək mühərrikli XC40 "Recharge" modelinin güc aqreqatı 69 kV/saat-lıq batareyadan 231 at gücü əldə edir.
Hər iki XC40 "Recharge" variantı qulluq təklifi və seçilmiş bazarlarda "Recharge" şinləri ilə təchiz olunur. Qulluq paketinə texniki xidmət, zəmanət, yol boyu yardım, o cümlədən sığorta və evdə şarj olunma imkanları daxildir. Bu, abunəlik, icarə və ya nağd ödənişi seçməyinizdən asılı olmayaraq, elektrik avtomobilinin cazibəsini artırır və rahatlıq gətirir. Müştərilər modeli yerli pərakəndə satış mərkəzlərindən əldə edə bilərlər.
"Recharge" şinləri Şimali və Mərkəzi Avropa bazarlarında standart olaraq təklif olunur. Tək bir təkər dəsti iki ildən bir şinləri dəyişmək problemini aradan qaldırır və qış şinləriylə müqayisədə karbon emissiyalarını azaldır. "Recharge" şinləri yay və ya qış şimləriylə müqayisədə daha geniş çeşidli hava və yol şəraitində təhlükəsiz idarəetmə təmin edir.