C40 "Recharge" artıq yollardadır

Elektriklə çalışan, dəri istifadə olunmadan hazırlanan və diqqət cəlb edən, bütün bunlarla yanaşı, daha yaxşı olan, müştərinin istəyinə uyğun hazırlanan ilk C40 bu gün zavoddan çıxır.

Tam elektrikli "Volvo" C40 "Recharge" Gent zavodunda.

Biz Gent zavodumuzun il ərzində güclənməsini və 135.000 tam elektrikli "Volvo" avtomobili istehsal etməsini istəyirik.

Tamamilə yeni C40 "Recharge" modelimiz biz sifarişləri cavablandırdıqca və ikinci tam elektrikli "Volvo" modelimizin istehsalına başladıqca bu gün öz potensialını reallaşdırmağa başlayır. Bu böyük uğur ən böyük istehsal zavodlarımızdan biri və tam elektrikləşdirməyə keçidimizin aparıcı qüvvəsi olan Gent zavodunda gerçəkləşib. Oradakı həmkarlarımız həmçinin ilk tam elektrikli "Volvo" avtomobilimiz olan XC40 "Recharge" modelini istehsal edirlər.


Bu, hələ hamısı deyil, çünki Gent zavodu tam elektrikli avtomobillərin istehsalı imkanlarını genişləndirməklə məşğuldur. İndidən başlayaraq bir il ərzində zavod 135.000 tam elektrikli "Volvo" avtomobili istehsal etməklə mövcud istehsal tutumunun yarıdan çoxuna nail olmalıdır.


"C40 "Recharge" modeli gələcəyimizi təmsil edir," mühəndislik və əməliyyatlar şöbəmizin rəhbəri Xavyer Varela deyib. "İstehsal əməliyyatlarımız və təchizatçılarımızla sıx əməkdaşlıq elektrikləşdirmə və iqlimə təsirlərin aradan qaldırılması baxımından gələcək hədəflərimizə nail olmaq üçün şərtdir. Gent zavodumuz tam elektrikli gələcəyə hazırdır və növbəti illərdə qobal sənaye şəbəkəmizin mühüm hissəsinə çevriləcəkdir."

"C40 "Recharge" modeli növbəti illərdə təqdim edəcəyimiz yeni tam elektrikli avtomobillər seriyasının sonuncusudur."

Gent zavodumuzun bu hadisəni qeyd etmək üçün həmçinin xüsusi qonağı olub: Belçikanın baş naziri Aleksander De Kroo şənliklərdə iştirak edərək yerli mətbuat nümayəndələrinin iştirakı ilə ilk C40 "Recharge" modelini idarə edərək zavoddan çıxarıb.


"Elektrikli avtomobillər gələcəkdir," cənab De Kree deyib. "Volvo Car" şirkətlər qrupunun Gent zavodunda bu yeni modelin istehsalı və batareyaların yığılması iqlimə müsbət təsir etməklə, Belçikanın yeni texnologiya tendensiyasının ön sıralarında olduğunu nümayiş etdirir. Bu, məşğulluq imkanları baxımından da yaxşı xəbərdir. Yeni model bir çox yeni iş imkanı deməkdir və bu göstərir ki. "yaşıl" və dayanıqlı iqtisadiyyata keçid bir çox qazanc gətirə bilər."


C40 "Recharge" modeli növbəti illərdə təqdim edəcəyimiz yeni tam elektrikli avtomobillər seriyasının sonuncusudur. 2030-cu ilə qədər yalnız tam elektrikli avtomobillər satmaq istəyirik. Bu, avtomobil sənayesinin ən iddialı elektrikləşdirmə strategiyalarından biridir. Biz həmçinin 2040-cı ilə qədər iqlimə təsir etməyən şirkət olmağı hədəfləyirik.

Paylaş