Çində yerləşən Lutsiyao istehsal zavodumuzun tam nəzarət zərfini əldə etmək üçün "Geely" ilə razılaşma əldə etmişik. Bu, o deməkdir ki, bir neçə il sonra avtomobil istehsal edən öz zavodlarımız olacaqdır.
Lutsiyao zavodu artıq Tayçjou zavodu adlandırılacaqdır.
2017-ci ildə Çinin Lutsiyao zavodunun açılışı ediləndən bəri zavod "Geely" şirkətinə məxsus olub. Biz isə zavodun əməliyyatlarına yardım etmişik. İndi isə ana şirkətimizlə bağladığımız müqavilə nəticəsində zavodun tam nəzarət zərfi bizə keçəcək və onun istehsal imkanları tamamilə "Volvo Car" qrupunun ixtiyarında olacaqdır.
Müqavilədən sonra çox şey eyni qalacaqdır: zavod XC40, tam elektrikli XC40 və "Polestar 2" modellərini istehsal etməyə davam edəcəkdir. Zavodun fəaliyyətində heç bir dəyişiklik olmayacaq. Dəyişikliklərə zavodun bütün 2600 əməkdaşının, o cümlədən istehsal və dəstək funksiyalarında çalışan əməkdaşların "Geely Holding"dən "Volvo Cars"a köçürülməsi, o cümlədən ad dəyişikliyi
daxildir.Çindəki digər zavodlarımızın adlandırılması ənənəsinə sadiq qalaraq Lutsiyao zavodu artıq yerləşdiyi rayon əvəzinə, yerləşdiyi şəhərin adını əks etdirərək Tayçjou zavodu adlandırılacaqdır. Həm öz qrupumuz, həm də "Geely" daxilində daha aydın mülkiyyət strukturu yaratmaqla yanaşı, bu keçid ən böyük bazarımız olan Çində mövqeyimizi gücləndirəcəkdir.
"Tayçjou zavodunun köçürülməsi hər iki tərəf üçün sağlam və məntiqi hərəkətdir, çünki zavod artıq tam olaraq "Volvo Car" qrupunun avtomobillərini istehsal etməklə məşğul olacaqdır," mühəndislik və əməliyyatlar şöbəsinin rəhbəri Xavyer Varela deyib. "İlk tam elektrikli avtomobilimiz olan "Polestar 2"ni istehsal etmiş zavodun premium elektrikli avtomobillər seqmentində qlobal liderə çevrilmək məqsədimizə nail olmaqda bizə kömək etməsi simvolik haldır."
"Geely" ilə birlikdə hər zaman əməkdaşlıq əlaqələrini və daha geniş qrup daxilində əməliyyat strukturunu yaxşılaşdırmağın yollarını axtarırıq. Bu müqavilə ötən yayda imzalanmış eyni mövzulu digər müqaviləni tamamlayır.
"Bu keçid ən böyük bazarımız olan Çində mövqeyimizi gücləndirəcəkdir."
Tayçjou zavodunun meneceri Oskar Falk deyib: "Volvo", "Polestar" və "Lynk & Co" üçün dörd il uğurla avtomobil istehsal etdikdən sonra Tayçjou zavodunu "Volvo Car" qrupunun himayəsi altında bütün gələcək proqram və fəaliyyətlərimizə hazırlamağı səbirsizliklə gözləyirəm. Biz artıq "Volvo Cars"ın uzunmüddətli strategiyasına dəstək kimi tam elektrikli avtomobillərə keçidə başlamışıq."
İyul ayında biz "Geely" ilə Çendu və Datsindəki istehsal zavodları daxil olmaqla, Çindəki birgə müəssisələrimizdə olan paylarını satın almaq üçün razılıq əldə etdik. Bu sövdələşmələrin 2023-cü ilə qədər rəsmi olaraq tamamlanması gözlənilir.
Tayçjounu ABŞ-də Çarlston, İsveçdə Torslanda və Belçikada Gent zavodundan ibarət olan istehsal zavodları siyahımıza daxil etməklə Çendu və Datsinin transferi tamamlandıqdan sonra avtomobillərimizin istehsalını həyata keçirən bütün zavodlar ixtiyarımıza keçəcəkdir.