XC90 Plug-in Hybrid

Elektrikləşmə bizim gələcəkdir

İqlimdən asılı olmayan, daha yaxşı sürüş imkanlarına malik olan və hibrid mühərriki ilə təchiz edilmiş yeni minik avtomobillərimizi kəşf edin. Hətta şarj etmək alınmırsa belə, yumşaq hibridlərimizi sınaqdan keçirin.

Nə qədər elektriklisən?

Şarjlanan təmiz elektrikli

Səssiz, güclü və tullantısız ekoloji təmiz tam elektrik ötürücü

Şarjlanan plug-in hibrid

Elektrik mühərriki ilə benzin mühərrikinin vəhdəti zərərli qazları sıfıra endirir və hibrid rejimdə daha uzaq məsafəni qət etməyi təmin edir.

elektrik şarjı XC40-ın şarj bölməsinə arxa tərəfdən qoşulur

Volvo Recharge (Şarj olunan) Bizi iqlimə təsirsiz gələcəyə aparır.

2019

Bütün avtomobillərimizdə plug-in hybrid texnologiyası mövcuddur. Bütün yeni Volvo-lar ya tam hibrid, ya da yumşaq hibridlə təmin olunacaqlar. Volvo Recharge-in əsas məqsədi ekoloji təmiz gələcəkdir.

2020

XC40 Recharge (Şarj olunan)-dan başlayaraq, avtomobillərimiz plug-in hybrid və ya tam elektrikli mühərriklə istehsal ediləcəkdir. Hədəfimiz hər il satışların 20%-ni hibrid etməkdir.

2025

Bizim əsas məqsədimiz 2025-ci ilə kimi satılan avtomobillərimizin 50%-nin tam elektrik, qalan 50%-nin isə hibrid olmasıdır.

2040

Hədəfimiz Paris razılaşmasına əsasən, iqlimə təsiri tam aradan qaldırmaqdır.

XC40 Recharge (Şarj olunan), davamlı hərəkətlilik.

Bizim ilk elektrikli yolsuzluq avtomobilimiz artıq 2020-ci ildən etibarən, istehsala başlanılacaq. Yüksək keyfiyyətli mühərrik artıq yollarda kompromisə getməyə ehtiyac saxlamayacaq.

360 Konsept, səyahət üçün yeni yol

Avtonom işləyən və sürücüsü olmayan yeni avtomobillərimiz yaxın gələcəyə işarə edir. Bu öz növbəsində səyahət vaxtı sükan arxasında keçirdiyiniz vaxtı daha məhsuldar edəcək.

360c səhifəsinə link

Elektrikləşmə haqqında nə bilmək istəyərdiniz?

  • Nəyə görə Volvo Cars elektrikləşmə barədə qərar qəbul etdi?

    Biz 70-ci illərdən başlayaraq, elektroenerji sahəsində hər dəfə yeniliklər edirik. Bu proses öhdəliklərimizi yerinə yetirmək, tullantıların qarşısını almaq və davamlı hərəkətin açıq ifadəsidir. Volvo XC40 Recharge-ın istehsalı ilə biz Paris razılaşmasına əsasən, öz əsas məqsədimizə -ekoloji təmizliyə doğru addım atırıq.

  • Nə vaxt Volvo tam şəkildə elektrikləşəcək?

    Bizim məqsədimiz artıq 2021-ci ildə bütün avtomobillərimizin mühərriklərinin yumşaq hibrid, plug-in hibrid və ya elektrikli olmasıdır.

  • Elektrik mühərrikinin adi mühərrikdən fərqi nədir?

    Elektrik mühərrikinin əsas üstünlüyü onun ekoloji təmiz, daha az sərfiyyatlı və daha mükəmməl olmasıdır.

  • Elektrikli mühərriklər benzin və ya dizel mühərriklərindən baha deyilmi?

    Bu müxtəlif cür olur. Elektrikləşmiş mühərrikin sərfiyyatı isə öz növbəsində təbii ki, daha az olur. Bu isə gələcəkdə bu tip mühərriklərə üstünlük verməyinizi təmin edəcək.

  • Harada və necə öz avtomobilimi şarj edə bilərəm?

    Əksər insanlar avtomobilini evdə, gecə vaxtı şarj edirlər. Digərləri isə işdə və ya ictimai şarj stansiyalarında şarj edirlər.

  • Batareyanın şarj olunma müddəti nə qədərdir?

    Şarj müddəti müxtəlif ola bilər. Havanın və akkumulyatorun temperaturu, şarj aparatının və avtomobilin vəziyyəti bu müddətə təsir edə bilir. Daha dəqiq vaxtı texniki göstəricilər olan paneldə tapa bilərsiniz.