Külək turbinləri olan landşaft - təmiz enerjidir.

Volvo. Recharged (Şarj olunan)

Bizim avtomobillər insanları qorumaq üçün dizayn olunur. İndi biz onları planeti belə qorumaq üçün dizayn edirik.

Təhlükəsiz gələcək üçün

Biz avtomobillərimizdən tutmuş, zavodlarımıza, hətta daşınma, təchizatda belə hər şeyi yenidən şarj edilə bilən edirik. Əsas məqsədimiz 2018-ci il ilə müqayisədə 2025-ci ildə atmosferə buraxılan karbon qazının miqdarını 40% azaltmaq, 2040-ci ildə isə tamamilə ekologiyaya zərərsiz avtomobillər istehsal etməkdir. Çünki bizim cəmi bir planetimiz var.

Volvo Recharged (Şarj olunan). Məsuliyyətli dəbdəbə

Biz yeni - elektrik və plug-in hybrid sistemi ilə təchiz olunmuş Volvo Recharge (Şarj olunan) avtomobillərini təqdim edirik. Ailənizin təhıükəsizliyini etibar etdiyiniz avtomobillər, indi onların gələcəyini qoruyur.

Volvo Recharge (Şarj olunan) haqqında

Hər bir yeni Volvo avtomobili elektrik mühərriki ilə təqdim olunacaq.
Hal-hazırda biz yeganə avtomobil istehsalçısıyıq ki, bütün modellərimizdə plug-in hybrid sistemini təklif edə bilirik və növbəti 5 ildə daha 5 model cərgəsində bunu tətbiq edəcəyik. Əsas məqsədimiz 2025-ci il üçün avtomobillərimin 50%-nin elektrikləşmiş olmasıdır.

Şarj stansiyasına qoşulub

XC40 Recharge-ın təqdimatı

Volvo-nun ilk elektrikləşmiş yolsuzluq avtomobili buradadır. Sizin və planetin təhlükəsizliyi üçün və ən əsası sizin yaşamanız üçün yaradılmışdır.

Elektrik kifayət deyil

Bu sadəcə başlanğıcdır. Lakin bu hələ də həll deyil. Planetimizi qorumaq üçün biz təkcə avtomobilləri elektrikləşdirməklə kifayətlənməli deyilik. Bizim ən əsas məqsədimiz 2040-ci ilə qədər ekologiyaya tam zərərsiz işlər görməkdir - Bunu biz Paris Razılaşmasından da 10 il əvvəl yekunlaşdırmaq istəyirik. Ona görə etdiyimiz hər şey yenidən şarj olunan olmalıdır.

Əməliyyatlar. Recharged (Şarj olunan)

2025-ci ilə qədər atmosferə buraxılan karbon qazının miqdarını 50% azaltmağı qarşımıza məqsəd qoymuşuq. Bu prosesə zavodlarımızdan tutmuş, servis işləri də daxildir. Biz bu prosesə artıq başlamışıq və zavodlarımızın artıq 80% yenidən şarj olunma prinsipi ilə işləyir.
Çatdırılmaya qədər avtomobilə edilən qulluq
Volvo üçün metal materiallar

Çatdırılma zənciri. Şarj olunan

Biz istehsal prosesinda atmosferə buraxılan zərərli qazları 2018-ilə nisbətən 2025-ci ildə 25% azaltmağı planlaşdırırıq. Bu prosesə müxtəlif komponentlərin və materialların istehsalı, həmçinin təbii ehtiyatların çıxarılması zamanı ekologiyaya dəyən zərər də daxildir. Bizim bu məsələyə münasibətimiz də fərqlidir. Belə ki, istehsalçılara da istehsal prosesində şarj olunmanın tətbiqinə, ekoloji cəhətdən təmiz xammaldan istifadəyə yardım etməklə, zərərli prosedurlardan uzaqlaşırıq. Məqsədimiz də odur ki, 2025-ci ildən etibarən, vtomobil istehsalında istifadə olunan plastmas materiallar təkrar emal məhsulları olsunlar.

İdarə etmə. Şarj olunan

Plug-in hibrid mühərrikli avtomobillərdə karbon tullantıları əsasən hərəkət vaxtı, benzindən istifadə edərkən baş verir. Məhz buna görə, sürücüləri stimullaşdırmaq və davamlı hərəkəti təmin etmək üçün biz sürücülərə elektrik rejimini təklif edirik. Artıq biz bu gün bir neçə bazara bir il pulsuz elektriklə təmin olunmuş avtomobilləri təklif edə bilirik.

Bir illik pulsuz elektrik enerji barədə daha ətraflı
Daha davamlı hərəkət üçün Volvo plug-in hibridli Volvo-lar
Volvo XC40 Recharge akkumulyator batareyası

Daha etik enerji resurslarının alınması üçün görülən tədbirlər

Dözümlülük və davamlılıq baxımından yaranmış vəziyyəti dəyişmək üçün karbon tullantılarının qarşısının alınması kifayət deyil. Biz həmçinin akkumulyatorların şarj prosesini də etik normalara uyğun aparmalıyıq. Batareya üçün xammal sayılan kobaltın avtomobillərin dözümlülüyü üçün ciddi problem sayılır. Volvo Cars olaraq, biz təchizat zəncirini etik normalara uyğun aparırıq və məhz buna görə, bütün dünya üzrə kobalt xammalının çatdırılmasını ən son texnologiya sayılan ""blockchain"" vasitəsilə izləyir və nəzarət edirik. Bu isə ən azından bizə təminat verir ki, elektrikli avtomobillərin istehsalat prosesində istifadə olunan kobalt xammalı yüksək keyfiyyətlə çatdırılır.