Gələcəyin avtomobil idarəetməsi – avtomobil innovasiyaları

Avtomobil innovasiyaları

Gələyin avtomobil idarəetməsi

Volvo sizin həyatınızı necə dəyişir

Biz A-dan B-yə necə keçəcəyimizi yenidən düşünürük.

Biz sizi azad, dözümlü və təhlükəsiz hərəkətlə təmin etmək istəyirik. Buna görə də, biz sizin tələblərinizi birinci yerə qoyuruq – yeni texnologiyalardan istifadə etməklə gündəlik tələbatlarınızı yerinə yetiririk. Biz texnologiyaların olmadığı yerdə onları kəşf edirik və həmin texnologiyaları xoş təəssüratlar üçün birləşdiririk.

Bizim məqsədlərimiz insanlar və onların təhlükəsizliyi ətrafında birləşir:

Heç kim yeni Volvo avtomobillərində zədə almamalı, ölməməlidir.
2025-ci ilə qədər 50% avtomobillərimiz elektrik mühərriki ilə istehsal olunacaq. Üstəlik, 2025-ci ilə qədər avtomobillərin karbon tullantıları 40% aşağı düşəcək.

 

Dəyişmək zamanıdır

Biz demək olar ki, bir əsrdir yolların təhlükəsizliyi barədə yeniliklər edirik. Bizim yeni avtomobillərimiz ən son texnologiyalarla təchiz edilmiş və indiyə qədər olmuş avtomobillər içində ən təhlükəsizidir. Növbəti addımımız isə avtomobil idarəetməsində bir inqilab olacaq. Belə ki, hər şeydən əlavə, yollardan qəza və ölüm hallarının aradan qaldırılması üçün biz sürücülərin fərdi idarəetməsinə də dəstək verəcəyik. Üç əsas amil vardır ki, yollarda qəzalara səbəb olur. Bunlar sərxoşluq, diqqətin yayınması və yüksək sürətdir.

Yolların təhlükəsizliyində üç problem

Sürətlənmə
Müxtəlif yol şəraitinə uyğunlaşa bilməmə, həmin şəraitdə sürücülük qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Sürət artımı yol qəza hadisələrinin artmasına səbəb olur.

Sərxoşluq
Yol hərəkəti zamanı sərxoşluq ən təhlükəli məqamlardan biridir. Sərxoşluqdan yaranan diqqət yayınması, reaksiya azlığı sürücülük qabiliyyətini aşağı salır, bu da öz növbəsində yol qəza hadisələri zamanı ağır zədələrə, hətta ölümə belə səbəb olur.

Diqqət yayınması
İdarəetmə zamanı diqqət yayınması bütün sürücülər üçün çox böyük təhlükə yarada bilir. Sərxoşluq diqqəti aşağı salır, bu da öz növbəsində sürücünün reaksiyasını endirir.

Yol hərəkəti zamanı üç problem – sürət, sərxoşluq və diqqət yayınması
Təhlükəsiz idarəetmənin dəstəklənməsi

Təhlükəsiz idarəetmənin dəstəklənməsi

Yol hərəkəti mövzusunda onilliklərdi müxtəlif qəzaları və onların baş vermə səbəblərini araşdırdıq. Bu hallar zamanı insanların 3 əsas davranışını müəyyən etdik. Biz insanlarda sürücülük təcrübəsini artırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirik.

Təcrübəmizdən bilirik ki, qabaqcıl texnologiyalar təhlükəsizlik baxımından mühüm rol oynayır. Sürücülərə idarəetmədə yardımçı olan innovasiyaları onları dəstəkləyən intuitiv texnologiyalar adlandıra bilərik. Burada məqsəd sürüş zamanı təhlükəli hərəkətləri müəyyən etmək və lazım gəldikdə həmin hərəkətləri düzəltməkdir.

Narıncı Volvo Car açarı Bu açar daha təhlükəsiz və rahat hərəkət üçün nəzərdə tutulmuşdur.
Qayğı açarı

Bir müddət əvvəl biz Care Key funksiyasını işə saldıq. Bu ən əsası yollarda yüksək sürətin qarşısını almaqda yardımçı olacaq. Volvo sahibləri avtomobili təcrübəsiz və gənc adamlara verdiyi zaman bu funksiyanı işə salmaqla, avtomobilin sürət həddinə limit qoyur və bununla da təhlükəsizlikdə mühüm rol oynayır. Care Key funskiyası bu ildən etibarın artıq bütün Volvo avtomobillərində bir standart kimi qəbul olunmuşdur.

Sürət məhdudiyyəti - artıq bütün yeni Volvo avtomobilləri bu funksiya ilə çalışır.
Sürət məhdudiyyəti

Sürət problemi yolların əsas təhlükə mənbəyi olduğundan, biz sözümüzü tutaraq, bütün avtomobillərimizdə sürət həddini 180 km/saat etdik ki, təhlükəsizliyinizi maksimal həddə çatdıraq. Sürət həddinin aşağı endirilməsi, yollarda ölüm hallarının sıfıra endirilməsi üçün nəzərdə tutulub.

Avtomobil kameraları və digər cihazlar yollarda təhlükə olduğu zaman, sürücünün qəza riskini azaltmaq məqsədilə, müdaxilə edirlər.
Avtomobil kameraları

Hazırda həmçinin iki əsas riskli yöndə işimizi aparırıq. Sərxoşluq və yollarda diqqətin yayınması. Avtomobil kameraları və sensor cihazları sürücünü Volvo on Call proqram təminatı vasitəsilə dəstəkləyəcək, sürücünün diqqətinin yayınması hiss edildikdə, zədə və ya ölüm hallarının qarşısını almaq məqsədi ilə, təhlükəsiz qaydada avtomobili saxlayacaq. Bu yeni texnologiya ekstremal vəziyyətlərdə, sürücünün idarəetməni itirdiyi zaman, avtomobili təhlükəsiz qaydada saxlamağa imkan verir.

Bizim gələcəyə mobil yanaşmamızı özünüz üçün kəşf edin

Volvo Recharge

Bizim avtomobillər həmişə sizi qorumaq üçün dizayn olunur. İndi isə biz onları planeti də qorumaq üçün dizayn edirik.

Konvergent texnologiyalar

Volvo Cars-ın rabitə, yol hərəkəti, təhlükəsizlik baxımından tətbiq etdiyi konvergent texnologiyalar barədə öyrənin.

Bizim yanaşmamız fərqlidir

Biz insanları birinci növbəyə qoyuruq. Bizim həmişə varımızdır və həmişə olacaq. Bizim 3 əsas innovasiya sahəmiz var - elektrikləşmə, təhlükəsizlik, adaptivlik. Bu bizə sizin həyatınızı daha sadə etmək, sizin təhlükəsizliyinizi qorumaq kimi üstünlüklər verir. İnnovasiyalarımızın əhatə dairəsini öyrənin.

The three key innovation areas for Volvo are connectivity, electrification and safety.
Connectivity is one of the key innovation areas for Volvo

Əlaqələndirmək

Məqsədimiz 2025-ci ilə qədər yeni Volvo avtomobili ilə ildə bir həftəlik keyfiyyətli vaxtı qaytarmaqdır

Electrification is one of the key innovation areas for Volvo

Elektrikləşmə

İstehsal etdiyimiz və satdığımız avtomobillərin təxminən 50 faizi 2025-ci ilə qədər elektrikli olacağını planlayırıq.

Safety is one of the key innovation areas for Volvo

Təhlükəsizlik

2020-ci ilə qədər yeni Volvo avtomobillərində ciddi yaralanan və ya ölən olmamalıdır.

Volvo Cars Tech Fund bizim gələcəyi mükəmməl edəcək innovasiyaları dəstəkləyir.

İnnovasiyalarmızın mənşəyi

Biz daha yaxşı gələcəyi təmin etmək məqsədilə, ən son texnoloji startaplarla, şirkətlərlə Volvo Cars Tech Fund vasitəsilə sıx əməkdaşlıq edirik.

Volvo Cars Tech Fund haqqında ətraflı öyrən

Gələcəyə baxış

Bizim gələcəyə baxışımız belədir ki, elektrikləşmiş avtomobillərimiz sizi A məntəqəsindən B məntəqəsinə avtonom qaydada aparacaq. 360 dərəcə kameralar vasitəsilə biz bu baxışımızı həyata keçirəcəyik. Biz hamımız fərqliyik və hər birimizin fərdi tələbatlarımız var. Buna görə, istənilən məsələlərin həll yolları daim axtarılır və bu axtarışlar mütləq şəkildə təhlükəsiz və sizə uyğun olmalıdır. Bu sizin avtomobilinizi necə idarə etmək, hansı formada istifadə etmək haqqında olan tamamilə yeni baxış bucaöıdır.

360 dərəcə kamera haqqında daha ətraflı

İnnovasiyalar heç vaxt dəbdən düşmür

Sizi maraqlandırmaq, həyatınızı daha asan və rəngarəng etmək üçün biz hər zaman yeni yolların axtarışındayıq. Biz bunu artıq illərdir ki edirik.

Yeni innovasiyalarımızı araşdırın