Avtomobil təhlükəsizliyi
Volvo Cars onilliklər ərzində avtomobil təhlükəsizliyi sahəsində dünyada liderdir. Bu heç vaxt dəyişməyəcək. Bu bizim baxışımızdır - heç kim Volvo avtomobillərində ölməməli və ya ciddi xəsarət almamalıdır.

Biz avtomobil istehsalında təhlükəsizliyə aid olan ən başlıca funksiyaları kəşf etmişik. Və bu hələ son deyil.

Sürücü dəstək sistemləri
Sərnişinlərin təhlükəsizliyi və yastıqlara əlavə olaraq, biz sürücüyə müxtəlif vəziyyətlərdə kömək edəcək dəstək funksiyasını da əlavə etmişik. Bu sistemlər manevr və duracaq zamanı da sizə yardımçı olacaq.
Daha ətraflı |
Avtomobilin təhlükəsizlik xüsusiyyətləri
Qəza qaçılmazdırsa, əmin olun ki, bizim sistemlərimiz maksimal dərəcədə köməklik edəcək.

Uşaq təhlükəsizliyi
Uşaqlarımızın avtomobildəki təhlükəsizliyi bizim üçün ən mühüm məsələdir. Məhz buna görə, 1960-cı ildən bəri bu sahədə həmişə qabaqcıl mövqedə olmuşuq. Biz ilk dəfə olaraq, üzü arxaya uşaq oturacağını, həmçinin iki pilləli, yastıq quraşdırılmış uşaq oturacağını təqdim etmişik.
Uşaq təhlükəsizliyi barədə daha ətraflı |
Yol hərəkəti təhlükəsizliyinin inkişafı
Ölüm riskini sıfıra endirmək üçün qarşımızda duran 3 maneə: sürət, sərxoşluq və diqqətin yayınması Buna görə, biz innovasiyaların köməyilə, bu maneələri aradan qaldırmağa çalışırıq.

Bir milyon bəxş edilmiş həyat
Üç nöqtəli təhlükəsizlik kəmərinin ixtirasından sonra, biz bir dünya tənqidlə üzləşdik. Lakin bu ixtira bir milyon insanın həyatını xilas etdi. İndiki hədəfimiz isə, daha bir milyon həyatdır.

Biz hər kəsin təhlükəsizliyini artırmaq məqsədilə, apardığımız araşdırmaların nəticələrini həmişə bölüşmüşük
Bəzi insanlar yollarda digərlərinə nisbətən daha az təhlükəsizdir. Buna görə, təhlükəsizlik sahəsində apardığımız araşdırmaları öz informasiya bazamız olan E.V.A. - da hər kəs üçün açıq etmişik. Hər kəsin təhlükəsizliyi üçün
Daha ətraflı |
İnnovasiyaların onillikləri
1927-ci ildən bəri biz avtomobilləri hazırlayarkən, ilk öncə insanları düşünmüşük. Onilliklər ərzində formalaşan mühüm təhlükəsizlik innovasiyalarını kəşf edin.
Daha ətraflı |

Modellərimizi təhlil edin
Volvo Cars-ın təhlükəsizlik qaydaları ümumi qaydalara əlavə olub, heç bir halda sürücünün məsuliyyətsiz, aqressiv davranışına şərait yaratmır. İstənilən halda, sürücü təhlükəsizliyə dair bütün əməliyyatlara özü məsuliyyət daşıyır.