İnnovasiya irsi

Hər nəsildə, Volvo ilkçi olub.

1959 – üç nöqtəli təhlükəsizlik kəməri

Planetdə, Volvo mühəndisi, Nils Bohlin qədər çox insanın həyatını xilas edən çox az adam ola bilər. Onun inqilabi, üç nöqtəli təhlükəsizlik kəmərinin dizaynı, 1959-cu il Volvo PV544-də debüt etdi. O vaxtdan bəri, onun bir milyondan çox insanın həyatını xilas etdiyi təxmin edildi, çünki Volvo patent hüquqlarından imtina edərək avtomobilin markasından asılı olmayaraq hər kəsin bu xidmətdən yararlana bilməyi üçün şans yaratdı.

1972 – Arxa tərəfə baxan təhlükəsiz uşaq oturacağı

Kosmosa uçuş zamanı kürəklərinə uzanan astronavtların erkən şəkillərini xatırlayırsınızmı? Bu, yükü yaymaq və xəsarətləri minimuma endirmək üçün arxa tərəfdəki uşaq oturacaqlarımızın əsas prinsipi idi. Sonra 1976-cı ildə uşaq döşəkçəsi ilə kreslonu təqdim etdik,1990-cı ildə isə oturacağa inteqrasiya edilmiş döşəkçə ilə innovasiya etdik.

1976 – Lambda Sond

Lambda Sond, Volvo Avtomobilindən daha təmiz bir mühitə töhfə idi. Bir barmağın ölçüsündə olan, oksigen aşkarlayıcı cihaz, zərərli qazları 90% azaltmışıq. Və təxminən 40 ilə yaxın bir müddətdə dünyada hər bir benzin mühərrikli avtomobildə Lambda Sond quraşdırılmışdır..

1991 – Yan təsirlərdən qorunma sistemi

Təhlükəsizliyə yönəlmiş daha bir böyük addım yan təsirlərdən qorunma sistemimiz qısaca SIPS oldu. Bu avtomobillərin dizaynının ayrılmaz bir hissəsi idi və çox güclü bir quruluşu və içərisində enerji alıcı materialları olan, tərs strukturlu döşəmə və hətta gücləndirilmiş oturacaqlar daxil idi. Biz bunu 1994-cü ildə başqa bir ilklə, yan təsirli hava yastıqları ilə əvəzlədik..

1998 – Whiplash Qoruyucu sistemi

Whiplash(boyun istiqamətinə zədə) ağrılı və potensial olaraq bahalı bir zədədir. Bu da olduqca tez-tez rastlanan zədədir, buna görə də aşağı sürətlə toqquşma xəsarətlərini azaltmağa diqqət etdik. Sistem, sərnişinin başına yaxın olan çox möhkəm bir başlıqdan və toqquşmada dəstək verən ağıllı oturacaq dizaynından ibarətdir. Nəticə budur ki, uzunmüddətli tibbi problemlərin miqdarı əvvəlki miqdarın yarısı qədərdir.

1998 – Şişə bilən pərdə

İçərisində hava olan pərdə, Volvo Cars üçün təhlükəsizliydə daha bir sıçrayış idi. Bu başlıqda yerləşdirilmiş və salonun ön hissəsindən arxa tərəfinə qədər uzanır. Yandan təsir baş verdikdə, pərdə saniyədən 25 min dəfə az müddətdə şişir və baş yan tərəfə atıldıqda yaranan enerjinin 75% -ni mənimsəyə bilər.

2002 – Roll-Over Təhlükəsizlik sistemi (ROPS)

SUV avtomobillərinin artan populyarlığı ilə növbəti təhlükəsizlik yeniliyimizi tətbiq etməyin vaxtı gəldiyini düşündük. Problemi iki istiqamətdən həll etdik. Birincisi, SUV sabitliyimizi mürəkkəb bir elektron Roll Sabitliyə Nəzarət sistemi ilə inkişaf etdirdik və ikincisi, avtomobilin təhlükəsizlik quruluşunu son dərəcə sərt boron metalla düzəltdik..

2003 – Blind Spot İnformasiya sistemi(BLIS)

Sürücülər zolaqları dəyişdirdikdə, sürücü başqa bir avtomobili ölü nöqtədə görmədiyi təqdirdə, diqqətsiz bir an fəlakətli nəticələrə səbəb ola bilər. Beləliklə, avtomobillərimizin də çətinliklərə qarşı hazır olmağına qərar verdik və BLİS sistemimiz Volvonun arxasında və kənarında olan avtomobilləri seyr etmək üçün kameralar və radarlardan istifadə etdi. Bir avtomobil öıü nöqtənin sahəsinə daxil olduqda, qapı güzgüsünün yaxınlığında xəbərdarlıq lampası yanır və sürücüyə reaksiya vermək üçün kifayət qədər vaxt verir.

2008 – Şəhər təhlükəsizliyi

Bu da heyrətamiz bir statistika - bütün toqquşmaların 75% -i 30 km / saat sürətdə baş verir və 50% sürücülər ümumiyyətlə əyləci basmırlar. Böyük bir fərq etmək üçün fürsət gördük - Şəhər Təhlükəsizliyi sistemi öndəki avtomobil ilə toqquşma ehtimalının olub-olmadığını və sürücünün əyləc etməməsi halında avtomobilin bunu etməsi üçün, lazer aşkarlama sistemindən istifadə edir. Sistem 50 km / saata qədər işləyir..

2010 – Tam Avtomatik Əyləc ilə Piyadanın aşkar olunması

Təhlükəsizlik yeniliklərimizin avtomobillərimizdən kənarda olanlara da xeyir verməsini istəyirik. Beləliklə, biz elə bir sistem hazırladıq ki, əgər avtomobilin qarşısına kimsə çıxarsa, əvvəlcə radar və kameralar vasitəsilə sürücüyə xəbərdarlıq edir və sürücünün əlyəcə basmağı müvəffəqiyyətsizliyə uğradığı təqdirdə, sistem avtomatik olaraq əyləc edir. Bu da irəliyə doğru olduqca böyük bir addımdır; ABŞ-da bütün yol qəzalarının 11% -i piyadalardır, Avropada 14% , Çində isə dəhşətli rəqəmə, 26% -ə çatır.

2014 - Yoldan kənara çıxma müdafiəsi

Əsas yoldan kənara çıxma, ABŞ-da bütün yol qəzalarının yarısını əhatə edir. Volvo yoldan kənara çıxma qəzalarını sınaqdan keçirən ilkçi oldu -bu qəzalarin əsas səbəbləri - tez-tez yorğunluq, pis hava şəraiti və ya sürücülərin diqqətinin olmamasıdır. Sərnişin və sürücünü möhkəm vəziyyətdə saxlamağa, onurğa zədələrini yüngülləşdirə biləcək bənzərsiz enerji udma funksiyasını tətbiq etməyə yönəldik.

2016 - Əlaqəli təhlükəsizlik

Volvo Cars, avtomobillər dünyasında tamamilə yeni bir yol təhlükəsizliyi sistemini təyin edir. Ən son bağlı yeniliklərimiz - Sürüşkən Yol və Təhlükə İşığı Xəbərdarlığı - nəqliyyat vasitələri arasında kritik məlumatları bölüşmək üçün buluddan istifadə edir, sürüşkən yol hissələri və ya təhlükə işıqlarını işə salmış nəqliyyat vasitələri barədə sürücünü xəbərdar edərək - sürücünün yavaşlaması üçün kifayət qədər vaxt verir.