CarPlay

Öz iPhone-nun funksiyalarından sürücü yerindən istifadə et.

CARPLAY FUNKSİONALLIĞI

Telefonunuzla oynamağın təhlükəsiz yolu

Volvonun toxunan ekranlı displeyindən istifadə edərək, telefonu qaldırmadan seçilmiş funksionallıqdan həzz ala bilərsiniz.

Səs

Apple-in səs nəzarəti proqramı Siri-dən istifadə edərək bütün işləri görün. Sadəcə səs nəzarəti düyməsini basın və lazım olan bütün köməyi əldə edin.

Toxun

Sadəcə bir düyməyə toxunmaqla, siz bütün əlaqələrinizə, musiqiyə, xəritələrə və digər dəstəklənən proqramlara Volvo-nun toxunma ekranlı displeyindən istifadə edərək daxil ola bilərsiniz.

Avtomobil daxilində nəzarət

Sükanda və ön paneldə olan düymələrdən istifadə edərək, gözünüzü yoldan ayırmadan CarPlay-dən istifadə edə bilərsiniz.

APPLE PROQRAMLARI

Həyatı yolda daha gözəl edir

Apple-in populyar iPhone proqramlarına daxil olmaq üçün CarPlay-dən istifadə edin. Zəng edin, ismarıclar göndərin və qəbul edin, istiqamətlər əldə edin və musiqiyə qulaq asın - bunların hamısını sürücü oturacağından edin.

İsmarıclar

Mətn ismarıclarını göndərmək və cavab vermək üçün Siri-dən və ya toxunma ekranından istifadə edin. Bu, ətraf dünya ilə təmas qurmaq üçün təhlükəsiz bir vasitədir.

Telefon

Yolda çatlaşmaq fikri yayındırmamalıdır. Zənglər etmək və qəbul etmək üçün Siri-dən istifadə edin və öz səsli e-poçtunuza qulaq asın.

Xəritələr

Apple xəritələri və istifadəsi asan təlimatlar elə siz istəyən yerdədir - tam qarşınızda, Volvonun parlaq displeyində.

Musiqi

Musiqi həmişə səyahəti rahat edir. Mahnılara, podkastlara və iTunes radioya Siridən və ya avtomobilin düymələrindən istifadə edərək qulaq asın.

Dəstəklənən proqramlar

Əyləncəli sürüş üçün proqramlar

CarPlay sizin iPhone-da bir sıra proqramları dəstəkləyir və vaxt keçdikcə digərləri əlavə olunur. Bizim sevimlilərdən bəziləri:

Spotify

Sevdiyiniz hər mahnıya qulaq asın, ifa siyahısı hazırlayın və paylaşın, özünüzün ən böyük və ən yaxşı musiqi kolleksiyanızı yaradın.

Beats Music

Ən yaxşı musiqi ekspertləri və premium texnologiyadan istifadə edərək, lazım olan anda lazımi mahnını təqdim edən bir xidmət.

iHeartRadio

Minlərlə radio stansiyasına qulaq asın və öz sevimli müğənni və ya musiqiniz əsasında fərdiləşdirilmiş stansiya yaradın.

Stitcher

Sevimli xəbərləri, idman və komediya şousunu və podkastları öz əhvalınıza uyğunlaşdırın.

Bizim İnnovasiyalar

Bizim gördüyümüz bütün işlər insanlar ətrafında dizayn olunub, ona görə də bizim etdiyimiz bütün innovasiya sizi ya sizin həyatınızı sadələşdirmək və təkmilləşdirməkdən ibarətdir. Biz xüsusilə qənaətcillik, ətraf mühitlə əlaqə və təhlükəsizlik sahəsindəki inkişafımızla qürur duyuruq. Biz bütün bu sahələrdə düşüncəmizi belə adlandırırıq: Drive-E, Sensus və IntelliSafe.