Volvo Cars-da təhlükəsizlik amili hər bir şeydən üstün tutulur. Biz avtomobilləri təkcı sizin bir ünvandan digərinə aparılmasına görə deyil, bunu an maksimal dərəcədə təhlükəsiz formada etməyə görə əlimizdən gələni edirik. İnsanların hündür və ya bəstəboy, qadın və ya kişi, yaşlı və ya cavan olmasının heç bir əhəmiyyəti yoxdur. Bizim missiyamız hamı üçün təhlükəsiz avtomobil yaratmaqdır.
Avtomobillərin istehsalı zamanı bütün prosedurlardan keçərkən biz insanların yerinı özümüzü qoyuruq, sizin baxış bucağından baxmağa çalışırıq.İstehsal prosesindən keçən avtomobil zavodu tərk etməmişdən əvvəl bütün sınaqlardan, keyfiyyət testlərindən keçir. Lakin bizim işimiz tək bununla bitmir. Ən son texnologiyalarımız və dünyadakı pərakəndə satış mərkəzlərimizlə sıx əlaqə vasitəsilə, bütün illər üzrə olan model cərgəsini diqqətlə izləyirik.
Bizim təhlükəsizlik öhdəliyimiz ömürlükdür.
Avtomobil istehsalında bütün sınaqlardan keçməyimizə baxmayaraq, yenə də hər hansı bir problem çıxa bilər. Buna misal olaraq, sizin heç vaxt görmədiyiniz proqram təminatıdır ki, bu yarandığı halda, biz onu dərhal həll edirik. Bəzi xüsusi hallarda isə, biz məhsulumuzu geri çağırıb, problemi sizə ən yaxın Volvo servis mərkəzində həll edirik. Bu hallar əsasən, sizin təhlükəsizliyiniz barədə olanda baş verir. Çünki bəzən ola bilər ki, paneldə heç bir indikator yanmasın.
Volvo Cars-ın apardığı tədqiqatlardan məlum oldu ki, ön oturacağın yan tərəfində təhlükəsizlik kəmərinin bərkidilmə yerində bir problem vardır. Məhz bu bərkidilmə yerinə bağlanmış kəmər müəyyən vaxt keçdikdən sonra, öz möhkəmliyini itirə bilirdi.
Aidiyyatı olan avtomobillər: S60, S60 Cross Country, V60, V60 Cross Country, XC60, V70, XC70 və 2007-2020 illər aralığında istehsal edilmiş S80.
Bu problemlə bağlı hər hansı bir insident bu günə kimi olmamışdır.
Sizin avtomobiliniz təmir olunana qədər, biz məsləhət görərdik ki, təhlükəsizlik kəmərinin şaquli istiqamətdə yerləşməsini təmin edəsiniz. Bu amil təhlükəsizlik kəmərinin zədələnməsinin qarşısını alacaq.
Bunun birinci göstəricisi kabelin birləşdiyi yerin zədələnməsidir. Düzdür, biz bu məsələnin həllini ən qısa zamanda yoluna qoyacağıq, amma əgər siz narahatsınızsa, öz dilerinizlə vizual baxış üçün əlaqə saxlaya bilərsiniz.
Volvo Car geri çağırış zamanı ortaya çıxan bütün xərcləri ödəyəcəkdir.