Skip to content

Volvo S60

Yumşaq hibrid

Volvo S60

Volvo S60

Yumşaq hibrid
Hər tərəfi qırmızıya boyanmış mühitdə park edilmiş qırmızı Volvo S60

Yol üçün. Planet üçün.

Dinamik Skandinaviya modeli olan sedan sizə fərqli təcrübə yaşadır.

Mild Hybrid

Elektrikləşdirmə

5,9san

0-100 km/s*

95%

Salon havasının təmizlənməsi

360°

Kamera

* Sürətlənmə göstəricisi S60 B6 AWD-yə aiddir.

Hər tərəfi qırmızıya boyanmış mühitdə qırmızı Volvo S60 modelinin ön hissəsinin eksteryeri
Hər tərəfi qırmızıya boyanmış mühitdə qırmızı Volvo S60 modelinin arxa hissəsi
Volvo S60 avtomobilinin içərisində Bowers & Wilkins dinamiki.

Şərtlərinizə uyğun olaraq. S60 sedanınızda olan müasir texnologiya sürücülük təcrübənizi fərdi rahatlıq və manevrliliklə əlaqələndirməyə kömək edir.

Qürub çağı yolda sürülən qırmızı Volvo S60.

Dinamik sürücülük məmnuniyyəti

Dəqiq, kəskin reaksiyalar və dinamik, arxayın səfər. Müasir şassi ilə sizə ancaq sürücülük məmnuniyyətindən həzz almaq qalır.

Yumşaq hibrid

Yüngül hibrid güc aqreqatımız tormoz verdiyiniz zaman enerjini bərpa edərək yanacağa qənaət edir. Avtomobil hərəkətə gətirilən andan dinamik sürücülük təcrübəsindən həzz alın.

Diqqətli olun

Head-up Display (əsas displey) sizə sürətinizi idarə etməyə, naviqasiyanı izləməyə, telefon zənglərinə cavab verməyə və s. imkan verir. Yolda diqqəti yayındırmadan hər şey.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Avtomatik əyləc ilə avtomobilin cross traffic alert funksiyası məhdud görünüşlə geri dönərkən sürücünü dəstəkləyir. Sistem arxadan keçən avtomobilləri aşkarlaya bilər və ehtiyac olduqda avtomatik əyləc tətbiq edilə bilər.*

Ağıllı təhlükəsizliyə yardım texnologiyamız gecə və ya gündüz olmasından asılı olmayaraq, digər nəqliyyat vasitələri, piyadalar, velosipedçilər və böyük heyvanları aşkarlamağınıza və onlardan uzaqlaşmağınıza kömək edə bilər. Bunu əvvəlcə sürücüyə xəbərdarlıq edərək, sonra isə sürücü reaksiya verə bilmədiyi təqdirdə qəza vəziyyətində sükan dəstəyi vasitəsilə edir.

Görünməyən zonaların monitorinqi sistemimiz (BLIS) zolaqları dəyişən zaman sizə aktiv şəkildə dəstək olur. Bitişik zolaqda digər nəqliyyat vasitələri ilə toqquşma riski varsa, BLIS sükanı səliqəli şəkildə tənzimləyə bilər, bu da sizi, avtomobilinizi və sevdiklərinizi istədiyiniz yerdə saxlamağa kömək edir.

* Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.

** Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.

Həyatınızı özünüz dizayn edin. İntuitiv komfort və əlverişlilik xüsusiyyətləri ilə səyahətinizin hər məsafəsini idarə edin.

Qürub çağı bir kişi və qadın qırmızı S60 avtomobillərinə yaxın dayanıb.
Qəhvəyi saçlı bir kişi Volvo S60 avtomobilində oturub üzünü günə verir.
Volvo S60 avtomobilinin içərisində Bowers & Wilkins dinamiki.
Qürub çağı bir kişi və qadın qırmızı S60 avtomobillərinə yaxın dayanıb.

Unikal olun

Kütlənin izlədiyi bir avtomobilin içində olun. S60 modelinin dizaynı və skulptur formaları onu həmişə diqqətdə saxlayır.

Qəhvəyi saçlı bir kişi Volvo S60 avtomobilində oturub üzünü günə verir.

Daha təmiz salon havası

Dünyadakı ilk hava keyfiyyəti sistemimizdə müasir hava təmizləyicisi 95%-ə qədər təhlükəli PM 2.5 hissəciklərinin salona daxil olmasının qarşısını alır. Bu, sizə və sərnişinlərinizə ətraf şəraitdən asılı olmayaraq, daha yaxşı və sağlam hava keyfiyyətindən zövq almağa kömək edə bilər.

Volvo S60 avtomobilinin içərisində Bowers & Wilkins dinamiki.

Bowers & Wilkins

Volvo avtomobilinizə yüksək səviyyəli Bowers & Wilkins dinamiklərinin dəqiqliklə yerləşdirilməsi və quraşdırılması avtomobilinizdə harada oturmağınızdan asılı olmayaraq, sizin üçün cəlbedici səs təcrübəsi yaradır.

Qeyd olunan görüntülər bütün mühərriklər üçün standart olmaya bilər.