Skip to content

Volvo XC60

Yumşaq hibrid

Volvo XC60

Volvo XC60

Yumşaq hibrid
Gümüşü rəngli Volvo XC60 qayalıq divarın qarşısında hərəkətsiz vəziyyətdə dayanıb.

Daha smart XC60.

Bu, dinamik orta ölçülü krossoverdir – yenilənmiş dizayn detalları və sistem daxilində qurulmuş Google tətbiqi ilə heç vaxt belə ağıllı olmayıb.

SUV

Tutum

360°

Kamera

95%

Salon havasının təmizlənməsi

Google

Daxildə qurulmuş

Qadın Volvo XC60 avtomobilinə baxır.
XC60 avtomobilində dəri olmayan yun qarışıqlı oturacaqların interyerinin yaxından görünüşü.
Volvo XC60 avtomobilinin xarici arxa işıqlarından biri.

İntuitiv texnoloji və sistemdaxili Google ilə dinamik sürücülük təcrübənizi idarə edin.

Ən müasir naviqasiya

Avtomobilə tam inteqrasiya olunmuş Google Maps və Google Assistant ilə əlsiz, səslə idarəetmə sistemi real vaxt çərçivəsində yol hərəkəti ilə bağlı məlumatları və avtomatik marşrut dəyişikliyi ilə təyinat yerinizə daha rahat çatmağınıza imkan verir.

Avtomobildaxili rahatlıq

Volvo avtomobilinizdə  Google Assistant ilə siz istiqamətlər ala, əyləncədən həzz ala, dostlar, ailə və həmkarlarla əlaqə qura, salon mühitinizi dəqiq tənzimləyə – ən əsası isə bütün bunları əllərinizi sükan çarxından çəkmədən edə  bilərsiniz . Başlamaq üçün sadəcə olaraq, “Ey Google” deyin.

Yolda daha çox şeyə nail ola bilərsiniz

Google ilə gün ərzində istədiyinizi qüsursuz şəkildə həyata keçirmək üçün sevdiyiniz tətbiqləri və cihazları qoşa bilərsiniz. Dinclik və rahatlıq üçün avtomobildə olarkən asanlıqla uyğun smart home cihazlarına qoşulun və onları idarə edin.

Premium media və audio təcrübəsinə qərq olun.

XC60 krossoverinizi əlsiz idarə etmək üçün Google ilə danışın. Tanış interfeys vasitəsilə sadəcə səsinizdən istifadə etməklə, əyləncədən zövq ala və dostlar, ailə və həmkarlarınızla əlaqə saxlaya bilərsiniz. Google Play-də tətbiqlərə giriş və istəyə bağlı yüksək səviyyəli Bowers & Wilkins səs sistemi ilə siz, avtomobiliniz və həyatınız heç vaxt bu qədər yaxın olmayıb.

Google Assistant

Avtomobildə əlsiz kömək.

Volvo XC60 avtomobilinin içərisində Bowers & Wilkins dinamikləri.
Bowers & Wilkins

Yüksək səviyyəli səs performansından həzz alın.

Google Play

Rəqəmsal həyatınızla əlaqədə qalın.

İntuitiv şəkildə sizin. Müasir texnologiya sürücülük təcrübənizi fərdi rahatlıq və manevrliliklə əlaqələndirməyə kömək edir.

Sürücüyə dəstək üçün müasir texnologiya ilə Volvo XC60.
Volvo XC60 avtomobilinin müasir hava təmizləyicisi sizə və sərnişinlərinizə daha yaxşı və sağlam hava keyfiyyətindən həzz almağa kömək edir.
Volvo XC60 avtomobilinin arxa eksteryeri.
Sürücüyə dəstək üçün müasir texnologiya ilə Volvo XC60.

Köməkçi əl

Sürücüyə dəstək üzrə müasir texnologiyamız avtomobilinizin zolaqda saxlanılmasına kömək edə bilər, avtomobili sürməyə davam etmək vaxtının nə zaman olduğunu sizə bildirə və hətta reaksiya verməyən bir sürücü olduğu təqdirdə, avtomobili tamamilə dayandıra bilər.

Volvo XC60 avtomobilinin müasir hava təmizləyicisi sizə və sərnişinlərinizə daha yaxşı və sağlam hava keyfiyyətindən həzz almağa kömək edir.

Daha təmiz salon havası

Dünyadakı ilk hava keyfiyyəti sistemimizdə müasir hava təmizləyicisi 95%-ə qədər təhlükəli PM 2.5 hissəciklərinin salona daxil olmasının qarşısını alır. Bu, sizə və sərnişinlərinizə ətraf şəraitdən asılı olmayaraq, daha yaxşı və sağlam hava keyfiyyətindən zövq almağa kömək edə bilər.

Volvo XC60 avtomobilinin arxa eksteryeri.

Gəzintinizi dəqiq tənzimləyin

Bütün təkərlər üçün adaptiv pnevmatik asqı ilə aktiv şassi, XC60 krossoverinizi daha dinamik və yüksək keyfiyyətli edir. Beş fərqli parametr – Comfort, Eco, Dynamic, Off Road və Individual - seçdiyiniz sürücülük üslubuna uyğun şassini adaptə etməyinizə imkan verir.

Volvo XC60 yüngül hibridin ön eksteryeri.

Qoşqu ilə bərpa olunan enerji.

Yumşaq hibridlərimiz əyləcdən enerjini bərpa edərək və onu 48V-lik batareyada saxlayaraq yanacağa qənaət edir və səsboğucu emissiyalarını azaldır.

Zərif sürüş

Rəvan yola düşmələrdən, mükəmməl sürətlənmədən və başlat/dayandır texnologiyasının optimallaşdırılmış səmərəliliyi və rahatlığından həzz alın.

Daha az yanacaq sərfiyyatı

İnteqrasiya edilmiş başlanğıc generatoru, mühərriki aktiv şəkildə dəstəkləyir və rahat və idarə olunan sürücülük təcrübəsi təqdim edərək yanacaq sərfiyyatını azaldır.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Görünməyən zonaların monitorinqi sistemimiz (BLIS) zolaqları dəyişən zaman sizə aktiv şəkildə dəstək olur. Bitişik zolaqda digər nəqliyyat vasitələri ilə toqquşma riski varsa, BLIS sükanı səliqəli şəkildə tənzimləyə bilər, bu da sizi, avtomobilinizi və sevdiklərinizi istədiyiniz yerdə saxlamağa kömək edir.

Ağıllı təhlükəsizliyə yardım texnologiyamız gecə və ya gündüz olmasından asılı olmayaraq, digər nəqliyyat vasitələri, piyadalar, velosipedçilər və böyük heyvanları aşkarlamağınıza və onlardan uzaqlaşmağınıza kömək edə bilər. Bunu əvvəlcə sürücüyə xəbərdarlıq edərək, sonra isə sürücü reaksiya verə bilmədiyi təqdirdə avtomatik tormoz verərək edir.*

Avtomatik əyləc ilə avtomobilin cross traffic alert funksiyası məhdud görünüşlə geri dönərkən sürücünü dəstəkləyir. Sistem arxadan keçən avtomobilləri aşkarlaya bilər və ehtiyac olduqda avtomatik əyləc tətbiq edilə bilər.**

* Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.

** Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.
*** Dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Sükan çarxı dəstəyi 60-140 km/saat sürətlərdə aktivdir.

Qeyd olunan görüntülər bütün mühərriklər üçün standart olmaya bilər.Google, Google Play və Google Maps tətbiqləri Google LLC şirkətinin əmtəə nişanlarıdır.