Abstrakt ağ fonda yüksəklikdən "Volvo" loqosunu görürük.
Abstrakt ağ fonda yüksəklikdən "Volvo" loqosunu görürük.
Dəmirdən "Volvo" loqosu.

"Volvo Cars" tətbiqi

Tək bir tətbiq. "Volvo" haqqında hər şey.

"Volvo On Call" tətbiqi artıq "Volvo Cars" adlanır.

"Volvo" avtomobilinizi rahat və zövqlə idarə etmək üçün xidmətlərə* nəzər salın.

Avtomobilin doldurulmasına nəzarət edin

"Volvo" tam elektrik və ya qoşulan hibrid avtomobilinizdə doldurulma səviyyələrini və elektrik sərfiyyatını izləyin.

Kilidlə və kilidi aç

Telefonunuzdan istifadə edərək "Volvo" avtomobilinizi uzaqdan kilidləyin və ya kilidi açın və gücləndirilmiş təhlükəsizlikdən zövq alın.

Dəstək alın

Öz "Volvo" avtomobilinizdən daha çox faydalanmağınız üçün informasiya, təlimat kitabçası və dəstəyi özündə birləşdirən vahid resurs xidmətinizdədir.

Abstrakt ağ fonda yüksəklikdən "Volvo" loqosunu görürük.
Abstrakt ağ fonda yüksəklikdən "Volvo" loqosunu görürük.
Dəmirdən "Volvo" loqosu.

Daha çoxunu təcrübədən keçirin

"Volvo Cars" tətbiqini mobil telefonunuza endirmək üçün QR kodunu skan edin.

"Volvo Cars" tətbiqini mobil telefonunuza endirin.

"App Store" loqosu.

Aşağıdakı platformalardan əldə edə bilərsiniz:

"App Store" loqosu.
"Google Play" loqosu.
"App Store" loqosu.

Tez-tez verilən suallar

"Volvo Cars" tətbiqi nədir?

"Volvo Cars" tətbiqi gündəlik həyatınızı asanlaşdıran və öz avtomobilinizdən daha çox faydalanmağınıza kömək edən xidmətdir. Kontent və funksiyalar xüsusi avtomobiliniz və xidmətləriniz üçün optimallaşdırılır. Tətbiqdə informasiya, təlimat kitabçası, dəstək, o cümlədən tətbiqlə əlaqələndirilmiş avtomobilin statusu və faydalı avtomobil funksiyalarının uzaqdan idarə olunması təklif edilir.

"Volvo Cars" "Volvo On Call" tətbiqini əvəzmi edir?

Bəli, "Volvo On Call" tətbiqinin adı dəyişib. O, artıq "Volvo Cars" adlanır. Tətbiq daim yenilənir və yaxşılaşdırılır. Biz hər dəfə bir çox faydalı və sizi həyəcanlandıracaq kontent və funksiyaları əlavə edəcəyik.

"Volvo Cars" tətbiqinə nələr daxildir?

"Volvo Cars" tətbiqinə avtomobiliniz üçün informasiya və təlimat kitabçası, lazım gəldikdə yardımınıza gələcək dəstək funksiyası üçün qısa yollar daxildir. Avtomobilini "Volvo Cars" tətbiqi ilə əlaqələndirən və ya "Volvo Cars" abunəliyi olan istifadəçilərə bir sıra distant xidmətlər də təklif olunur. Qeyd edək ki, tətbiqin məzmunu və funksionallığı avtomobilinizdən və yaşadığınız ərazidə mövcud olan xidmətlərdən asılıdır. "Volvo" satıcınız sizə ətraflı məlumat verəcəkdir.

"Volvo Cars" tətbiqini necə əldə edə bilərəm? O, ödənişsizdirmi?

"Volvo Cars" tətbiqi ödənişsizdir və onu tətbiqləri endirdiyiniz platformadan endirə bilərsiniz. Bəzi rəqəmsal xidmətlər üçün əlavə ödəniş tələb oluna bilər. Ətraflı məlumat üçün öz "Volvo" satıcınızla əlaqə saxlamağınızı xahiş edirik.

Tətbiqin adının dəyişməsi mövcud "Volvo Cars" abunəliyimə təsir edəcəkmi? (yəni "Volvo On Call" abunəliyinə)

Xeyr, o, qüvvədə olmağa davam edir və nə isə etməyinizə ehtiyac yoxdur. Dəyişən yalnız adıdır.

Konkret avtomobil modeli üçün tətbiq istifadəçisi təlimatını əldə etmək istərdim. Onu haradan tapa bilərəm?

Avtomobil başlığının altında "təlimat kitabçasını açmaq üçün" bölmə görəcəksiniz. Oradan öz probleminizi həll etmək üçün istədiyinizi axtara bilərsiniz.

Tətbiqlə bağlı yardım lazımdır. Kimə müraciət edə bilərəm?

Tətbiqdə dəstək üçün xüsusi bölmə var və oradan birbaşa köməkçi ilə əlaqə saxlaya bilərsiniz.

"Volvo" identifikatoru nədir? "Volvo" identifikatorunu necə yarada bilərəm?

"Volvo" identifikatoru "Volvo Cars" tətbiqində unikal hesabdır. O, bütün məhsul və xidmətlərdən yararlana bilməyiniz üçün istifadəçi adı və parolu kimi çıxış edir. Onun vasitəsilə sizin müştəri və ya istifadəçi olduğunuzu müəyyən edə bilirik. Siz öz "Volvo" identifikatorunuzu tətbiqi quraşdırıb ilk dəfə açdığınız zaman yarada bilərsiniz.

Öz istifadəçi məlumatlarımı itirmişəm və "Volvo Cars" tətbiqinə daxil ola bilmirəm. Nə etməliyəm?

Parolunuzu unutmusunuz? Parolunuzu sıfırlamaq üçün aşağıdakı təlimata əməl edin:

"Volvo Cars" veb-saytında
1. Parolunuzu birbaşa "Volvo Cars" veb-saytından dəyişə bilərsiniz 2. Öz "Volvo" identifikatorunuzu idarə etmək üçün seçimləri sağ üst tərəfdəki menyuda tapa bilərsiniz 3. "Volvo" identifikatorunuz üçün istifadəçi adını daxil edin (e-mail ünvanı/mobil nömrə)     - Sizə mesaj vasitəsilə keçid göndəriləcəkdir. Həmin keçidə daxil olaraq yeni parol təyin edə bilərsiniz

"Volvo Cars" tətbiqində
1. "Volvo Cars" tətbiqini açın 2. "Daxil ol" bölməsini seçin 3. "Parolu unutmuşam" bölməsinə daxil olun" və təlimatlara əməl edin

İstifadəçi məlumatları ilə bağlı əlavə yardım üçün yerli "Volvo" satıcınız və ya "Volvo Cars" müştəri xidmətləri ilə əlaqə saxlamağınız xahiş olunur.

*"Volvo Cars" tətbiqində mövcud olan xidmətlər modelə və bazara görə dəyişir. Avtomobiliniz və bazar barədə əlavə məlumat üçün yerli "Volvo" satıcınız və ya "Volvo Cars" müştəri xidmətləri ilə əlaqə saxlamağınız xahiş olunur.

"Google Play" "Google" MMC-nin əmtəə nişanıdır.