Funksiya özəllikləri

Daxili Google tətbiqindən tutmuş təhlükəsizlik, rahatlıq və audio dizayna qədər. Heyrətamiz C40 Recharge modelinin özəlliklərinə dərindən nəzər salın.

Şəbəkəyə qoşulan komponentlər []

Google xidmətləri dörd illik təqdim olunan Rəqəmsal xidmətlər paketi vasitəsilə aktivləşdirilir. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.

Bütün məlumatlar daxildir

Bütün məlumatları daxil edərək Rəqəmsal xidmətlər paketimiz sizi, C40 Recharge avtomobilinizi və rəqəmsal həyatınızı rahat şəkildə harmonizə edir.

Google daxili tətbiqi

Faydalı, fərdiləşdirilmiş və qüsursuz sürücülük təcrübəsi üçün Google Assistant, Google Maps və s. kimi sevimli tətbiqlərinizi birbaşa avtomobilinizdə Google Play-də əldə edəcəksiniz.

"Volvo Cars" tətbiqi

Rahatlığı optimallaşdırın və Volvo-dan daha çox yararlanın. Rəqəmsal xidmətlər paketimizə Volvo Cars tətbiqi vasitəsilə uzaqdan idarəetmə xidmətləri daxildir.

Rəqəmsal xidmətlər paketi

C40 Recharge avtomobili rəqəmsal xidmətlər paketinə dörd illik abunə ilə təqdim olunur. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə,  yeni şərtlər və rüsumlar tətbiq olunacaq.

Rahatlıq və texnologiya []

* Volvo Cars tətbiqinin uzaqdan xidmətləri dörd il müddətinə əhatə olunan Rəqəmsal xidmətlər paketi vasitəsilə aktivləşdirilir. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.

Duyulacaq gözəl səs

Bu premium istəyə bağlı audio sistemi ətrafınızda duya biləcəyiniz zərif səs performansı təqdim edir. Janrdan asılı olmayaraq, o, sizi xəyallara daldırır, hərəkətə gətirir və hər andan həzz almağa imkan verir.

Özünüzü musiqiyə qərq edin

Sistem 600 Vt rəqəmsal gücləndirici ilə təchiz edilib və hava ilə ventilyasiya olunan sabvufer də daxil olmaqla 13 hi-fi dinamikləri ilə işləyir. Volvo-nun interyer akustikasına uyğunlaşdırılmış güclü, əhatəli səs təcrübəsi sizi gözləyir.

Optimallaşdırılmış dinamik performansı

Unikal səs emalı üçün proqram təminatı – Dirac® Unison Tuning – hər bir fərdi dinamikin, eləcə də bir sistem olaraq dinamiklərin reaksiyasını optimallaşdırır və onların mükəmməl harmoniyada işləməsini təmin edir.

Harman Kardon premium səs sistemi

Volvo C40 Recharge avtomobilinin qapısında Harman Kardon dinamikinin hərtərəfli görüntüsü.

Əlavə təhlükəsizlik []

* Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.
** Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.

Təsvir edilən xüsusiyyətlər standart olmaya bilər, yaxud bütün avadanlıq səviyyələri və güc aqreqatı seçimləri üçün mövcud olmaya bilər.

Google, Google Play və Google Maps tətbiqləri Google LLC şirkətinin əmtəə nişanlarıdır.