yeniliklər

Onilliklər ərzində təsdiqini tapmış bərabər təhlükəsizlik

Araşdırmalar göstərir ki, Volvo avtomobilləri qadınlar və kişilər üçün eyni səviyyədə qorunma təmin edir.

Təhlükəsizlik

Narıncı fonda avtomobil silueti ilə bir sırada düzülmüş insanların təsvirləri.

Hamı üçün bərabər avtomobillər.

Tam hesabatla buradan tanış olun.

Avtomobil təhlükəsizliyi sahəsində uzun illərdir ki, cinsiyyətə görə bərabərsizliyin qaçılmaz olduğuna dair bir fərziyyə mövcuddur.


İndi isə Volvo Cars Təhlükəsizlik Mərkəzinin yeni araşdırması bu fərziyyəni təkzib edərək, onilliklər ərzində Volvo avtomobillərində qadınların və kişilərin eyni səviyyədə qorunduğunu ortaya qoyur.


50 ildən artıqdır ki, real yol qəzalarını araşdıraraq, onların cinsiyyət, boy, bədən quruluşu və çəki kimi fərqli xüsusiyyətlərə malik insanlara necə təsir etdiyini daha dərindən öyrənirik.


Son araşdırmalarımızın nəticələri göstərir ki, təhlükəsizlik sahəsindəki inkişaf real yol qəzalarından əldə edilən məlumatlara və hər kəsin ehtiyaclarını nəzərə alan avtomobillərin hazırlanması prinsipinə əsaslandıqda, hamı üçün eyni səviyyədə qorunmanı təmin etmək mümkündür.


2010–2019-cu illərdə istehsal olunmuş Volvo avtomobillərini 1970–1979-cu illərin modelləri ilə müqayisə etdikdə, sürücülərin xəsarət alma riski ümumilikdə 79 faiz azalıb. Qadınlar üçün isə bu göstərici daha yüksək – 88 faiz olub. Nəticədə qadınların xəsarət alma riski kişilərlə eyni səviyyəyə enib.


Nəticələr həmçinin avtomobilin bütün oturacaqlarında sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu göstərir. Volvo avtomobillərində təhlükəsizlik kəmərindən istifadə edən arxa oturacaq sərnişinləri ön oturacaq sərnişinləri ilə eyni, bəzi hallarda isə daha yüksək səviyyədə qorunurlar.


Bu, illər ərzində ciddi normativ tələblərin və standartlaşdırılmış sınaqların olmamasına baxmayaraq, Volvo avtomobillərində arxa oturacaqların təhlükəsizliyi sahəsində onilliklər boyu tətbiq edilən innovativ həllərin effektivliyini bir daha təsdiqləyir.


“Uzun illərdir ki, avtomobil sənayesində təhlükəsizlik hər kəs üçün eyni səviyyədə təmin olunmur”, – deyə Volvo Cars Təhlükəsizlik Mərkəzinin rəhbəri Åsa Haglund bildirir. “Volvo Cars olaraq biz fərqli yanaşma seçmişik. Real yol qəzalarını araşdıraraq, müxtəlif bədən quruluşuna malik qadınların, kişilərin və uşaqların ehtiyaclarını nəzərə almaqla, onilliklər ərzində avtomobildə kimliyindən və harada əyləşməsindən asılı olmayaraq hər kəs üçün yüksək səviyyədə təhlükəsizlik təmin etməyə çalışmışıq. Son araşdırmamız təsdiqləyir ki, buna nail olmaq mümkündür və bərabər səviyyədə qorunma sadəcə bir məqsəd deyil, Volvo avtomobillərində uzun illərdir əldə etdiyimiz real nəticədir.”


Hər kəs üçün bərabər təhlükəsizliyin təmin edilməsinə yanaşmamız


1970-ci ildən bəri 80 000-dən çox insanın iştirak etdiyi 50 000-dən artıq real yol qəzasına dair məlumat toplamışıq. «Həyat Dairəsi» (Circle of Life) adlanan təhlükəsizliyin inkişafına yönəlmiş yanaşmamız çərçivəsində bu məlumatlardan əldə etdiyimiz bilikləri təhlükəsizlik tələblərinin müəyyən edilməsində, sınaqların keçirilməsində, avtomobillərin hazırlanmasında, yoxlanılmasında və istehsalında tətbiq edirik. Nəticədə, innovativ həllərin inkişafına və hər kəs üçün təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfə verən davamlı öyrənmə prosesi formalaşır.


Bu yanaşma həmçinin qabaqcıl Volvo Cars Təhlükəsizlik Standartının əsasını qoyub. Biz real yol şəraitində təhlükəsizliyin təmin edilməsi üçün öz standartlarımızı müəyyən edir, normativ tələblər və təhlükəsizlik reytinqləri ilə kifayətlənməyərək daha yüksək təhlükəsizlik səviyyəsinə nail olmağa çalışırıq. Bu yanaşma avtomobilin bütün oturacaqlarını əhatə edən daha geniş çeşidli real qəza ssenariləri üzrə avtomobillərin hazırlanmasını və sınaqdan keçirilməsini də nəzərdə tutur.


Real yol qəzalarında standartlaşdırılmış qəza testi manekenləri deyil, müxtəlif xüsusiyyətlərə malik insanlar iştirak etdiyindən, araşdırmalarımızda cinsiyyət, boy, bədən quruluşu və çəki kimi fərdi xüsusiyyətlərin geniş spektrini nəzərə alırıq. Buna görə də təhlükəsizlik sahəsindəki innovativ həllərimizi hazırlayarkən insanların bu müxtəlifliyini əsas götürürük.


Onilliklər ərzində avtomobil sənayesində təhlükəsizlik standartlarının yüksəldilməsinə töhfə vermək məqsədilə təhlükəsizlik sahəsində apardığımız araşdırmaların nəticələrini açıq şəkildə paylaşmışıq. 2019-cu ildə başladılan Hamı üçün bərabər avtomobillər (E.V.A.) təşəbbüsü çərçivəsində 50 ildən artıq müddətdə aparılmış təhlükəsizlik araşdırmalarının nəticələri rəqəmsal kitabxanada hər kəs üçün ödənişsiz və sərbəst şəkildə təqdim olunur. Bu, digər avtomobil istehsalçılarına, tədqiqatçılara və dövlət siyasətini formalaşdıran şəxslərə real yol qəzalarından əldə etdiyimiz unikal məlumatlardan və təcrübədən yararlanaraq təhlükəsizlik sahəsindəki inkişafı davam etdirməyə imkan verir.


TTam hesabatla buradan tanış ola bilərsiniz.

İki narıncı toqquşma testi maşını sınaq obyektinin içərisində baş-başa toqquşub. Maşınlar zərbə nöqtəsində ciddi zədələnir, zibil döşəməyə səpələnir.

Təhlükəsizlik standartlarını araşdırın

Car
Bir qadın, orta mərtəbəli yaşayış binaları və ağaclarla əhatələnmiş geniş, boş şəhər küçəsinin ortasında təkbaşına dayanıb.

Təhlükəsizlik mərkəzini araşdırın

Car

Paylaş