Bizim proses
Sizin üçün hazırlanmışdır. Real həyat üçün sınaqdan keçirilmişdir.
Qəza testlərinin dəyəri onların əsaslandığı real yol qəzalarından əldə edilən məlumatlarla müəyyən olunur. Buna görə də təhlükəsizlik sahəsində yanaşmamızı formalaşdırarkən real yol qəzalarından əldə edilən məlumatlara əsaslanırıq. Bu yanaşma onilliklərdir ki, Volvo avtomobillərində qadınlar və kişilər üçün eyni səviyyədə qorunmanın təmin olunmasına kömək edir.
Hər kəsin təhlükəsizliyini təmin etməyə kömək etmək məqsədilə müxtəlif bədən ölçülərini, quruluşlarını və cinsləri təmsil edən insan bədəni modelləri hazırlamışıq. Bu modelləri sınaq metodlarımızda tətbiq edərək apardığımız tədqiqatların nəticələrindən ən yeni təhlükəsizlik texnologiyalarımızı inkişaf etdirmək üçün yararlanırıq. Bunun sayəsində dünya səviyyəsində tanınan təhlükəsizlik texnologiyalarımız daha effektiv və əlçatan olur. Nəticədə təhlükəsizlik funksiyaları təkcə yeni Volvo avtomobillərində deyil, əvvəlki nəsillərə aid modellərdə də təkmilləşdirilir.







