
İlk avtomobil fabrik qapısından çıxır
1927-ci il
1927-ci il aprelin 14-ü səhər ilk Volvo avtomobili İsveçin qərb sahilində yerləşən Göteborq şəhərinin fabrik qapılarından çıxdı. Avtomobil rəsmi olaraq ÖV4 adlanırdı və dörd silindrli mühərriklə üstüaçıq gəzinti avtomobili idi. Dünyanın ilk Volvo avtomobili yola çıxmağa hazır idi.












