Həyatı asanlaşdıran aksesuarlar
Əksərən davamlılıq nəzərə alınmaqla hazırlanmış aksesuar çeşidimiz mükəmməl uyğunluq və funksionallığın təmin olunması üçün test edilir, sınaqdan keçirilir və "Volvo"-nuza uyğunlaşdırılır.


Müsbət enerji
Əlavə doldurulma kabeli və yaxud sadəcə mövcud olanın saxlanması üçün çantaya ehtiyacınız olmasından asılı olmayaraq. Doldurulma aksesuarlarımızı kəşf edin.

Yolunuzu sürətləndirin
Yan pilləkən avtomobilinizə zərif görüntü qatmaqla yanaşı, həmçinin istifadə üçün əlverişlidir. Daha asan yükləmə və yüklərin boşaldılması üçün tavana çatmaq üçün şərait yaradır.

Macəra üçün yer açın
Damüstü baqaj istənilən səyahətdə mükəmməl yoldaşdır. Çünki o, yük bölməsində əlavə yer açır ki, bu da səfərdə dolu-dolu keçən həftə sonları üçün idealdır.

Özünüzü mühafizə edin
Ayaqaltılardan tutmuş bufer örtüklərinə qədər. Avtomobilinizi mükəmməl şəkildə tamamlamaq üçün nəzərdə tutulmuş eksklüziv aksesuar paketlərimizdən biri ilə Volvo-nun interyer və eksteryerini mühafizə edin.

Kiçik sərnişinlərin müdafiəsi
Körpə uşaqlar üçün ISOFIX modellərindən tutmuş daha böyük uşaqlar üçün əlavə oturacaqlara qədər. Çoxillik təcrübəmiz maksimum təhlükəsizlik və rahatlığın təmin olunması ilə hər bir uşaq oturacağında özünü əks etdirir və ən qiymətli yükünüzü belə qorumağa hazırdır. Uşaqları yaxşı tanıdığımıza görə oturacaqlarımıza asanlıqla çıxarıla bilən və hava buraxan yun parça ilə üz çəkilmişdir.

Avtomobilin ən yaxşı dostu
Artıq itləri çöldə saxlamaq lazım deyil. Xüsusi olaraq avtomobilinizin yük bölməsi üçün hazırlanmış itlərin saxlandığı qəfəsimiz tüklü dostları yol boyunca təhlükəsiz şəkildə aparmaq üçün qoruyucu barmaqlıq və arakəsməni özündə birləşdirir.

Tam doldurulmuş vəziyyətdə olun
Tam doldurulmuş bir avtomobillə səyahət etməkdən daha yaxşı hiss yoxdur. Dəbdə olan doldurulma kabeli çantamız vasitəsilə asan saxlanma üçün mükəmməl yer təmin olunur və interyeriniz təmiz saxlanılır.
Kolleksiyanı araşdırın
"Volvo" ilə həyatı daha sadə, təhlükəsiz və daha rahat hala gətirmək üçün dizayn edilmiş bütün premium aksesuarlarımızın tam çeşidini kəşf edin.

Uşaq təhlükəsizliyi
"Volvo Cars" hər zaman uşaq təhlükəsizliyi sahəsindəki innovasiyalarda ön sırada olduğunu nümayiş etdirir. Bizim yanaşmamız real həyatdan götürülmüş təhlükəsizlik araşdırmasına və həm sizin, həm də uşağınızın ehtiyaclarını dərindən anlamağa əsaslanır.