Skip to content

Volvo XC60 Recharge

Hibrid

Volvo XC60 Recharge

Volvo XC60 Recharge

Hibrid

Daha smart XC60.

Bu, dinamik, şarj olunan hibrid, orta ölçülü krossoverdir – yenilənmiş dizayn detalları və sistem daxilində qurulmuş Google tətbiqi ilə heç vaxt belə ağıllı olmayıb.

Hibrid

Şarj bloku

Maksimum53km

Elektrik mühərriklə məsafə

AWD

Tam ötürücü

Google

Daxildə qurulmuş

Bir qadın şarj dirəyinə qoşularaq şarj olunan Volvo XC60 Recharge avtomobilinə baxır.
Volvo XC60 Recharge avtomobilinin xarici arxa işıqlarından biri.

Daha az səsboğucu emissiyaları, kompromis yoxdur.

Sürücülük təcrübənizə elektrik enerjisinin əlavə olunması bugünkü təcrübənizə xələl gətirmədən sabahı düşünən şarj olunan hibrid yaradır. Pure elektrik rejimində gündəlik marşrutunuz sıfır səsboğucu emissiyası ilə daha həssas sürücülük təcrübəsinə çevrilə bilər.

Pure elektrik rejimində məsafə

Pure elektrik rejimində siz bir şarjda avtomobili 53 km/33 mil məsafəyə qədər sürə bilərsiniz.

Dinamik güc

XC60 Recharge krossoveri dinamik performans və çevik, güclü sürücülük təcrübəsi təqdim edir.

İntuitiv texnoloji və sistemdaxili Google ilə dinamik sürücülük təcrübənizi idarə edin.

Ən müasir naviqasiya

Avtomobilə tam inteqrasiya olunmuş Google Maps və Google Assistant ilə əlsiz, səslə idarəetmə sistemi real vaxt çərçivəsində yol hərəkəti ilə bağlı məlumatları və avtomatik marşrut dəyişikliyi ilə təyinat yerinizə daha rahat çatmağınıza imkan verir.

Avtomobildaxili rahatlıq

Volvo avtomobilinizdə  Google Assistant ilə siz istiqamətlər ala, əyləncədən həzz ala, dostlar, ailə və həmkarlarla əlaqə qura, salon mühitinizi dəqiq tənzimləyə – ən əsası isə bütün bunları əllərinizi sükan çarxından çəkmədən edə  bilərsiniz . Başlamaq üçün sadəcə olaraq, “Ey Google” deyin.

Yolda daha çox şeyə nail ola bilərsiniz

Google ilə gün ərzində istədiyinizi qüsursuz şəkildə həyata keçirmək üçün sevdiyiniz tətbiqləri və cihazları qoşa bilərsiniz. Dinclik və rahatlıq üçün avtomobildə olarkən asanlıqla uyğun smart home cihazlarına qoşulun və onları idarə edin.

Premium media və audio təcrübəsinə qərq olun.

XC60 Recharge krossoverinizi əlsiz idarə etmək üçün Google ilə danışın. Tanış interfeys vasitəsilə sadəcə səsinizdən istifadə etməklə, əyləncədən zövq ala və dostlar, ailə və həmkarlarınızla əlaqə saxlaya bilərsiniz. Google Play-də tətbiqlərə giriş və istəyə bağlı yüksək səviyyəli Bowers & Wilkins səs sistemi ilə siz, avtomobiliniz və həyatınız heç vaxt bu qədər yaxın olmayıb.

Google Assistant

Avtomobildə əlsiz kömək.

Volvo XC60 Recharge avtomobilinin içərisində Bowers & Wilkins dinamikləri.
Bowers & Wilkins

Yüksək səviyyəli səs performansından həzz alın.

Google Play

Rəqəmsal həyatınızla əlaqədə qalın.

İntuitiv şəkildə sizin. Müasir texnologiya sürücülük təcrübənizi fərdi rahatlıq və manevrliliklə əlaqələndirməyə kömək edir.

XC60 Recharge avtomobilinin müasir hava təmizləyicisi sizə və sərnişinlərinizə daha yaxşı və sağlam hava keyfiyyətindən həzz almağa kömək edir.
Ağ kərpic divara söykənən kişi öz Volvo avtomobilini tənzimləmək üçün Volvo on Call-dan istifadə edir.
Dəri olmayan yun qarışıq oturacaqlarla XC60 Recharge avtomobilinin ön interyer dizaynı.
XC60 Recharge avtomobilinin müasir hava təmizləyicisi sizə və sərnişinlərinizə daha yaxşı və sağlam hava keyfiyyətindən həzz almağa kömək edir.

Daha təmiz salon havası

Dünyadakı ilk hava keyfiyyəti sistemimizdə müasir hava təmizləyicisi 95%-ə qədər təhlükəli PM 2.5 hissəciklərinin salona daxil olmasının qarşısını alır. Bu, sizə və sərnişinlərinizə ətraf şəraitdən asılı olmayaraq, daha yaxşı və sağlam hava keyfiyyətindən zövq almağa kömək edə bilər.

Ağ kərpic divara söykənən kişi öz Volvo avtomobilini tənzimləmək üçün Volvo on Call-dan istifadə edir.

Mükəmməl yerinizi yaradın

Əvvəlcədən isitmə, əvvəlcədən sərinləşdirmə və s. hamısı bir əmrə tabedir – Volvo On Call tətbiqi yola çıxmazdan əvvəl uzaqdan mükəmməl yerinizi yaratmağınıza imkan verir.

Dəri olmayan yun qarışıq oturacaqlarla XC60 Recharge avtomobilinin ön interyer dizaynı.

Gəzintinizi dəqiq tənzimləyin

Bütün təkərlər üçün adaptiv pnevmatik asqı ilə aktiv şassi, XC60 Recharge krossoverinizi daha dinamik və yüksək keyfiyyətli edir. Beş fərqli parametr – Comfort, Eco, Dynamic, Off Road və Individual - seçdiyiniz sürücülük üslubuna uyğun şassini adaptə etməyinizə imkan verir.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Əlavə təhlükəsizlik. Bu, amalımızın əsasını təşkil edir.

Ağıllı təhlükəsizliyə yardım texnologiyamız gecə və ya gündüz olmasından asılı olmayaraq, digər nəqliyyat vasitələri, piyadalar, velosipedçilər və böyük heyvanları aşkarlamağınıza və onlardan uzaqlaşmağınıza kömək edə bilər. Bunu əvvəlcə sürücüyə xəbərdarlıq edərək, sonra isə sürücü reaksiya verə bilmədiyi təqdirdə avtomatik tormoz verərək edir.*

Avtomatik əyləc ilə avtomobilin cross traffic alert funksiyası məhdud görünüşlə geri dönərkən sürücünü dəstəkləyir. Sistem arxadan keçən avtomobilləri aşkarlaya bilər və ehtiyac olduqda avtomatik əyləc tətbiq edilə bilər.**

* Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.

** Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.
*** Dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Sükan çarxı dəstəyi 60-140 km/saat sürətlərdə aktivdir.

Qeyd olunan görüntülər bütün mühərriklər üçün standart olmaya bilər.Google, Google Play və Google Maps tətbiqləri Google LLC şirkətinin əmtəə nişanlarıdır.