Təhlükəsizlik

Təhlükəsizlik təkcə məhsula etiket yapışdırmaqla məhdudlaşmır. Volvo Cars dəyərlərimizin əsas hədəfi şirkət daxilində hər kəsin və hər bir komandanın ən yüksək prioritet kimi təhlükəsizliyi qətiyyətlə təmin etməsidir.

Təhlükəsizlik geyimi və iş kombinezonu geyinmiş üç nəfər söhbət edir.
VOLVO lövhəsinin yanında dayanan iki cənabın köhnə şəkli.

“Avtomobilləri insanlar idarə edir. Gördüyümüz hər bir işin əsas prinsipi təhlükəsizlikdir və təhlükəsizlik də qalmalıdır”

Qustaf Larson, Volvo-nun həmtəsisçisi
Avtomobil oturacağında oturan uşağın kəmərini taxan qadın.

Təhlükəsizlik bizim amalımızdır

Onilliklər ərzində bu sahədə lider olan təhlükəsizlik mədəni irsimizin bir hissəsidir və şirkətimizin özülüdür. Biz həmişə ətrafımızdakı insanlara qayğı göstərən insanyönümlü bir brend olmuşuq.

Təhlükəsizlik sahəsində gələcək liderlik

İnsanlar üçün vacib olan təhlükəsizliyi qorumaq məqsədilə biz həmişə avtomobillərimizi təhlükəsiz və ağıllı texnologiya ilə təchiz edirik. Mədəni irsimizə əsaslanaraq biz indi təhlükəsizliyin yeni erasını təqdim edirik.

Yolda iki avtomobilin rəqəmsal təsviri.

2007-ci ildən bizim baxış bucağımız odur ki, heç kim yeni Volvo avtomobillərində ciddi xəsarət almamalı və ya ölməməlidir. Bu öhdəlik bəzi cəsarətli qərarlar qəbul etməyimizə kömək etdi. Bu gün biz bir addım da irəli gedirik və əsas hədəfimiz heç bir toqquşmanın olmamasıdır.

Bir kişi başqa bir qadınla birlikdə qəza testi maketini yoxlayır.

Volvo qəza araşdırma komandamız 1970-ci ildə yaradılandan bəri biz təxminən 72 000 insanın iştirak etdiyi real həyatda baş verən qəzalarda 43 000-dən çox avtomobili tədqiq etdik. Bu tədqiqat avtomobil təhlükəsizliyi tarixindəki ən vacib sistemlər və funksiyalardan bəzilərinin yaradılmasına kömək etdi.

Liderlik innovasiyaları

Toqqasında “SINCE 1959” yazısı olan mavi təhlükəsizlik kəməri.

Dünyanı dəyişdirə biləcək ideyalar, təbii ki, bəzən mübahisələr doğurur. 3 nöqtəli təhlükəsizlik kəmərini təqdim edəndə tənqid və müqavimətlə qarşılaşdıq. Çoxları yeni ixtiranın onların azadlığını məhdudlaşdırdığını düşünürdü. Lakin həmin kəşf bu günə kimi milyonların həyatını xilas edib.

Avtomobilin sürücü oturacağında olan şəxsin rəqəmsal əksolunması.

Ən çox ehtiyac duyduğunuzda göstərilən dəstək

Biz hamımız yaxşı sürücü olduğumuzu düşünməyi sevirik, lakin bilirik ki, hətta aramızdakı ən yaxşılar belə səhv edə bilərlər. Buna görə də növbəti addımımız gələcək Volvo EX90 avtomobilində standart kimi interyer sensorunu təqdim etmək – çıxılmaz vəziyyətə düşdüyünüz zaman məsələyə müdaxilə edib sizə dəstək olmaqdır.

Volvo Cars-ın təhlükəsizlik qaydaları ümumi qaydalara əlavə olub heç bir halda sürücünün məsuliyyətsiz, aqressiv davranışına, yaxud avtomobili
təhlükəli və ya qanunsuz idarə etməsinə şərait yaratmır. İstənilən halda, sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasına görə məsuliyyəti özü daşıyır. Təsvir edilən funksiyalar
istəyə bağlı ola bilər və onların mövcudluğu ölkələr üzrə dəyişə bilər.