Volvo Cars app. Avtomobilinizin təklif etdiyi hər şeyin kilidini açın.

Volvo Cars app və EX90-ın yuxarı görünüşü

Volvo Cars app tətbiqini endirmək üçün skan edin

yaxud onu quraşdırın

"App Store" loqosu.
"Google Play" loqosu.
Tətbiqin loqosunu endir.

Heç bir narahatlıq yaratmayan sürücülük üçün sadə idarəetmələr.

Sürətli statistika

Bir yerdə dinclik tapın.

 

Google Maps

Yolunuzu tanış bir üsulla tapın.

Google Maps. Yola çıxmazdan əvvəl təyinat yeri təyin edin.

Asan axtarış

Mərkəzi displey əvəzinə daxili Google Maps-dən istifadə edin. Bu, bir neçə toxunuşla konkret yeri, restoranları, şarj məntəqələrini və s. tez və asanlıqla tapmaq üçün tanış bir üsuldur.

Simsiz inteqrasiya

Hara getdiyinizi bilirsinizmi? Mərkəzi displey vasitəsilə növbəli naviqasiya üçün seçdiyiniz təyinat yerini avtomobilə göndərin.

Məsafədən kilidləmə və kilidaçma

Geri qayıtmadan iki dəfə yoxlayın.

Məsafədən kilidləmə və kilidaçma. Unutqan olduğunuz zaman tez bir zamanda düzəliş.

Pult

Volvo avtomobilinizi bir toxunuşla məsafədən kilidləyin və kilidini açın. Açarları geridə qoyarkən unutmaq və ya vaxt itirməklə bağlı narahat olmayın.

Təhlükəsizlik xatırlatmaları

Avtomobilinizi kilidləməyi unutmusunuz? Park edildikdən sonra avtomobil kilidlənmədikdə siz xatırlatma alacaqsınız.

Pəncərə xəbərdarlığını açın

Avtomobili kilidlədiyiniz zaman pəncərə açıq qalsa, xəbərdarlıq axtarın.

Avtomobil lokatoru

Avtomobilinizi tapa bilmədikdə kömək alın.

Avtomobil lokatoru. Vaxta və addımlara qənaət edin.

Yeri xəritəyə daxil edin

Avtomobilinizin sonuncu dəfə park edildiyi yerə cəld Google Maps-də baxın.

Onu bir anda tapın

Dolu avtomobil parklarında gecə saatlarında avtomobilinizin yerini tapmaq çətin ola bilər. Onu tapmaq üçün fənərləri işıqlandırın.

Qayıtmaq üçün səsli siqnal

Avtomobili harada park etdiyinizi tam xatırlamırsınız? Onun yolunu tapmaq üçün avtomobilinizin siqnalını çalın.

Tanışlıq

Avtomobilinizi işlətməzdən əvvəl fərdiləşdirin.

Tanışlıq. Sürməyə hazır olun.

Tərcihlərinizi təyin edin

Avtomobilinizə minməzdən əvvəl avtomobilinizin internet bağlantısını aktivləşdirin, məxfilik parametrlərini tənzimləyin və Google Hesabınız vasitəsilə Google tətbiqləri və xidmətlərini quraşdırın. Bütün bunları isə əyləşdiyiniz divandan qalxmadan edin.

Sifarişinizi izləyin

Yeni Volvo avtomobilini onlayn sifariş edin və istehsal xəttindən qapınıza qədər onun gedişatını izləyin. Gözlədiyiniz müddətdə faydalı məlumat alacaqsınız, beləliklə, ilk gündən yeni avtomobilinizdən maksimal şəkildə yararlanmağa hazır olduğunuzu hiss edəcəksiniz.

Düyməyə toxunmaqla komfort əlavə edildi.

Avtomobilin klimat kontrolları

Bir kliklə ideal salon şəraiti yaradın.

Avtomobilin klimat kontrolları. İstənilən hava şəraitində komfort

Temperatur təyin edin

Hətta avtomobilinizə minməzdən əvvəl hava soyuq olanda salonu isidin və temperatur yüksəldikdə onu soyudun.

Oturacağınızı əvvəlcədən qızdırın

Avtomobilinizin ön oturacaqlarını və sükan çarxını qızdırın ki, bu da sizə xoş təəssürat bəxş etsin.

Qabaqcadan planlaşdırın

Tezliklə yola düşəcəksiniz? Gediş vaxtınızı təyin edin və siz yola çıxanda salon lazımi temperatura çatacaq.

Proqram rejimləri

Gündəlik və həftəlik səyahət rejimlərinizi əvvəlcədən planlaşdırın ki, hər səfərə gündən-günə rahatlıqla başlaya biləsiniz.

Havanın təmizlənməsi

Hər başlanğıcı yeni bir başlanğıc edin.

Havanın təmizlənməsi. Siz avtomobilə daxil olmamışdan əvvəl daha yaxşı hava keyfiyyəti.

Məsafədən hava keyfiyyəti yoxlayıcısı

Avtomobilə daxil olmamışdan əvvəl avtomobilinizin salonundakı havanın keyfiyyətini yoxlayın.

Havanın sürətli təmizlənməsi

Salonu havalandırmaq və köhnə havanı təzə, təmiz hava ilə əvəz etmək üçün beş dəqiqəlik təmizləmə sikli həyata keçirin.

CleanZone texnologiyası

Yola düşməzdən əvvəl havanın təmizlənməsi müasir CleanZone texnologiyamızla həyata keçirilir. Yolda CleanZone toz, tozcuq, hissəciklər və kimyəvi qoxuların səviyyəsini azaltmaqla havanın keyfiyyətini yüksək səviyyədə saxlayır. Zərərli maddələr aşkar edildikdə bu, hətta salonun hava girişlərini də bağlaya bilir.

Məsafədən avtomobil lokatoru və siqnalizasiya

Hətta uzaqda olsanız belə yaxın qalın.

Avtomobil lokatolru və məsafədən siqnalizasiya. Hər yerdən xəbərdar olun.

Yerin xəritədə tapılması

Əsas ekranda avtomobilinizin cari yerinin ünvanına baxın və onun sonuncu dəfə park edildiyi yeri xəritədə dəqiq təyin edin.

Siqnalizasiya bildirişləri

Avtomobilinizin siqnalizasiyasının istənilən məsafədə nə vaxt işə düşdüyünü bilin.

Daha səlis elektrikli idarəetmə üçün daha yaxşı şarj.

Qoşulma məntəqəsi axtarıcısı

Doldurulma edin.

Şarj məntəqəsi axtarıcısı. Elektriklə avtomobili təhlükəsiz sürmə.

Şarj məntəqəsi seçin

Məsafə daxilində şarj məntəqələrinə baxın və sadalanan məntəqələr arasında seçim edin.

Ən yaxşı seçimi tapmaq üçün filtrdən keçirin

Sürətli şarj etməyə ehtiyacınız varsa, sürətli şarj cihazlarını tapmaq üçün filtrlərdən istifadə edin. Real vaxtda əlçatan olub-olmamaq baxımından və Volvo sürücülərinin endirimli tariflərdən istifadə edə biləcəyi partnyor şəbəkələrdəki məntəqələr baxımından filtrləyin.

Əngəl olmadan ödəyin

Seçdiyiniz şarj məntəqəsində tez ödəniş etmək üçün tərcih etdiyiniz ödəniş üsulunu saxlayın. Tətbiqdə qəbzlər də yadda saxlanılacaq ki, siz ödəniş xərclərinizi izləyə biləsiniz.

Qabaqcadan planlaşdırın

Yola çıxmazdan əvvəl təyinat yerinin yaxınlığında olan şarj cihazlarını axtarın. Bu, şarjı gününüzə mükəmməl şəkildə uyğunlaşdırmağa kömək edə bilər.

Akkumulyatorun vəziyyəti və sürmə məsafəsi

Nə qədər gedə biləcəyinizi bilin.

Akkumulyatorun vəziyyəti və sürmə məsafəsi. Getmək asan olmalıdır.

Şarj səviyyəsi

Avtomobilinizin akkumulyatorunun şarj səviyyəsinə və təxminən nə qədər məsafə qət edə bildiyinizə tez baxın.

Real məsafə

Proqnozlaşdırılan məsafə ümumi test məlumatlarına deyil, son sürücülük davranışınıza görə hesablanır.

Yanacaq səviyyəsi və məsafə

Şarj olunan hibrid sürücüləri elektrik mühərriki ilə nə qədər məsafə gedə bildiklərini və benzin mühərriki ilə təxmini məsafəni görə bilirlər.

Volvo Cars app-də şarjın planlaşdırılması funksiyası

Şarjın planlaşdırılması vaxtları

Sizə vaxta qənaət etməkdə kömək edən rejimlər təyin edin.

Şarjın planlaşdırılması vaxtları. Bir neçə toxunuşla vaxta və pula qənaət edin.

Pik olmayan saatlard şarjı planlaşdırın

Elektrik tarifləri ən aşağı olan vaxt şarj etməklə hər şarjı daha sərfəli edin. Bu qeyri-pik saatı tarifləri adətən gecələr mövcuddur, buna görə qənaət etmək üçün evdə şarj etməyi planlaşdırın.

Şarj məkanlarını yadda saxlayın

Çoxsaylı şarjetmə məkanlarını saxlayın və hər biri üçün şarjı planlaşdırma cədvəlləri təyin edin. İstər evdə, istərsə də işdə olmağınızdan asılı olmayaraq, planlama cədvəlləri siz avtomobilə daxil olduğunuz zaman avtomobilinizin getməyə hazır olacağına əmin olub həyatınızı davam etdirməyə imkan verir.

Şarj xatırlatmaları alın

Şarjetmə şansını heç vaxt əldən verməyin. Saxlanmış şarj məkanlarında park etdiyiniz zaman avtomatik şarjetmə xatırlatmaları əldə edin.

Bir toxunuşla şarj etməyə başlayın

Planlarınız dəyişib? Bir düymə ilə siz gündəlik qrafikinizi ləğv edə və avtomobilinizi elektrik şəbəkəsinə qoşduğunuz dəqiqə dərhal şarj edə bilərsiniz. Lakin bu, proqramınızı silməyəcək. O, növbəti gün avtomatik olaraq davam edəcək.

Şarjetmə statusu

Onu rozetkaya qoşun və bunu unudun.

Şarjetmə statusu. Avtomobilinizin 100% hazır olacağına 100% əmin olun.

Şarjın təsdiqi

Tez bir nəzər salmaqla avtomobilinizin elektrik şəbəkəsinə qoşulduğuna və aktiv şəkildə şarj olunduğuna əmin ola bilərsiniz. Qayıdana kimi avtomobilinizin hazır olacağını bilərək gedə bilərsiniz.

Gedişata nəzarət edin

Gedişatı və akkumulyatorun seçdiyiniz şarj səviyyəsinə nə qədər vaxta çatacağını tez yoxlamaqla vaxtınızdan maksimum yararlanın.

Ehtiyac duyduğunuz zaman sürətli dəstək.

Volvo Cars app-də texniki qulluq yoxlamaları piktoqramı

Texniki qulluq yoxlamaları və xəbərdarlıqlar

Heç bir cəhd etmədən texniki qulluqdan xəbərdar olun.

Texniki qulluq yoxlamaları və xəbərdarlıqlar. Stresssiz avtomobil baxımı.

Vəziyyət yoxlamaları

Şininizin təzyiqi, işıqlar və mayelərinizin qaydasında olub-olmadığını asanlıqla yoxlayın.

Xidmət xatırlatmaları

Sizə xatırlatma göndərdiyimiz zaman illik xidmətinizi vaxtında bron edin.

Volvo Cars app-də xidmətin bronlanması piktoqramı

Xidmət bronlamaları

İllik xidmətinizə gedən yolu qısaldın.

Xidmət bronlamaları. Periodik baxım üçün sürətli bir yol.

Yerli qaraj siyahıları

Yerli emalatxanaların siyahısından seçin və axtardığınız xidmət üçün mövcud tarix və vaxtlara baxın.

Rahat xatırlatmalar

Xidmət bronlarınızı daha yaxşı idarə etmək üçün xatırlatmalar və təqvim tədbirləri planlaşdırın.

Volvo Cars app-də yol yardımçısı piktoqramı

Yolkənarı yardım

Bir toxunuşla 24/7 kömək əldə edin.

Yolkənarı Yardım. Maneəsiz kömək.

Düyməyə basmaqla yardım əldə edin

Bir düyməyə toxunmaqla Yolkənarı Yardıma zəng edin. Sizə yardım edə biləcək yerli operatora avtomatik qoşulacaqsınız.

Təfərrüatlarınıza baxın

Yardım üçün daha rahat sorğu tapmaq üçün zəng düyməsinin yuxarısında qeydiyyat nömrənizi və nəqliyyat vasitəsinin nömrə nişanını tapın.

Volvo Cars app-də müştəri dəstəyi piktoqramı

Müştəri dəstəyi

Müştəri dəstəyi ilə birbaşa əlaqə saxlayın.

Müştəri dəstəyi. Kömək etmək üçün qısayollar.

Müştəri dəstəyi üçün əlaqə nömrələri

Birbaşa tətbiqdən bizə zəng edin, e-məktub göndərin və ya söhbət edin. Bunu asanlaşdırmaq üçün bütün müştəri dəstəyinin əlaqə nömrələrini bir yerə yığdıq.

Volvo Cars app-də dəstək kitabçaları piktoqramı

Axtarıla bilən dəstək kitabçaları

Cavabları asanlıqla tapın.

Axtarıla bilən dəstək kitabçaları. Sual, cavabla tanış olun.

Axtarıla bilən avtomobil üçün təlimat kitabçaları

Avtomobilinizin təlimat kitabçası birbaşa tətbiqdə mövcuddur. Axtardığınız xüsusi məlumatı tapmaq üçün axtarış sahəsindən istifadə edin.

Volvo Cars app-də fərdiləşdirilmiş bildirişlər piktoqramı

Fərdiləşdirilmiş bildirişlər

Böyük fərq yaradan kiçik siqnallar.

Fərdiləşdirilmiş bildirişlər. Daha az iş gör. Daha çox əldə et.

Şarj yeniləmələri

Sürətli təsdiq mesajları və şarjınızın gedişatı və başa çatması ilə bağlı yeniləmələr şarja qoşulub davam edə biləcəyiniz deməkdir.

Yeni funksiyalar

Avtomobilə sahiblik təcrübənizi artıra biləcək yeni proqram təminatına əsaslanan funksiyalar, aksesuarlar və məhsullar haqqında xəbərləri axtarın.

Köməkçi əl

Biz sizə faydalı məsləhətlər göndərəcəyik. Bu, avtomobilinizi kilidləmək üçün xatırlatma və ya şarj etmək üçün bir təklif ola bilər. İllik xidmətiniz yaxınlaşanda və xidmət sifarişlərini sizə xatırlatmaq üçün bizdən xəbər alacaqsınız. Hər zaman sizə kömək etməyə hazırıq.

Necə kömək edə bilərik?

Volvo Cars app ilə bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın.

Volvo Cars app haqqında ətraflı məlumat alın

"Volvo Cars" tətbiqi nədir?

Volvo Cars app Volvo avtomobil sürücülərinə təcrübələrindən daha çox şey əldə etməyə kömək edən pulsuz tətbiqdir. Məzmun və funksiyalar avtomobilinizə və proqram təminatına əsaslanan xidmətlərinizə uyğunlaşdırılıb.

"Volvo Cars" tətbiqinə nələr daxildir?

Volvo Cars app Volvo təcrübənizdən daha çox şey əldə etməyə kömək edən praktik və intuitiv funksiyalar təklif edir.

O, avtomobilinizin təhlükəsizliyini təmin etmək və salon iqlimini əvvəlcədən havalandırmaq üçün sizi uzaqdan idarəetmələrlə təchiz edir. Tam elektriklə işləyən və ya şarj olunan hibrid Volvo avtomobilinizin şarj olunmasını daha qənaətcil etməyə kömək edəcək funksiyalar mövcuddur. Biz avtomobil təlimatlarının axtarılmasını asanlaşdırdıq ki, cavabları tez ala biləsiniz. Siz həmçinin birbaşa tətbiqdən dəstək xidməti ilə əlaqə saxlaya bilərsiniz.

Tətbiqin xüsusiyyətləri, funksional imkanları və məzmunu avtomobilinizin modelindən və ərazinizdə mövcud olan xidmətlərdən asılıdır.

Mən avtomobilimi Volvo Cars app ilə idarə edə bilərəmmi?

Volvo Cars app avtomobilinizi təhlükəsiz saxlamağa və rahatlığınızı artırmağa kömək etmək üçün uzaqdan idarəetmə funksiyasını təqdim edir. Məsələn, avtomobilinizi uzaqdan kilidləyin və kilidini açın və içəri daxil olmazdan əvvəl salonu ideal temperatura qədər qızdırın və ya soyudun. Avtomobilinizi parkinqdə tapa bilmirsiniz? Geriyə yolunuzu tapmaq üçün fənərləri yandırın və ya siqnalı uzaqdan çalın.

Volvo Cars app Volvo On Call tətbiqini əvəz etdimi?

Bəli, Volvo On Call tətbiqi Volvo Cars app-ə dəyişdirildi. Tətbiq davamlı inkişaf və təkmilləşdirmədən faydalanır.

Tətbiqin adının dəyişməsi mövcud Volvo Cars app abunəliyimə təsir edəcəkmi? (yəni, Volvo On Call abunəsi)

Xeyr, o, normal şəkildə davam edir və nə isə etməyinizə ehtiyac yoxdur. Dəyişən yalnız adıdır.

Volvo Cars app pulsuzdurmu və onu necə əldə edə bilərəm?

Volvo Cars app pulsuzdur. Smartfonunuz üçün tətbiqlərin mövcud olduğu yerlərdə onu endirin. Bəzi rəqəmsal xidmətlər üçün əlavə ödəniş tələb oluna bilər.

Tətbiqdə konkret bir avtomobil modeli üçün təlimatı haradan tapa bilərəm?

Avtomobil tabı altında sizdən "təlimat kitabçasını açmağınız" tələb olunacaq. Oradan sizə lazım olanıi axtara bilərsiniz.

Tətbiq dəstəyi üçün kimlə əlaqə saxlamalıyam?

Tətbiqdə birbaşa tətbiqdən müxtəlif yollarla dəstək ala biləcəyiniz xüsusi dəstək tabı var.

Volvo identifikatoru nədir və Volvo identifikatorunu necə yarada bilərəm?

Volvo identifikatoru Volvo Cars-da unikal hesabdır. O, məhsul və xidmətlərə daxil olmaq üçün giriş detallarınız kimi xidmət edir və sizi müştəri və proqram istifadəçisi kimi tanımağa imkan verir. Siz öz "Volvo" identifikatorunuzu tətbiqi quraşdırıb ilk dəfə açdığınız zaman yarada bilərsiniz.

Giriş məlumatlarını unutmuşam/daxil olmaqda problem var. Nə etməliyəm?

Parolunuzu unutdunuz? Parolunuzu sıfırlamaq üçün aşağıdakı təlimatlara əməl edin.

Volvo Cars veb-saytı vasitəsilə:

1. Parolunuzu birbaşa Volvo Cars veb-saytından dəyişə bilərsiniz
2. Öz Volvo identifikatorunuzu idarə etmək üçün seçimləri sağ üst tərəfdəki menyuda tapa bilərsiniz
3. Volvo" identifikatorunuz üçün istifadəçi adını daxil edin (e-poçt ünvanı/mobil nömrə).

Sizə mesaj vasitəsilə keçid göndəriləcəkdir. Həmin keçidə daxil olaraq yeni parol təyin edə bilərsiniz.

Volvo Cars app-də:

1. Volvo Cars app-i başladın
2. "Daxil ol" bölməsini seçin
3. "Parolumu unutmuşam" bölməsinə daxil olun və təlimatlara əməl edin.

İstifadəçi məlumatları ilə bağlı əlavə yardım üçün yerli Volvo diler mərkəzi və ya Volvo Cars müştəri xidmətləri ilə əlaqə saxlamağınız xahiş olunur.

Volvo Cars app funksiyaları bütün bazarlarda və ya bütün modellərdə mövcud olmaya bilər və daha sonrakı dövr üçün mövcud ola bilər. Təsvir edilən gələcək texnologiya və son imkanlar fərqli ola bilər.
Google Play Google LLC şirkətinin əmtəə nişanıdır.