Biz kimik

İlk vaxtlardan Volvo Cars yaşadığımız dünyaya və ətrafımızdakı insanların qayğısına qalan insanlar üçün bir marka olmuşdur. Biz hər kəs üçün həyatı daha asan, daha yaxşı və daha təhlükəsiz etməyi öz missiyamıza çevirmişik.

İşıqlandırılmış bir elektrik yuvasına qoşulan Volvo-nun yuxarıdan aşağı qismən görünüşü.

Ömür boyu. Biz sizi fərdi, dözümlü və təhlükəsiz gediş müstəqilliyi ilə təmin etmək istəyirik.

Fərdi

Avtomobil seriyamızın yeni modelləri və sizə lazım olan vaxtda və yerdə göstərdiyimiz cəlbedici xidmətlərlə hədəfimiz həyatınızı daha da asanlaşdırmaqdır.

Davamlı inkişaf

Paylaşdığımız dünyanı qorumaq üçün biz təkcə avtomobillərimizi elektrikləşdirməklə kifayətlənməməliyik. Biz əməliyyatlarımızda, avtomobillərimizdə və cəmiyyətimizdə davamlı inkişaf prinsiplərini yenidən düşünməyə çalışırıq.

Təhlükəsiz

Biz başqalarının qayğısına qalan insanlar üçün avtomobillər işləyib hazırlayırıq. Beləliklə, təhlükəsizlik məsələsinə gəldikdə isə, biz siz və sərnişinləriniz haqqında düşündüyümüz kimi ətrafınız haqqında da çox düşünürük.

Rəqəmlərlə 2023

19,9mlrd

Əməliyyat gəliri (EBIT) (SEK)

5,0%

EBIT marjası

708,7k

2023-cü ildə pərakəndə satışlar (vahidlərlə)

399,3mlrd

Gəlir (SEK)

Strategiyamız

Sürətli inkişaf

Sürətli inkişaf

Biz ən sürətlə böyüyən premium markalardan biriyik. Fərqli markamız və dəyərlərimiz ictimai tendensiyalara uyğundur. Güclü performans təcrübəmiz var və məhsul planımız və müəyyən edilmiş gücümüz inkişafa yönəlib.

Elektrikləşdirmə

Elektrikləşdirmə

Biz sürətlə böyüyən premium sinfə aid elektromobil seqmentində öndəyik. Bizim məhsul planımız aydın batareya texnologiyasının strateji planı ilə gücləndirilmiş tam elektrikləşdirməyə yönəlib. Onilliyin ortalarına qədər biz satış avtomobillərimizin 50% xalis elektrik olmasını, sonra isə 2030-cu ilə qədər tamamilə elektriklə işləməsini istəyirik.

Birbaşa istehlakçı münasibətləri

Birbaşa istehlakçı münasibətləri

Güclü pərakəndə satış tərəfdaşları ilə əməkdaşlıq sayəsində müştərilərlə münasibətlərimiz gündən-günə daha da sıxlaşır. İstehlakçılarla onların seçdiyi vaxtda və yerdə görüşürük və onlayn və abunə seçimləri ilə mobilliyi sadələşdiririk.

Aparıcı yeni texnologiya

Aparıcı yeni texnologiya

Sürəti artırmaq və dəyər yaratmaq üçün öz yeni əsas hesablama texnologiyamızı inkişaf etdiririk. Proqram təminatımızın inkişafı sürətlə öz vəsaitlərimiz hesabına aparılır. Biz avtomobili istismar dövrü boyu təkmilləşdirəcəyik. Genişlənən imkanlarımız bizə növbəti təhlükəsizlik səviyyəmizi və avtonom idarəetmə texnologiyamızı təqdim etməyə kömək edəcək.

Ən sürətli transformator

Ən sürətli transformator

Fərqli mədəniyyətimiz və açıq texnoloji tərəfdaşlığımız sayəsində unikal strukturumuz var. Texnika sahəsində aparıcı müəssisələrlə tərəfdaşlıq münasibətlərimiz sürətli dəyişikliklərə kömək edir – işəgötürən tərəfindən seçilmək və üstünlük verilən tərəfdaş olmaq istəyirik.

Bir kişi Volvoya söykənib və solda 2 nəfər yeriyir.

Elektrikləşdirmə

Biz sürətlə böyüyən premium sinfə aid elektromobil seqmentində öndəyik. Bizim məhsul planımız aydın batareya texnologiyasının strateji planı ilə gücləndirilmiş tam elektrikləşdirməyə yönəlib. Onilliyin ortalarına qədər biz satış avtomobillərimizin 50% xalis elektrik olmasını, sonra isə 2030-cu ilə qədər tamamilə elektriklə işləməsini istəyirik.

Qoşulmuş doldurulma cihazı ilə Volvo avtomobilinin qismən yandan görünüşü.

Birbaşa istehlakçı münasibətləri

Güclü pərakəndə satış tərəfdaşları ilə əməkdaşlıq sayəsində müştərilərlə münasibətlərimiz gündən-günə daha da sıxlaşır. İstehlakçılarla onların seçdiyi vaxtda və yerdə görüşürük və onlayn və abunə seçimləri ilə mobilliyi sadələşdiririk.

Gümüşü rəngli Volvo XC90 avtomobilinin arxasında dayanaraq telefonuna baxan xanım.

Aparıcı yeni texnologiya

Sürəti artırmaq və dəyər yaratmaq üçün öz yeni əsas hesablama texnologiyamızı inkişaf etdiririk. Proqram təminatımızın inkişafı sürətlə öz vəsaitlərimiz hesabına aparılır. Biz avtomobili istismar dövrü boyu təkmilləşdirəcəyik. Genişlənən imkanlarımız bizə növbəti təhlükəsizlik səviyyəmizi və avtonom idarəetmə texnologiyamızı təqdim etməyə kömək edəcək.

Avtomobilin eskizinin rəqəmsal təsviri.

Ən sürətli transformator

Fərqli mədəniyyətimiz və açıq texnoloji tərəfdaşlığımız sayəsində unikal strukturumuz var. Texnika sahəsində aparıcı müəssisələrlə tərəfdaşlıq münasibətlərimiz sürətli dəyişikliklərə kömək edir – işəgötürən tərəfindən seçilmək və üstünlük verilən tərəfdaş olmaq istəyirik.

Avtomobilin sükanı və məlumat panelinin bir hissəsinin rəqəmsal təsviri.

Biz iddialıyıq

Biz avtomobil sənayesi qanunlarına müdaxilə edərək təhlükəsizlik, ekoloji davamlılıq, onlayn biznes sahəsində lider olmaq və yeni qlobal insan standartı təyin etmək istəyirik. Ambisiyalarımız özümüzün və cəmiyyətin problemlərinin öhdəsindən gəlmək istiqamətində çalışdıqca bizim üçün aydın bir yol təyin edir.

Mavi səthdə obyektlərin rəqəmsal təsviri.

XC40 Recharge və C40 Recharge modellərimizlə yanaşı yeni tam elektriklə işləyəm modellərimiz EX30, EX90 və EM90 ilə elektromobil portfelimizi genişləndirdik. 2025-ci ilə qədər hədəfimiz qlobal satış həcmimizin ən azı 50%-nin tam elektromobillər, qalanlarının isə hibridlər olmasıdır. Bu, 2030-cu ilə qədər tam elektriklə işləyən avtomobil istehsalçısına çevrilmək üçün atılan mühüm bir addımdır.

2025-ci ilə qədər hədəfimiz 2018-ci illə müqayisədə hər avtomobilə düşən ümumi karbon qazı emissiyalarını 40% qədər azaltmaqdır. Bu, səsboğucuların emissiyalarını azaltmaqdan da böyük anlama gəlir – elektrikləşdirmə kifayət deyil. Biz əməliyyatlarımızda və təchizat zəncirimizdə karbon emissiyalarını azaltmalıyıq.

Volvo Car Group – ailə ilə tanış olun

2021-ci ildən Volvo Cars şirkəti Nasdaq Stokholm birjasında açıq şəkildə siyahıya alınıb. Qrupumuzun strukturuna Volvo Cars, proqram təminatı şirkəti olan Zenseact və Volvo On Demand daxildir.

Volvo Car Group həmçinin strateji tərəfdaş müəssislərimizdə böyük paylara malikdir: elektrik performans markası Polestar (48,3% Volvo Cars-a məxsusdur) və sürətlə inkişaf edən LYNK & CO brendi (30%).

Volvo Cars ECARX ilə birlikdə qrup üçün və ondan kənarda Android Automotive əsasında məlumat-əyləncə platformalarını inkişaf etdirən HaleyTek şirkətinə də sahiblik edir. NOVO Energy gələcək nəsil təmiz elektriklə işləyən Volvo və Polestar avtomobillərini gücləndirəcək davamlı, yüksək keyfiyyətli litium-ion batareyaları təmin edən Volvo Cars və Northvolt (50% Volvo Cars-a məxsusdur) arasında birləşmiş müəssisədir.

Polestar avtomobilinin ön tərəfdən görünüşü

Polestar

Elektrik performanslı avtomobil markası.

Ağ Lynk & Co avtomobilinin yandan arxa profili

Lynk&Co

Avtomobillərin əlçatanlığını yeni bir şəkildə təyin edən texnologiyaya əsaslanan dəyişkən hərəkətlilik.

Qaranlıq fonda avtomobilin rəqəmsal eskizi.

Zenseact

Avtonom sürücülük üçün proqram təminatının inkişafı üzrə subsidiarımız.

Ətrafda insanlarla iki ağacın altında park edilmiş iki Volvo avtomobilinin rəqəmsal təsviri.

Volvo On Demand

Car sharing üzrə ixtisaslaşmış şirkətimiz.

Biz qlobal miqyasda fəaliyyət göstəririk

1927-ci ildən qlobal qərargahımız İsveçdə doğma şəhərimiz olan Göteborqda yerləşir. Amerikadakı baş ofisimiz Nyu-Cersi ştatının Mahvah şəhərində yerləşir; Asiya-Sakit okean regionunda baş ofisimiz isə Şanxaydadır.

Göteborq (İsveç); Gent (Belçika); Çarlston (ABŞ); Çenqdu, Daginq və Luqiaoda (Çin) avtomobilləri istehsal edirik. Avtomobillərimiz 100-dən çox ölkədə satılır.

Qlobal miqyasda mövcudluğumuz haqqında ətraflı məlumat əldə etmək üçün bu filmə baxın.

İlk Volvo avtomobili fabrik qapısından çıxır.

Keçmişdən bu günə kimi

Bizim unikal irsimiz bu gün gördüyümüz işləri formalaşdırır və gələcəklə bağlı düşüncə tərzimizi formalaşdırır. Bizimlə maraqlı keçmişimizə səyahət edin və hadisələrlə dolu tarixçəmiz və məşhur avtomobillərimiz haqqında daha çox məlumat əldə edin.

Studiya mühitində çəkilmiş Volvo Car-ın qismən real görünüşü.

Korporativ məlumat

İnvestorlar şöbəmiz sizə şirkətimizin rəhbərliyi, hesabatları, idarəetməsi və digər korporativ məlumatlar haqqında məlumat verəcəkdir.