Müştəri sorğusu

[İdxalçı][**]

Scandinavian Auto QSC, Azərbaycan şirkətin qeydiyyat nömrəsi ilə birgə hüquqi şəxs VÖEN 1504698747 Əhməd Rəcəbli 40B ünvan ilə birgə, bundan sonra “biz”, “bizim” və “bizə”adlanacaq”, nəzarətçi qismində aşağıda təsvir olunduğu kimi Sizin şəxsi məlumatlarınızı emal edəcək.

Biz sizin tələb etdiyiniz xidmətləri göstərmək, məlumatları və marketinq kommunikasiyalarını təqdim etmək məqsədilə sizin təqdim etdiyiniz şəxsi məlumatları emal edirik. Sizə müvafiq və yüksək keyfiyyətli marketinq kommunikasiya(rabitə) xidməti göstərmək məqsədilə və statistik məqsədlə biz Sizin rəqəmsal marketinq rabitəsinə mümkün reaksiyanız və rəqəmsal marketinq rabitəsi ilə qarşılıqlı əlaqənizi də emal edəcəyik.

Biz marketinq rabitə xidmətimizi yaxşılaşdırmaq üçün Sizin şəxsi məlumatlarınızı onlayn və sosial profilləmə məqsədləri üçün istifadə edə bilərik.

Bizim cookie fayllarından istifadə etməyimizi qəbul edirsinizsə, o zaman biz sizin şəxsi məlumatlarınızı sizin onlayn davraşınızla bizim onlayn internet veb-saytlarında birləşdirə bilərik.

Bu sorğunu göndərməklə, yuxarıda göstərildiyi kimi, şəxsi məlumatlarınızın emal edilməsinə razılıq verirsiniz. Siz şəxsi məlumatlarınızın emal edilməsinə razılığınızı istənilən vaxt geri götürmək hüququna maliksiniz. Bunun üçün +994507401999 nömrəsi ilə əlaqə saxlayıb bildirməniz xahiş olunur.

Sizin şəxsi məlumatlarınız yuxarıda qeyd olunan məqsədlər üçün seçdiyiniz diler, bizim filiallarımız və işgüzar tərəfdaşlarımız tərəfindən açıqlanacaq və emal ediləcək. EEA (Avropa İqdisadi Ərazi) hüdudlarından kənarda yerləşən işgüzar tərəfdaşlarımıza gəldikdə isə biz sizin şəxsi məlumatlarınızı Avropa Komissiyası tərəfindən qəbul edilmiş standart müqavilə müddəaları əsasında verəcəyik.

Bundan əlavə, Volvo Cars şirkəti aşağıda göstərildiyi kimi Sizin şəxsi məlumatlarınızı emal edəcək.

Biz sizin şəxsi məlumatlarınızı 365 gün/12 ay müddətinə kimi saxlamış olacağıq.

Sizin şəxsi məlumatlarınızı emal etməyimizlə bağlı hüquqlarınıza dair daha ətraflı məlumat almaq üçün +994507401999 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Volvo Cars

Volvo Cars Korporasiyası qeydiyyat nömrəsi 556074-3089 olan İsveç hüquqi şəxsidir. Assar Gabrielssons Vag, 405 31 Göteborq, İsveç, ünvanında yerləşir, bundan sonra "Volvo Cars", "biz", "bizim" və "bizə" adlanacaq və nəzarətçi qismində aşağıda təsvir olunduğu kimi Sizin şəxsi məlumatlarınızı emal edəcək.

Sizin şəxsi məlumatlarınız yuxarıda qeyd olunduğu kimi açıqlanacaq və yerli nümayəndə tərəfindən emal ediləcək.

Bizim cookie fayllarından istifadə etməyimizi qəbul edirsinizsə, o zaman biz sizin şəxsi məlumatlarınızı sizin onlayn davraşınızla bizim onlayn internet veb-saytlarında birləşdirə bilərik.

Sizin şəxsi məlumatlarınızı yerli nümayəndəyə göndərdikdən sonra biz sizin şəxsi məlumatlarınızı qırx beş (45) gün ərzində saxlayacağıq.

Sizin şəxsi məlumatlarınızı emal etməyimizlə bağlı hüquqlarınıza dair daha ətraflı məlumat almaq, əlaqə təfsilatları və şikayətlər üçün, habelə Məlumatın Qorunması üzrə kontakt detalları üçün Müştərilərə dair informasiyanın məxfiliyi Siyasətimizə (linkə) daxil olun.