Volvo Cars-ı təcrübədən keçirin
Volvo digər avtomobillərlə müqayisədə daha çox xüsusiyyətlərə malikdir. Keçmişimiz, bu günümüz və gələcəyimizlə tanış olun.

Volvo Cars Sörred
Volvo Car Sörred, Torslandada Volvo Cars-ı sınaqdan keçirmək üçün başlanğıc nöqtəsidir. Əsas girişdən daxil olarkən sol tərəfdəki qəbul masasında zavoda ekskursiyaya və ya Marka ilə tanışlıq ekskursiyasına yazılın. Bundan başqa, Volvo Car Sörred sizə həm yeni, həm də işlənmiş Volvo avtomobillərinə baxmaq, test-drayv etmək və almaq imkanını təklif edir.
Yer
Huggåsvägen 5, 405 31 Göteborg
Avtodayanacaq
Zəhmət olmasa, “Kundparkering” ilə işarələnmiş avtodayanacaqlardan istifadə edin.
İctimai nəqliyyat
Ən yaxın avtobus dayanacağı: Volvo City və ya Sörredsmotet

Zavoda ekskursiya
Torslanda zavoduna ekskursiya metal təbəqəsi rulonlarından tutmuş hazır avtomobillərə qədər bütün Volvo Cars istehsal prosesindən keçir. Avtomobillərimizi yaratmaq üçün insanların və robotların əl-ələ verərək necə işlədiyi ilə tanış olacaqsınız.

Marka ilə tanışlıq ekskursiyası
Marka ilə tanışlıq ekskursiyamızda siz hansı məqamların hər bir Volvo-nu həqiqətən Volvo etdiyini hiss edə bilərsiniz. Bələdçi əsasən dizayn, ekoloji təmizlik və təhlükəsizliyə diqqət yetirərək, Volvo-nun marka olaraq nəyi təmsil etdiyi barədə danışacaq. Tanışlıq turu üçün sorğunuzu göndərin.

Volvo Muzeyi
Volvo Muzeyində sizi 1927-ci ildə istehsal etdiyimiz ilk avtomobildən konsept avtomobillər, tarixi yarış avtomobilləri və bir neçə sürprizlə qarşılaşacaqsınız. Bəs qırıcı təyyarələrini qeyd etdikmi?
Onlara da nəzər salmağı unutmayın! 2023-cü ildə Volvo Muzeyinə mütləq baş çəkin, çünki ilin sonuna qədər o bağlanacaq.
Yer
Arendals Skans, 405 08 Göteborg
Avtodayancaq
Avtodayancaq mövcuddur
İctimai nəqliyyat
Ən yaxın avtobus dayanacağı: Arendal Skans

Volvo dünyası
İsveçin Göteborq şəhərindəki yeni görüş məkanımızda. Biz təkcə maraqlı sərgilər, söhbətlər, tamaşalar və əməkdaşlıq vasitəsilə ilham və motivasiya təklif etmirik, həm də yemək yeyir və əylənirik.
Volvo dünyası 2024-cü ildə açılır.
Yer
Lyckholms Torg 1, 412 63 Göteborg